SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda "BORU ƏMƏLİYYATI" -VİDEOFAKT

Göyçayda "BORU ƏMƏLİYYATI" -VİDEOFAKT

Tarix:

29-09-2017, 12:51

/ 90 702 dəfə oxundu.
Göyçayda "BORU ƏMƏLİYYATI" -VİDEOFAKT

Göyçayın Bığır kənd icra nümayəndəsi 100 kilometr uzunluğunda su borularını qanunsuz sataraq 700 min manat qazanıb.
Məlumatlarda bildirilir ki, Bığır kənd icra nümayəndəsi qanunsuz əməllərini ört-basdır edilməsi üçün yuxarı xeyli məbləğdə pul xərcləməli olub.
Göyçay rayonunda nar bağlarının və əkin sahələrinin suvarılması üçün çəkilən metal və azbes su boruları oğurlanaraq satılıb. Hadisə rayonun Bığır kəndində qeydə alınıb. Göyçay rayon İcra Hakimiyyəti başçısının Bığır kəndi üzrə icra nümayəndəsi Şıxverdi Behbudov Bərdə rayonundan olan Elsevər adlı şəxslə əlbir olaraq Sovet dövründə Bığır kəndinin ərazisində salınan 550 hektar nar bağının, tərəvəz sahəsinin və üzüm plantasiyasının suvarılması məqsədilə çəkilən, uzunluğu 100 kilometr, diametri 42 və 52 santimetr olan azbes və paslamayan metal boru xəttini qanunsuz sökərək satıb. İşbazlar vətəndaşların pay torpağından və nar bağlarından keçən yeraltı boru xətlərini sökərkən Bığır kənd sakinlərinin etirazı ilə qarşılaşıblar.
Kənd icra nümayəndəsi Şıxverdi Behbudov yerli sakinlərlə görüş keçirərək ərazidən çıxarılan boruların satışından əldə olunacaq gəlir hesabına onlara pul veriləcəyini vəd edib. Borular daşınaraq satılsa da vətəndaşlar aldadılıb və onlara pul verilməyib. Məlumata görə Şıxverdi Behbudov bir metr metal borunu 7 manata satıb, 100 min metr uzunluğunda metal borudan 700 min manat qazanc əldə edilib və pul bir neçə adam arasında bölünüb.
Kənd sakini Ramiz Bilalov həmin boru xətlərinin 100 il ərzində istismara yararlı olduğunu və ərazidəki nasaz su nasoslarını bərpa etməklə həmin borular vasitəsilə susuzluqdan məhv olan nar bağlarını və tərəvəz əkini sahələrini suvarmağın mümkün olduğunu bildirib. O, su borularının 30 ildən sonra qanunsuz olaraq söküldüyünü, Ağdaş, Şəmkir və Sabirabad rayonlarına aparılaraq satıldığını bildirib. Kənd sakini bu gün ölkədə kənd təsərrüfatının inkişafı, əkin sahələrinin genişləndirilməsi və məhsul istehsalının artırılması üçün yeni suvarma sistemlərinin qurulduğu, boş torpaq sahələrinin suvarılma yolu ilə əkin dövriyyəsinə cəlb edildiyi halda Göyçayda ötən əsrin 80-ci illərində Heydər Əliyevin göstərişi ilə erroziyaya davamlı metal borularla yerin altından çəkilən və bu gün də istismara yararlı olan böyük suvarma sisteminin məhv edilməsini Göyçayda meyvəçiliyə və tərəvəzçiliyə vurulan böyük zərbə olduğunu bildirib.
Bığır kənd sakinləri susuzluqdan tələf olan nar ağaclarında bu il məhsulun çox az olacağından şikayətlənirlər. Kəndlilər əkin sahələrinin də susuzluqdan məhv olduğunu və Şıxverdi Behbudovun Bığır kəndindəki bu özbaşınalığına son qoyulması üçün onun barəsində lazımi orqanlara şikayət ərizələri göndəriblər.
Məsələ ilə əlaqədar Bığır kənd icra nümayəndəsi Şıxverdi Behbudov bildirib ki, su boruları Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin razılığı ilə sökülərək satılır. O, söküntü işlərini aparan şəxslərə kənd sakinlərinin mane olmaması üçün həmin əraziyə nəzarət etdiyini bildirib. O, vətəndaşların məsələ ilə bağlı onun haqqında yuxarı orqanlara şikayət etdiklərini və bununla bağlı onun Göyçay rayon Polis Şöbəsinə çağırıldığını, izahat verdiyini, barəsində araşdırma aparıldığını təsdiqləyib. Şıxverdi Behbudov su borularının qanunsuz olaraq söküntüsü işlərini ört-basdır etməyə çalışıb, Şıxverdi Behbudov bu məsələnin qabardılaraq respublika səviyyəsinə çıxmaması üçün jurnalistlərə, polis əməkdaşlarına və icra orqanlarının nümayəndələrinə 50 min manatdan çox pul verildiyini bildirib.
Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev isə Bığır kəndində su borularının kimlər tərəfindən sökülərək satılması ilə bağlı məsələdən xəbərsiz olduğunu bildirib. O, boruların qanunsuz satılması işində kənd icra nümayəndəsi Şıxverdi Behbudovun iştirak etməsini yaxşı hal hesab etməyib və bunu pisləyib. O, bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını qeyd edib.
Bığır kənd sakini Ramiz Bilalov bildirib ki, kənd icra nümayəndəsi Şıxverdi Behbudov Bərdə rayonundan olan Elsevər adlı şəxslə əlbir olaraq boruları yerin altından tez bir zamanda çıxararaq başqa rayonlara daşınması üçün əraziyə 4 ədəd buldozer traktoru və 2 ədəd "Qaz 53” markalı yük avtomobili cəlb edib. Hazırda işbazlar Bığır kəndi ərazisində boru xətlərinin söküntüsü işlərini davam etdirirlər.
Həmçinin, Elsevər adlı şəxs SOCAR-ın Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən diametri 700 millimetr olan və istismar edilməyən qaz borusunun 600 metrlik hissəsini də qanunsuz olaraq sökərək satıb.
Qeyd edək ki, rayonun Bığır və Qarabaqqal kəndləri ərazisindən keçən su və qaz xətlərinin oğurlanması ilə əlaqədar vətəndaşların şikayəti əsasında hazırda Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma işləri aparılır.
[media=http:/www.youtube.com/watch?v=kaSnJ42ar3U]
Göyçayda "BORU ƏMƏLİYYATI" -VİDEOFAKT
Göyçayda "BORU ƏMƏLİYYATI" -VİDEOFAKT
Göyçayda "BORU ƏMƏLİYYATI" -VİDEOFAKT

Şərhlər

XƏBƏR LENTİ