SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəbhə bölgəsi Tərtərin 1 nömrəli problemi – Yüksək təhsili şəxsiyyətlər Surxay Mirzəyev tərəfindən sıxışdırılır!

Cəbhə bölgəsi Tərtərin 1 nömrəli problemi – Yüksək təhsili şəxsiyyətlər Surxay Mirzəyev tərəfindən sıxışdırılır!

Tarix:

27-09-2017, 11:31

/ 43 062 dəfə oxundu.
Cəbhə bölgəsi Tərtərin 1 nömrəli problemi – Yüksək təhsili şəxsiyyətlər Surxay Mirzəyev tərəfindən sıxışdırılır!

Keçən yazılarımızda dəfələrlə bu mövzuya toxunmağımıza baxmayaraq Təhsil Nazirliyi cəbhə bölgəsi olan Tərtər rayonunun təhsilinə diqqət ayırmadı. Yazılarımızdada qeyd etdiyimiz kimi Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyevin qanunsuz əmələri azmış kimi Hörmətli nazir Mikayıl Cabbarovun adındanda sui-istifadə edərək müəllim kollektivini hədələməsi qəbul edilməz hal almışdır. Beləki, şikayət edəcəyin qeyd edən müəllimlərə “məndən mənəmi” şikayət edəcəksiniz deyərək müəllimlərə daha geniş şəkildə bu sözünü açıqlayan S.Mirzəyev nazir mənim qohumumdur sən kimi kimə şikayət edəcəksən deyərək onları işdən çıxarmaqla hədələməkdədir. Azərbaycanda böyük bir problemə çevrilən təhsil məsələsinin çıxılmaz vəziyyətdən xilas etməyə çalışan nazirin görünür bu problemdən hələdə xəbər tutmayıb ki, S.Mirzəyev vəzifəsində qalmaqda davam edir.
Daxil olan məlumata görə, Tərtər şəhər 1 saylı tam orta məktəbin direktor postunun satışa çıxarılması dərc edilən yazılardan sonra S.Mirzəyevin qurduğu planları alt-üst edib. Hazırda rayon təhsil sahəsində 1 saylı məktəbə layiqli namizəd kimi əhali tərəfindən sevilib seçilən və hörmət sahib olan Musaməddin Qurbanov göstərilir. Əhalinin və Tərtər rayon hakim dairələrində hörmətini qazanan M.Qurbanov təsüflər olsun ki, S.Mirzəıyevin qəzəbinə tuş gəlib. 1 saylı məktəbə namizədliyin irəli sürərək direktor seçim imtahanlarına qatılmaq istəyən M.Qurbanov imtahana bir gün qalmış rədd cavabı ilə üzləşib. Rəd cavabının verilməsi isə RTŞ müdiri S.Mirzəyevin Təhsil Nazirliyinə M.Qurbanovla bağlı göndərdiyi təqdimatın səbəb olduğu göstərilməkdədir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən RTŞ təhsil fəaliyyət göstərən metodkabinetin metodisti , Musaməddin Qurbanova qarşı təqqiblər davam etdirilir. Təqib edilməsinin səbəbi isə açıq aydın bəlidir. Satışa çıxarılan məktəb rəhbər vəzifəsinə iddialı olması onun təqib edilməsinə rəvac verib.
Aldığımız məlumatlarda o da qeyd edilir ki, RTŞ kameralarında M.Qurbanovla yaxınlıq edən onunla həm söhbət edən şəxslər işindən azad edilməkdə və ona salam verən direktorlarda eyni təzyiqlərə məruz qalmaqdadırlar. M.Qurbanovun bu cür sıxışdırılaraq öz şəxsi ərizəsi ilə işindən getməsini istəyən RTŞ müdiri S.Mirzəyev iyrənc oyunlarına davam etməkdədir. Bu yaxın müddətdə isə 1 saylı məktəbə əvəz edici olaraq göndərilən inspektor Vaqif Əsgərovda geri çağrılaraq məktəbi tamamilə başsız saxlayan S.Mirzəyev çirkin əməllərinə davam etməkdədir – deyə mənbə qeyd edir. Aparılan araşdırmalardanda məlum olan faktlar isə Musammədin Qurbanovla Vaqif Əsgərovun şəxsi keyfiyyətlərinin və biliklərinin yüksək notlarla qeyd edilməsidir. Rayon əhalisi tərəfindən qəbul edilən bu şəxslər RTŞ müdirinin qəzəbinə və qisasına tuş gəlmiş şəxslər olaraq döyüş bölgəsində təhsil şəhidi kimi tarixə düşməkdədir.
P.S. Sonda qeyd etmək lazımdır ki, M.Qurbanovla eyni sahədə çalışan şəxs yəni Rahil Şəldiyev metodistlə olan səmimi münasibətinə görə uzaqlaşdırılaraq Surxay Mirzəyevin yaxın münasibəti olan həmkarların sədri Şəhlanın yaxın adamıgətirilməkdədir. M.Qurbanovunda yerinə çıxarılması məqsədi 1 saylı məktəbin fizika müəllimi Oktay bəyin gətirilməsinə hesablanıb.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ