SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir

Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir

Tarix:

22-09-2017, 09:20

/ 91 812 dəfə oxundu.
Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım M.Əliyevaya,
Azərbaycan Respublikasının baş prokuroru cənab Z.Qaralova,
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab R.Usubova,
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri cənab K.Heydərova,
Azərbaycan Respublikasının Ekologiya naziri cənab H.Bağırova,
Azərbaycan Respublikasının Su və Meliorasiya ASC-nin sədri Ə.Əhmədzadəyə,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab H.Əsədova,
Ombudsman Aparatının rəhbəri xanım E.Süleymanovaya,
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab K.Əliyevə,

Şəki rayon İcra Hakimiyyətinin başçısı Cənab E.Usubova,

Respublika Mətbuatına.
Şəki rayonu, Baş Göynük kənd sakinləri Əsgərov Əsgər Mustafa oğlu və qeyriləri tərəfindən
“Şəki rayonu ərazisində Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlakların oğurlanması və talan edilməsi” barədə


Ş İ K A Y Ə T

Bird aha xatırlatmaq istərdik ki, Biz uzun müddətdir ki, yaşadığımız Baş Göynük kəndinə məxsus və bizə pay verilmiş torpaq sahələrində işləyib ailəmizi dolandırmaqla məşğuluq. Təsərrüfatımız Şəki-Qax dəmiryolu xəttinin altından Əyriçay dəryaçasına qədər uzanan bir sahədə yerləşir. Əvvəllər tütünçülüklə məşğul olardıq. Hazırda şəxsi təssərrüfatla-maldarlıqla, dirrik-tərəvəz yetişdirməklə məşğuluq.
Yevlax-Balakən Dəmiryolu xəttinin altında böyük bir hovuz tikilmişdi ki, həmin hovuzdan da həm İnçə kəndi istiqamətində, həm də Qax rayonu sərhəddinə qədər olan ərazilərin suvarılması, bataqlıqların qurudulması və s. istifadə olunsun. Su işlərinin görülməsi üçün diametri 300 və 400 mm, uzunluğu 5 m olan azbest, sink və beton borulardan istifadə edilməklə 14 km uzunluğunda, hər birinin eni 100 m olmaqla 20 sırada 1984-1985-ci illərdə çəkilmiş əsas boru xətlərinin cəmi uzunluğu 300 km -ə yaxın idi. Hələ bu boru xətlərinə birləşmiş əlavə xətlər nəzərə alınmır. Bütün bu boru xətləri kimlərinsə göstərişləri əsasında 5-6 il əvvəl günün günorta çağında torpaqların altından texnikanın köməyilə çıxarıldı. Böyük hissəsi (bu sahədə iş görən mənbənin dediyinə görə) Zaqatala rayonundakı anbara daşındı. Sonradan məlum oldu ki, bir sıra iş adamları bu boruları öz pulları ilə alıb təsərrüfat qurublar. Lakin dövlət idarəsinə məxsus olan belə boruların bazarda heç vaxt satışı olmayıb və indi də yoxdur. O vaxtdan onlarla kənd ərazisini əhatə edən torpaqlarda son illər yenidən şoranlaşma başlayıb, sucuqlar, bataqlıqlar artıb. Nəticədə məhsul yetişdirilməsində yerli adamların hamısı əziyyət çəkməli olurlar.
2016-cı ilin Noyabrın 29-da belə beton borulardan 4000 m uzunluğunda bizim 90 təsərrüfat ailəsinə məxsus “Ocaq Palıdlar” deyilən ərazidən ekskovatorla çıxarılıb oğurlanarkən biz sakinlər tərəfindən hadisənin qarşısı alındı. İnsanlar bu borulardan axan su ilə öz təsərrüfatlarının suvarılması işlərini görürdülər. Ancaq nə yazıq ki, dövlətin bu əmlakına göz dikmiş bir dəstə bizi göz görə-görə aclığa məhkum etmək istəyir. Biz ekskovatorçunu qovduq. O da öz növbəsində bildirdi ki, mən nə çarəyəm. Deyirlər və mən də gəlib boruları çıxarıb hazır edirəm ki, Şəki şəhərinə aparılsın. Biz baş vermiş hadisəni videolentə çəkmişik. Və dərhal DİN-in 102 xidmətinə zəng edərək oğurluq hadisəsinin baş verməsini və dərhal tədbir görülməsini bildirdik. Tez bir zamanda hadisə yerinə Şəki RPİ-nin bir polis kapitanı gəldi. Ekskovatorçu kimə zəng etdisə, dərhal polisə zəng edildi. Polis kapitanı hadisəni araşdırmaq əvəzinə gəldiyi xidməti avtomobilinə minib aradan çıxdı. Və son anda bildirdi ki, bu işlə sahə müvəkkili Rahim Uğurluyev məşğul olacaq.
Sabahı gün doğrudan da polis mayoru R.Uğurluyev öz şəxsi avtomobilndə hadisənin baş verdiyi əraziyə gəldi. Və məni avtomobilinə oturdub gedək dedi. Biz Şəki şəhərinin yuxarı hissəsində B.Vahabzadə küçəsinə çatdıq. Polis mayoru yolun kənarına düzülmüş beton boruları mənə göstərib bildirdi ki, görürsənmi bu borular hara sərf olunur? Şəkinin abadlığı üçün sərf olunur. Mən etiraz etdim ki, axı dövlətimiz hər il milyonlarala pul ayırır ki, şəhərin abadlıq, təmir-tikinti işləri qaydasında olsun. Vacibdirmi ki, o boyda təsərrüfata ziyan vurmaqla belə işlər görülsün? Polis R.Uğurluyev əvvəlcə izh etdi ki, bu İcra Hakimiyyətinin tapşırığıdır və məni Polis İdarəsinə gətirib hadisə ilə bağlı izahat yazdırmaq istədi. O öz bildiyi kimi diqtə etməyə başladı. Mən etiraz etdim, bildirdim ki, hadisənin necə baş verməsi barədə necə var elə də izahat yazacağam, ancaq polis qoymadı. Mən də Şəki Rayon Polis İdarəsini tərk etdim. Mənim Polis İdarəsinə aparıldığımı eşidən yaşadığım ərazinin bütün sakinləri (90 ailə üzvləri) etiraz olaraq Şəkiyə yürüş təşkil etmək istəyiblər. Mən dərhal zəng edib camaatın narahat olmamasını, yola çıxmamalarını xahiş etdim və kəndimə qayıtdım. İnsanlar yerli məmurların göstərişləri əsasında planlaşdırılan oğurluq hadisəsindən bərk qəzəblənmişdilər. Sabahısı mənə bildirdilər ki, səni Şəki rayon İcara Hakimiyyətinə dəvət edirlər, mən də getdim. Lakin İcra Hakimiyyətində bütün qapıları gəzdim. Heç kim məni qəbul etmək istəmədi.
Biz 90 ailə dövlət mülkü hesab edilən beton boruların ərazimizdən sökülüb aparılmasına qəti etirazımızı bildirirk. Çünki bu oğurluq baş tutacağı halda bizim susuz təsəsrrüfatla məşğul olmağımızın heç bir faydası qalmayacaqdır.
Biz məsləilə bağlı respublikanın direktiv orqanlarına və KİV-ə dövlət malının talan edilməsinin qarşısının alınması üçün fotosənədlərlə şikayət ünvanladıq. Sağ olsunlar vicdanlı mətubuatımızı ki, “Şəkidə dövlətin malını talayan kimlərdir? - ŞİKAYƏT VAR” başlıqla sözümüzü cənab Prezidentə çatdırdılar: http://www.moderator.az/news/160995.html
http://www.dia.az/8/128233-shekide-dovletin-malini-talayan-kimlerdir.html
https://xalqxeber.az/bolge/380622-shekide-dovletin-malini-talayan-kimlerdir-shkayet-var.html

Sağ olsun cənab Prezidenti ki, qaldırdığımız məsləilə bağlı yüksək səviyyədə işin araşdırlmasına göstəriş verdi. 8 dekabr 2016-cı ildə gecə saat 1 radələrində Baş Göynük kənd icra nümayəndəsi və Bələdiyyə sədri evimin qapısını döyməyə başladılar. Yalvar-yaxar oldu ki, sabah Şəki rayon Prokurorluğunda izahat yaz şikayətindən imtina et, İcra başçısı söz verib ki, yerli sakinlərin su ilə bağlı problemlərini qısa müddətdə həll edəcəkdir. Nümayəndə hətta sıradan çıxmış qaz boru xəttilə bizim yaşayış massivinə işməli suyun çəkilişini yerinə yetirəcəyini də söz verdi. Biz də inandıq ki, pis yaxşı dövlətin rəsmi adamıdır, qapıma gəlib göz yaşı tökür. Razılaşdıq. Səhər Şəki Rayon Prokurorluğuna gedib izahat yazdıq ki, məslələri əsbiləşib qaldırmışıq, qanmamışıq və s. Və ilaxır. Beləliklə də dövlətin göz görə görə talan edilən əmlakını bir yoluna “qoydular”
Budur, aradan 10 ay müddət keçməsinə baxmayaraq nə yerli icra nümayəndəsi,nə də icra başçısı vədlərinə əməl edib heç bir su çəkilişilə məşğul olmadılar. Yenidən rəsmi müraciətlərdən sonra məni çağırıb “otarmaq” istədilər ki, bəs siz özünüz gedib dəmir borular tapmalı, özünüz gətirməli, qaynaq işləri gördürməli və özünüzə su xətti çəkməlisiniz.Yəni biz bu işlərin görülməsi üçün ən azı 4000 manat xərc çəkməliyik. Bu cavabdan sonra biz 90 ailə başa düşdük ki, rəsmi olaraq dolayıblar. Amma bu arada (2017-ci il də)yenə məmur göstərişlərilə bizim yaşadığımız və təssərrüfatımızın yaxınlığında olan uzunluğu 4 metr, diametri 500 mm olan beton borulardan daha 3000 metr gecələr çıxarıb aparıb töküblər Şəkidə Salman Mümtaz küşəsinin Dövlət Yol Polisinin köhnə İdarəsinin üst hissəsindəki tikinti materialları bazasına. Təkrar qeyd etmək istəyirik ki, belə beton borular son illər satışda olmayıbdır. İndi isə peyda olub. Kimə lazımsa gedib pulunu verib ala bilər. Biz yerli icra nümayəndəsindən soruşduq ki, yenidən 3000 metrlik boruları gecələr hara çıxarıb aparıblar? Qeyd etdi ki, dövlət səviyyəsində tapşırıq var ki, ərazidə fındıqçılığın və barama üçün tut ağaclarının əkilməsi və suvarılması üçün borulardan istifadə ediləcəkdir.O zaman boruları niyə gecə yarı, hamı yatandan sonra oğurlayırlar? Gəlsinlər gündüzlər aparsınlar.
Maraqlı burasıdır ki, oğru ekskovator çox kombinasiyalı iş rejimilə işləyir. Belıə ki, o məslən bizim ərazidən dövlətə məxsus boruları bir-iki gün oğurladıqdan sonra gedir digər Zəyzid kəndindəki boruları bir-iki gün müddətində oğurlamağa, sonra iki gün fasilədən sonra keçir Güncüt kəndindəki boruların oğurlanmasına Və qəfil olaraq yenə iki gündən sonra keçirlər Qax –Şəki sərhəddində yerləşən ərazilərdki yeraltındakı boruların çıxarılaraq daşınmasına. Proses davam edir.
Cənab Prezident, Siz həmişə yerli məmurlara göstəriş verirsiniz ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə yerli hakimiyyət orqanları köməklik göstərsinlər. Biz isə əksini görürük. Gözümüzün qabağında külli-miqdarda dövlət əmlakı gizli qüvvələrin əlilə tar-mar edilir, oğurlanır və satılır. Sonda əziyyət çəkən yerli təsərrüfat sahibləri kimi biz oluruq. Odur ki, Sizdən Meliorasiya və Su Təsərrüfatı ASC-yə məxsus müxtəlif boruların talan edilməsinə göstəriş vermiş quldur dəstəsinin və onların icraçılarının tezliklə tapılaraq qanun qarşısında cavab vermələri üçün aidiyyatı üzrə təşkilatlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən hamılıqla minnətdarlığımızı bildiririk.
Əlavə: 3 vərəq. əvvəlki şikayət
Xüsusi qeyd: Biz 14.09.2017-də rəsmi məktubları poçtla dövlət orqanlarının hamısına göndərdik.Və çatması barədə rəsmi arayışlar da aldıq. Avqustun 18-də Şəki rayonu, Aşağı Göynük ərazisində Xəlil adlı icraçının rəhbərliyi altında yenə böyük miqdarda beton və əlvan metaldan hazırlanmış və Meliorasiya ASC-yə məxsus su borularının növbəti oğurluqlarını HYUNDAİ 170 W markalı ağır texnikanın köməyilə yerin altından çıxararaq oğurladıqlarını kameraya çəkdik. Və məlumat aldıq və yerində araşdırdıq ki, son aylar oğurlanan dəyəri milyon manatlarla ölçülən dövlət əmlakları (sayı yüzlərlə olan)hansı koordinatda və kimin həyətində gizlədilir. Jurnalistlərdən və hüquq mühafizə orqanlarından bu oğurluq faktıilə yerində maraqlanmaq istəyən olsa biz məmuniyyətlə talan edilmiş və gizlədilmiş dövlət əmaklarının yerini göstərə bilərik. Kamera çəkilişind
n də göründüyü kimi talançılığı RR Rolt Şirkətlər qrupuna məxsus Hyundai markalı dövlət nömrə nişanı gizlədilmiş sarı rəngli ekskovatorla həyata keçirilir. Xəlil bu çəkilişişdən xəbər tutan kimi dərhal mənə müəyyən miqdar borular verməyi və bizim 90 ailənin təsərrüfatına su çəkməyi də vədlər verdi. Biz razı olmadıq. İndi söz dövlət hüquq-mühafizə orqanlarınındır.

Tarix: 22 sentyabr 2017-ci il.
İmza: Əsgərov Əsgər Mustafa oğlu və qeyriləri(tel.051-832 25 71)

xalqxeber.az
Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir
Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir
Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir
Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir
Şəkidə Meliorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlaklar talan edilir

Şərhlər

XƏBƏR LENTİ