yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Separatizmi dəstəkləyən məmurla icra başçısı Aqil Nəzərli qardaşımı həbs etdirib”

“Separatizmi dəstəkləyən məmurla icra başçısı Aqil Nəzərli qardaşımı həbs etdirib”
3-10-2017, 09:38 60 859 dəfə baxılıb

İraqın Kürdüstan bölgəsində separatizm əsasında keçirilən “müstəqillik” referendumunu dəstəkləyən Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdri Fizuli Tanrıverdiyev barəsində maraqlı məlumat daxil olub. Laçın rayon sakini Mirzə İbrahimov yazdığı məktubda bildirir ki, bir müddət əvvəl Füzuli İbrahimov onun qardaşını həbs etdirməyə nail olub:
“Qardaşım Alıqulu İbrahimov 2 il əvvəl Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdri Füzuli Tanrıverdiyev tərəfindən “Feysbuk”da təhqir edilib. Qardaşım da şikayət etmək üçün İcra hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyətində Füzuli Tanrıverdiyevin PKK terror təşkilatını dəstəklədiyini dediyi üçün, Füzuli Tanrıverdiyevin şikayəti əsasında həbs edilir. Rayon icra hakimiyyətinin təzyiqi və Füzuli Tanrıverdiyevin şikayəti əsasında məhkəmənin qərarıyla qardaşımı qeyri- qanuni olaraq 10 gün müddətinə azadlıqdan məhrum edirlər. Qardaşım Alıqulu İbrahimov Laçın rayonu İcra başçısı Aqil Nəzərlinin və polis rəisinin qanunsuzluqları haqqında dəfələrlə yuxarı idarələrə şikayət etdiyi üçün daim təzyiq altında olub. O bu barədə öz “feysbuk” səhifəsində dəfələrlə yazıb. İcra başçısı Aqil Nəzərli son günlər Füzuli Tanrıverdiyevin “feysbuk”da seperatizmi dəstəkləyən paylaşımlarını saytlara göndərdiyini və ictimailəşdirdiyini zənn edərək qardaşımın şərlədərək həbs etdirib. Aqil Nəzərli bunun üçün Vağazin kənd icra nümayəndəsinin müavini Elbrus Məmmədovun qardaşı Məzahir Məmmədovun oğlanlarından istifadə edib. Qardaşım gecə atam gildən öz evinə qayıdarkən yolda Məzahir Məmmədovun oğlanları tərəfindən döyülüb. Daha sonra Taxtakörpü qəsəbəsində məktəbinin yanında Laçın polis şöbəsində çalışan Rəftar adlı müavin və əməkdaşkarı tərəfindən saxlanılaraq telefonu əlindən alınıb. Telefonu bir gün sonra polis şöbəsindən ala bildik. Onun döyülməsinə və bacımın evindən qızıllar oğurlamaqlarına baxmayaraq qardaşımı həbs edib, Laçın rayonunun İcra başçısının tapşırığı ilə qurama məhkəmə iclası keçirildi. Qardaşımı yalançı şahidlərin ifadəsi ilə 1 ay müddətindən azadlıqdan məhkum ediblər. Mən burdan İlk öncə Azərbaycan Respublikasının Prezidentinə, daha sonra
isə ictimaiyyətinə səslənirəm ki, mənim qardaşım günahsızdır. Qardaşımın işlərini araşdırsınlar, görəcəklər ki, 2 əvvəl Füzuli Tanrıverdiyevin qərarıyla həbs edilib, indi də onun seperatçılığını ifşa etmə şübhəsi ilə Aqil Nəzərli tərəfindən həbs edilib.

Mirzəli İbrahimov”.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

Xalqxeber.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qardashimi, bashchisi, destekleyen, memurla, icra, etdirib, Nezerli, hebs, Aqil, Separatizmi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ