SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncədə təxribatla məşğuldur -ŞİKAYƏT

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncədə təxribatla məşğuldur -ŞİKAYƏT

Tarix:

22-09-2017, 09:16

/ 95 596 dəfə oxundu.
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncədə təxribatla məşğuldur -ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV cənablarına
Surəti: “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin sədri Qorxmaz Cavanşir oğlu Hüseynov cənablarına
Cənab Prezident,mənim Sizə ünvanladığım şikayət məktubuna Azərbaycan Respublikası "Azərsu" açıq səhmdar cəmiyyəti tərəfindən artıq ikinci dəfə tamamilə yalanlardan ibarət olan belə bir cavab göndərilib.
Sizin içməli su təchizatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına etdiyiniz müraciətə Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır.Məlumat üçün bildiririk ki,Əziz Əliyev küçəsində əhalini içməli su ilə təmin edən su anbarı yuyulub təmizlənərək dizinfeksiya olundu və həmin küçədə 2 saylı binanın su təchizatını təmin edən mərkəzdənqaçma mühərriki dəyişirilərək yeni 45 kVt-lıq mühərriklə əvəz edildi.Suyun verilməsinə əməkdaşlarımız tərəfindən nəzarət olunur.

Direktorun birinci müavini Vəli Həsənov

Sizin içməli su təchizatı ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və "Azərsu" ASC-nin sədrinə etdiyiniz müraciətə "Birləşmış Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır.Məlumat üçün bildiririk ki,Əziz Əliyev küçəsində yaşayan əhali və digər abonentlər içməli su ilə ərazidə yerləşən dalma və mərkəzdənqaçmə nasosları vasitəsi ilə təmin edilir.Nasoslarda yaranmış nasazlıq müəssisə tərəfindən bərpa edilərək vətəndaşlara tərtib edilmiş qrafik üzrə su verilir və suyun verilməsi nəzarətdə saxlanılır.
İmza: Direktorun birinci müavini Vəli Həsənov

Cənab Prezident məlumunuz edirəm ki,AzərSu rəhbərliyinin iddia etdiyi kimi burada heç bir iş görülməyib. Vəli Həsənovun cavab məktubunda yazılanlar isə tamamilə yalanlardan ibarətdir. Buradan belə nəticə çıxır ki,Gəncə şəhər Su İdarəsinin rəhbərliyi Qorxmaz Hüseynova yalan məlumat verib.Onlar da həmin cavabı vətəndaşa göndəriblər.Onlar qeyd edir ki, əhalinin içməli su ilə təmin olunmasına nəzarət edilir.Əslində GəncəSukanal səhmdar cəmiyyəti heç özünə nəzarət edə bilmir.Bu qədər də özbaşınalıq və məsuliyyətsizlik olarmı?Bunlar dərk etmir ki,bu nasos 2 saylı binaya yox,27 ədəd dördmərtəbəli yaşayış binasına,xeyli həyət evlərinə,1 universitet binasına,bir xəstəxanaya və s.xidmət edir.30 kVt-lıq motor suyu verəndə su hər yerə gedir,bir dənə ventil işlək vəziyyətdə deyil.Yaşayış binalarının arasında palçıqdan tərpənmək mümkün deyil.
Cənab Prezident, məlumunuz edirik ki,Gəncə şəhərində içməli su xüsusi su maşınları ilə daşınaraq yaşayış binalarının qarşısında 10 litri 40 qəpiyə satılır və yaxud "Qazel" tipli maşınlarda kanistrlərə doldurularaq 10 litri 40-50 qəpiyə pərakəndə şəkildə satılır.Bizim şikayət etdiyimiz su isə , "Azərsu" rəhbərliyinin ərizəmizə cavabında iddia etdiyi kimi içməli su deyil.Bu artezian suyudur və yüksək codluq dərəcəsinə malikdir. Digər tərəfdən, bu su ambara vurulur və bu ambarın içərisində isə siçovul leşinə kimi hər şey var.Həmin ambardan isə iki gündən bir, 30 kVt-lıq mərkəzdənqaçma nasosu ilə cəmi 2 saat müddətinə növbə ilə yaşayış binalarına verilir.Əhali isə bu suyu "Aqidel" tipli motorlarla yaşayış binalarının damında olan su çənlərinə vurur və qənaətlə istifadə edir.Bu su içməli su ola bilərmi? Görünür hələ də "Azərsu" və Gəncə şəhər Su İdarəsinin rəhbərliyi texniki su ilə içməli suyun fərqini bilmir və ya bilmək istəmirlər.Əhaliyə verilən su texniki sudur,amma içməli su qiymətinə satılır.Bu su yığılan ambar çox çirklidir,içərisi zir-zibillə doludur,oradakı siçovul leşini şəxsən özüm görmüşəm.Bu ambar əslində mühafizə olunmalıdır,amma bunun ağzı açıqdır,hətta hasarı belə yoxdur.Küçədən keçən istənilən şəxs ambarın içərisinə təxribat məqsədilə zəhərli maddə atıb 27 ədəd dördmərtəbəli yaşayış binasının,xeyli həyət evlərinin əhalisini məhv edə bilər.Bu ambarın gözətçisi belə yoxdur .
Digər tərəfdən mənim şikayət məktubum tamamilə başqa məzmundadır.
Mənim yazdığım şikayət məktubu aşağıdakı məzmundadır .

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV cənablarına

Məlumunuz edirik ki,biz Gəncə şəhər,Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən Sizə müraciət edirik,aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib.
Məlumunuz edirik ki, yaşadığımız ərazini su ilə təmin edən artezian motoru 27 ədəd 4 mərtəbəli yaşayış binasına , çoxlu həyət evlərinə,1 universitet binasına xidmət edir.Əvvəllər burada suyu təzyiqlə verən motor 55 kVt gücündə idi.Su idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi.Onsuz da biz su ilə təmin olunmurduq.Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı.Hər bir adam əlavə olaraq "Aqidel" markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla əvəz edib.Hələ üstəlik, yaxınlıqda olan özəl tədris kursu və uşaq baxçası yerləşən binanı,habelə təzə qurulan Gəncə Avropa Parkını da daimi olaraq bu xəttə qoşublar, oradakı su çiləmə qurğuları da bura qoşulub. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir.Bu ambarın içərisində isə antisanitariya hökm sürür.
Yaşayış binalarına su iki gündən bir 2 saat verilir.Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə su birinci mərtəbələrə gəlmir ki,heç olmasa "Aqidel" nasoslarından istifadə edib su götürək.Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən, dəfələrlə su maşınları gətirib çənə su vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır. Xahiş edirik ki,ərazini su ilə təmin edən mərkəzdənqaçma nasosunun yenidən 55 kVt-lıq qoyulması üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz .
Hörmətlə,
Elçin Məhəmməd oğlu Cavadov
Ünvan: Gəncə şəhəri,Əziz Əliyev küçəsi,11

xalqxeber.az
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncədə təxribatla məşğuldur -ŞİKAYƏT
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncədə təxribatla məşğuldur -ŞİKAYƏT
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncədə təxribatla məşğuldur -ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ