SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İŞİD”çilərə cəza istənildi

“İŞİD”çilərə cəza istənildi

Tarix:

20-09-2017, 11:42

/ 56 378 dəfə oxundu.
“İŞİD”çilərə cəza istənildi

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində "İŞİD" terror təşkilatına qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək A.Qəhrəmanovun 11 il, R.Qasımovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, adıçəkilən şəxslər Suriyadan Azərbaycana qayıdarkən saxlanılıblar.

Şərhlər

XƏBƏR LENTİ