yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əhəd Abıyev Daşkəsəndən gedir?!

Əhəd Abıyev Daşkəsəndən gedir?!
19-09-2017, 10:55 35 389 dəfə baxılıb

Daşkəsən RİN-nin başçısı Əhəd Abıyev barəsində ilginc məlumat yayılıb. Əhəd Abıyev yaxın günlərdə vəzifəsindən azad oluna bilər.
Nəlumatda vurğulanır ki, son günlər böyük vəzifəli məmurların savaş açdığı Daşkəsən RİH-nin başçısı ona olan məlum təziqlərin durdurulması üçün ali instansiyalara müraciət edib. Daşkəsən “şefi” ətrafında baş verənlərdən ən xırda detallarına qədər məlumatlı olan instansiyadan isə ona bir az səbr etməyi məsləhət biliblər.
Sayta danışan mənbə vurğulayır ki, Əhəd Abıyevin indiki real situasiyada təziqlərdən yaxa qurtarması üçün yalnız bir yol var – onu vəzifədən azad etmək! Ancaq bu variant həyata keçirilərkən Əhəd Abıyev hakimiyyətə etdiyi xidmətlərinə görə işsiz qalmayacaq. Belə ki, onun Masallı RİH-nin başçısı vəzifəsinə təyin olunacağı ehtimal olunur.
Mənbə qeyd edir ki, baş verəcək təyinat sayəsində Masallı RİH-nin başçısı Rafil Hüseynov da kənarda qalmayacaq. Böyük təcrübəsi və yüksək təşkilatçılıq qabiliyyəti olan Rafil Hüseynovun da Daşkəsən RİH-nin başçısı təyin olunacağı ehtimal olunur.
Səslənən iddiaların nə qədər gerçək olduğu hər halda yaxın zamanlarda bilinəcək.
Xatırladaq ki, ötən həftə ölkə mediasında Əhəd Abıyev Daşkəsəndə fəaliyyət göstərən filiz zavodunu Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin ələ keçirmək istədiyini açıqlamışdı.

Qeyd edək ki, Kərəm Həsənovla Elmar Vəliyev qudadırlar.

Qlobal.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: gedir, Dashkesenden, Ehed, Abiyev
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ