SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadın icra başçısını kabinetində niyə tapmaq olmur?

Cəlilabadın icra başçısını kabinetində niyə tapmaq olmur?

Tarix:

22-09-2017, 09:35

/ 92 313 dəfə oxundu.
Cəlilabadın icra başçısını kabinetində niyə tapmaq olmur?

Cəlilabadın icra hakimi Əziz Əzizovun boş vaxtı olmur. İcra başçısı asudə vaxtını da yeni işlərin görülməsi, vətəndaşların müraciətlərinə baxılmasına həsr edir
O nöqteyi-nəzərdən rayonda fasiləsiz iş gedir, kəndlərdə problemlər həllini tapır. Ə.Əzizovu öz kabinetində tapmaq da çətindir. Çünki kəndlərə, ərazilərə gedir, vətəndaşları qəbul edir, onlar başçı ilə görüşlərində dərd-sərini birbaşa deyə bilirlər.
Bu barədə verilən məlumata görə, rayonda aqrar sektorun inkişafı üçün ardıcıl işlər həyata keçirilir, toplantılar olur.
Ötən il rayonda 426 hektar sahədə pambıq əkilmiş, 798 ton məhsul istehsal edilmişdir. Bu il pambıq əkini 500 hektara çatdırılmış və tam çıxış alınmışdır.
Hazırda yığım işlərinə başlamaq üçün sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı və toxumçuluqla məşğul olan “Qreen fired-KT” MMC fəaliyyətə başlanılmışdır.
Ümumilikdə 151 hektar sahəsi olan müəssisənin inzibati binasının tikintisinə yer ayrılmış, 2 artezian quyusu qazılmış, elektrik transformatoru quraşdırılmışdır. Dənli bitkilərin əkini üçün 120 hektar ərazidə toxumluq qarğıdalı əkilmişdir.
Kənd təsərrüfatının mühüm sahələrindən olan baramaçılığın inkişafına diqqət artırılmış, bu məqsədlə ilkin olaraq rayonun Təzəkənd kəndində 10 min ədəd tut ağacı əkilmiş, bu il küpçilərimiz tərəfindən 243 kiloqram barama istehsal edilmişdir.
Rayonda tütün, barama, fındıq və zeytun istehsalının təşkili üçün lazım olan bütün şərait vardır.
Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir.
Sentyabrın 19-da Gülməmmədli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib.
Mərasimdə bildirilmişdir ki, 373 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12849 metr uzunluğunda müxtəlif diametrli polietilen və 30526 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 373 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İcra başçısı Əziz Əzizov iş adamlarına və fermerlərə dəstəyini əsirgəmir. İcra başçısı tərəfindən rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi və ənənəvi sahələrin yenidən bərpa olunması üçün davamlı iş aparılır.
Eyni zamanda bitkiçilikdə və heyvandarlıqda intensiv metodların tətbiqinə xüsusi önəm verilir.
İcra başçısının qəbulunda olan sakinlərdən heç kəs narazı qayıtmır və narahatlığı həllini tapır. Eyni zamanda rayonda gedən abadlıq işləri daim diqqətdə saxlanır, süni qiymət artımına qarşı mübarizə aparılır, yollar, parklar yenilənir.
Ümumiyyətlə, Cəlilabadın icra başçısı həmkarlarından həm də barəsində mediada şikayət və ittihamların olmaması ilə seçilir.
Mətbu reputasiyası təmiz olan Ə.Əzizov vətəndaşların problemlərini yerindəcə həll etdiyi üçün məsələnin ictimailəşməsinə ehtiyac qalmır.
Həmçinin, fermer və sahibkarların narazılığına rast gəlinmir.
Çünki sahibkarlara hərtərəfli kömək göstərilməsi nəticəsində mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunur, emal və infrastruktur müəssisələrinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Şərhlər

XƏBƏR LENTİ