SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İbrahimovlarla qohumluğun cəzası: Maliyyə rəisi Biləsuvara başçı gedir

İbrahimovlarla qohumluğun cəzası: Maliyyə rəisi Biləsuvara başçı gedir

Tarix:

25-09-2017, 00:02

/ 42 426 dəfə oxundu.
İbrahimovlarla qohumluğun cəzası: Maliyyə rəisi Biləsuvara başçı gedir

Biləsuvarda sular durulur; Rayonun Maliyyə İdarəsi rəisi Eldar Təhməzov Biləsuvarda çevrilişə hazırlaşır...
Bu barədə əldə etdiyimiz xəbərə görə, maliyyə rəisi yüksək vəzifəyə gedir.
E.Təhməzov rayonda söz-söhbət yayıb ki, yaxın vaxtlarda icra başçısı təyin olunacaq. Maliyyə rəisi iştirak etdiyi məclislərdə qeyri-rəsmi şəkildə deyib ki, yuxarılarla məsələ razılaşdırılır.
Onun Biləsuvar rayon icra başçısı təyin olunacağı haqda RİH-dəki şöbələrdə də danışırlar. Deyilənə görə, hazırkı icra başçısı Mahir Quliyevin çamadan ab-havasında olması İbrahimovlarla qohumluğudur.
Diaspora komitəsi sədri Nazim İbrahimov və iş adamı olan qardaşı Hacı İbrahimlə qohumluq əlaqələri icra başçısının taleyini həll edir.
Çünki İbrahimovlar hakimiyyətdə qürub çağını yaşayır. Bu ailəyə yaxın icra başçısının da vəzifədən göndəriləcəyi gözlənilir.
Maliyyə rəisi isə büdcə təşkilatlarını intihar həddinə çatdırıb. Onun icra başçısı təyin olunacağı halda Biləsuvarı nələr gözlədiyi dəhşət doğurur.
M.Quliyevin yerinə gedəcəyi xəbərini yayan E.Təhməzov artıq toy-bayram etməkdədir. İddialara görə, maliyyə rəisi indidən RİH-dəki komandasını da formalaşdırmağa, “kölgə kabineti” yaratmağa hazırlaşır.
Ehtimal edilir ki, ilin sonuna qədər Biləsuvara rəhbərlik edəcək şəxsin kimliyi açıqlanacaq. Təbii ki, son qərar prezidentindir.
Əldə etdiyimiz xəbərə görə, E.Təhməzov Biləsuvarda müəssisə müdirlərini “tas”a oturdub.
İdarə müdirlərinin şikayət etməyə yeri olmadığından vəziyyətlə barışıblar. E.Təhməzov büdcənin vəsaitlərini elə idarə edir ki, şəxsi bank hesabı kimi davranır.
Ona bu imkanı yaradan rayon rəhbərliyi olub. Ona görə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir.
Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparıb. Belə ki, hazırda maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına “divan tutur”.
Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunur.
Odur ki, hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar.
Əldə etdiyimiz xəbərlərə görə, E.Təhməzov yol idarə müdirlərini, məktəb direktorlarını, kommunal idarələrin rəhbərlərini boğaza yığıb.
Maliyyə Nazirliyi, Hesablama Palatası və eləcə də Prezident Administrasiyası tərəfindən kiçik bir təftiş aparılsa, maliyyə idarəsində nələr baş verdiyi aydınlaşa bilər.
Bundan əlavə, Biləsuvar Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirildiyi qeyd olunur. E.Təhməzovun bu sahə üzrə də maliyyə yeyintisinə yol verdiyi üzə çıxıb.
Biləsuvar rayon Mərkəzi xəstəxanasına "İstilik" MMC-dən 70 765 manat məbləğində bərk inventarlar, "Bəyaz 2" MMC-dən isə 77 min manatlıq avadanlıqlar alınıb, xəstəxana binası təmir edilib.
İnventar və avadanlıqları qoyaq kənara (hərçənd onların alınmasına 140 min manatdan çox büdcə vəsaiti sərf olunduğundan məhsulların həqiqətən alınıb-alınmamağı da izlənilə bilər).
Maraqlı olan eyni binanın bir ildə həm cari, həm əsaslı təmir edilməsi, sonra isə onu yenidən qurmaqdır.

Şərhlər

XƏBƏR LENTİ