yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nazirlik xərçəng xəstəsinə əlillik dərəcəsi vermir – Şikayət

Nazirlik xərçəng xəstəsinə əlillik dərəcəsi vermir – Şikayət
2-10-2017, 09:57 35 440 dəfə baxılıb

Beyləqan rayon sakini Alışlı Rövşən Talış oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edib.

Xərçəng xəstəliyindən əziyyət çəkən rayon sakini nazirliyin həkim komissiyasından narazıdır.

Rövşən Alışlıya bu ilin 8 iyulunda Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində “Sağ ağciyərin yuxarı payının xərçəngi” diaqnozu qoyulub. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi komissiyası ona II qrup əlililik dərəcəsi vermək istəmir. Özü də vətəndaşa çox gülünc səbəb deyirlər. Həkim komissiyasından Rövşən Alışlıya xəstəliyə yeni tutulduğunu və sağalmaq ehtimalının olduğu bildirilib. Halbuki, xəstədəki xərçəng şişi bəd xassəlidir və artıq 3 dəfə kimya terapiya qəbul edib.

“Cənab nazir, sizin həkim komisiyanız xərçəng xəstəsindən nə umur? Bəd xassəli, yastı hüceyrəli karsinoma xərçəng xəstəsi diaqnozu qoymuş vətəndaşa II qrup əlillik dərəcəsi vermək istəmirlər. Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən lokasiyasından asılı olmayaraq belə xəstələrə II qrup əlillik verilir. Üçüncü dəfədir kiyma terapiya qəbul edən, ayrılacaq vəsaitin alıb almayacağına ömrü çatıb çatmayacaq xəstədən sizin həkim komisiyaniz nə umur?” deyə Rövşən Alışlı nazirə müraciətində qeyd edir.

AzFakt.com
Nazirlik xərçəng xəstəsinə əlillik dərəcəsi vermir – Şikayət
Nazirlik xərçəng xəstəsinə əlillik dərəcəsi vermir – Şikayət


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Nazirlik, elillik, xercheng, xestesine, Shikayet, derecesi, vermir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ