SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdam təhsili diz üstə çökdürülüb

Ağdam təhsili diz üstə çökdürülüb

Tarix:

16-09-2017, 14:21

/ 82 417 dəfə oxundu.
Ağdam təhsili diz üstə çökdürülüb

Ağdam Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanovun özbaşınalıqları davam edir.
Ağdam rayonunda yaşanan təhsil rəzaləti ilə bağlı daha doğrusu Ağdam rayon 87 saylı tam orta məktəbinin kimya-biologiya müəlliməsi Əsgərova Vəfa Yusif qızı işlədiyi məktəbdə məktəb direktoru Səbahət Əmirovanın ona qarşı etdiyi özbaşınalıqlar barədə redaksiyamıza göndərdiyi məktubda yazmışdı. Ancaq şikayət məktubu saytlarda yayılandan sonra Ağdam rayon 87 saylı tam orta məktəbinin direktoru Səbahət Əmirovanın müdafiəsi üçün Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanovda məktəbə gələrək, Ağdam rayon 87 saylı tam orta məktəbinin kimya-biologiya müəlliməsi Əsgərova Vəfa Yusif qızını qeyri-qanuni yolla səsvermə keçirmək yolu ilə məktəbdən uzaqlaşdırmağa çalışsalarda bu dəfə istəklərinə nail ola bilməyiblər.
Belə ki, Əsgərova Vəfa Yusif qızı rayon 87 saylı tam orta məktəbinin direktoru Səbahət Əmirovanın, özbaşınalıqları barədə Təhsil Nazirliyinə müraciə etmiş və nazirlikdən cavab olaraq bildirilib ki, dərs vaxtı sentyabrın 15-də açıq elan olunduqdan sonra məktəbdə yoxlama təşkil olunacaq.
Təhsil Nazirliyinin məktəb direktorları üçün təşkil olunan müsabiqədən keçə bilməyən, tarix müəlliməsi Səbahət Əmirova necə məktəb direktoru oldu?
Aldığımız məlumata görə, Səbahət Əmirova Spanakert Dövlət Pedaqoji İnstitutunun Tarix fakultəsini bitirib. Ancaq 1993-cü ildə bu Unversitet bağlanıb və diplomları Azərbaycan daxil heç bir ölkə tərəfindən tanınmır. Çünki Sovet dönəmində bu cür diplomları bir qonaqlığa təşkil etmək mümkün idi.
Səbahət Əmirova 1996-cı ildən Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən 18 saylı Quzanlı qəsəbə orta məktəbində 5ci sinif şagirdlərinə Tarix fənni üzrə dərsi keçib. Bir neçə dəfə burda oxuyan şagirdlərdən bayram günləri ilə əlaqədar qeyri-qanunsuz pul yığdığına görə məktəb direktoru Surəyya müəllimə tərəfindən Səbahət Əmirovaya xəbərdarlıq edib.
Digər aldığımız məlumatda o da, qeyd olunur ki, Səbahət Əmirova bir neçə dəfə Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi imtahanlardan keçə bilməyib. Səbahət Əmirovanın həyat yoldaşı İsgəndər Ağdam Mərkəzi Xəstəxanansında Anbar müdiri işləyir.
Ancaq Səbahət Əmirova 2015- cil ildə Ağdam Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanovun köməkliyi ilə Ağdamın 87 saylı tam orta məktəbinin direktoru təyin olunur.
Təhsil haqqında qanuna zidd olan bu təyinatın bir neçə müəmmalı səbəbləri ortaya cıxıb. Belə ki, Səbahət Əmirova 2013-cü ildə və 2014-cü ildə Təhsil Nazirliyinin məktəb direktorları üçün təşkil olunan müsabiqədən keçə bilməyib və qanunda da qeyd olunur ki, nazirliyin təşkil etdiyi müsabiqələrdən keçə bilməyən müəllimlər direktor təyin edilə bilməz. Digər tərəfdən Səbahət Əmirovanın Spanakert Dövlət Pedaqoji İnstitutunundan aldığı diplom da saxtadır.
Aldığımız məlumatda qeyd olunur ki, Səbahət Əmirova Ağdam Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanova 15 min manat pul verərək 87 saylı tam orta məktəbinə direktor təyin olunub. Bu faktı özü Əsgərova Vəfa Yusif qızına da bildirib ki, mən yuxarılara rüşvət verib gəlmişəm və verdiyim pulu çıxartmalıyam.
Onu da qeyd edək ki, Səbahət Əmirova Ağdam Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova ilə müqavilə əsasında direktor işləyir. Bir neçə gündən sonra yəni sentyabrın 7-də Təhsil Nazirliyinin məktəb direktorları üçün keçirdiyi müsabiqədə iştirak edəcək. Yəqin bu dəfə Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanovun köməkliyi ilə “keçər”, yoxsa yenə məcburən direktor işləməsi üçün Ağdam Təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanı görməli olacaq.
Ağdam Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanovun özbaşınalıqları.
Bildirək ki, Ağdam təhsili ilə bağlı redaksiyamıza rayonun ziyalıları adından da müraciət daxil olub. Müraciətdə bildirilir ki, rayonda təhsil sahəsində uğursuz kadrlar olan Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanov sanki Ağdam ziyalılarına qənim kəsiliblər:
“Ağdam təhsili qərəz meydanına çevrilib. Bu iki məmurun kimdən xoşu gəlmirsə onları şərləməklə, hədə -qorxu gəlməklə və başqa yuxarı orqanlara yalnış məlumat verməklə işdən azad edirlər. Məlumat verən mənbə bildirir ki, Ağdam təhsilində vəziyyət o həddə çatıb ki, bu yaxın günlərdə övladının təhsilini tələb edən məktəb müəllimi on günlük həbsə atılıb. Xüsusən bu günlərdə Ağdam rayonunda məktəb direktoru oyunları gedir.
Elə məktəb var ki, sentyabrdan bu günki günə qədər düz beş dəfə direktor təyinatı olub. Onların hər biri həmin məktəblərdə bir ay işləmiş və xaric olunmuşdur. Ağdamın hazırda otuza yaxın məktəbində direktorlar həvalə olunma qaydaları ilə işləyir. Təbii ki bu kimi hallar düşmənlə təmas xəttində yerləşən bir rayon təhsilinin vəziyyətini bir az da çətinləşdirir.
Dəfələrlə Təhsil Nazirliyinə Ağdam ziyalıları adından vurulan teleqramm və məktublara hansısa səbəbdən laqeyd münasibət bəslənərək heç bir tədbir görülmür. XXI əsrdə Ağdamda “papka” deyilən məktəblər hələ də fəaliyyət göstərir. Amma nədənsə rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanov bu hallara göz yumaraq bildirirlər ki, biz belə məktəbləri yalnız nazirliyin Daxili Nəzarət idarəsinin rəisi, keçmiş MTN əməkdaşı olan Kənan Quliyevin tapşırığı əsasında yoxlaya bilərik.
Eyni zamanda bu günlərdə Ağdamın sayılıb seçilən ziyalılarından olan Çəmənli kənd orta məktəbinin direktor müavini Ərəstun Tarverdiyev, 118 saylı məktəbin direktoru Vaqif Məmmədov, 14 saylı məktəbin direktoru Elman Abbasov bu cür haqsızlıqların qurbanı olmuşlar.
Onu da qeyd etmək lazımdır ki, bu direktorlar hamısı Yeni Azərbaycan Partiyasının üzvləri, eyni zamanda Qarabağ döyüşü veteranlarıdır. Biz Ağdam ziyalıları həmişə ölkə rəhbəri möhtərəm cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Amma bu gün Ağdam Təhsil şöbəsində cənab prezidentimizin həmişə bildirdiyi kimi “Dövlət qulluqçusu xalqın xidmətçisidir” ifadəsinə Mətanət Misirxanova və Məhəmməd Aslanov niyə zidd gedir?
Məhəmməd Aslanov hər zaman bildirir ki, onun arxasında Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin rəisi Kənan Quliyev dayanır. Onun dediyinə görə sözügedən şəxslə dostluq əlaqələri çox qırılmaz tellərə bağlıdır.
Biz Ağdam ziyalıları ümid edirik ki, aidiyyəti qurumlar, xüsusi ilə də həmişə ziyalılara diqqətlə yanaşan, təhsil sahəsinə öz humanist qayğısını əsirgəməyən, ölkəmizin birinci vitse – prezidenti Mehriban xanım Əliyeva məsələni diqqətdə saxlayacaq. Bu cür süründürməçi hallara yol verən, təhsil adına ləkə gətirən məmurlara qarşı lazımi tədbirlər görəcək”.

Prezident Administrasiyasında Mətanət Misirxanovanın yaxın adamı kimdir?

Aldığımız məlumatlarda onu da qeyd edirlər ki, Ağdam qaçqınların üçün salınan İmamqulubəyli qəsəbəsində 5 orta məktəb yerləşir. Həmin qəsəbədə dövlət tərəfindən tikilən 135 saylı orta məktəbin binasında əlavə olaraq, 87 saylı orta məktəb və 92 saylı tam orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərində öz direktorları var. Belə ki, 135 saylı orta məktəbin direktoru Yaşar müəllim, 92 saylı tam orta məktəbin direktoru Məzahir müəllim və 87 saylı tam orta məktəbin direktoru Səbahət Əmirovadır.
Həmin qəsəbədə fəalliyyət göstərən digər 2 məktəb isə İmamqulubəyli qəsəbəsə orta məktəbi və Ətayət xanımın öz hesabına məktəbin anbarı adı altında tikdirdiyi bina da məktəb kimi fəaliyyət göstərir.
Hər məktəbdə 60-70 nəfər şagird, hərəsində 20-25 nəfər müəllim, 4-5 xadimə, 2 qarovulçu, 3 laborant, hərəsində katibə, psixoloq, hərbi hazırlıq və.s. bu da hər ay 5-6 min manat dövlətin büdcəsinin manimsənilməsi deməkdir.
Digər tərəfdən nəzərə alsaq ki, hər məktəb direktoru hər il əlavə 6-7 ştat götürür və hər ştatı da 1000-1500 azn qiyməti var. Hər məktəbdə də uşaq azlıq təşkil edəndə həmin məktəblər siyahı dəyişikliyi edərək, orta məktəb şagirdlərin sayı hesabına pul ilə siniflər yaradıb, dərs saatı yazıb, pul silirlər. Məktəblərdə yoxlama aparılsa, nə şagirdlərin sayı, nə keçirilən dərslər, nə də adı olub özü olmayan müəllimlər aşkarlamaq olar. Həmin məktəbin şagirdlərin üst-üstə hesablasanız ancaq 1 orta məktəbin şagiridi alınar. Ancaq hər il qəsəbədə fəaliyyət göstərən 5 orta məktəbə 100 min manatdan çox pul ayrılır və həmin pulların hamısı demək olar ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovaya çatır.
Məlumatda qeyd olunur ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova vəzifəyə təyin olunan zaman bildirib ki, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov mənim yaxınımdır və onun köməkliyi sayəsində bu vəzifəyə təyin olunmuşam.
Ağdam rayonundan gələn şikayətlərdə iddia olunur ki, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəb direktorlarından 500 manat alıb.
Onu da qeyd edək ki, araşdırma apararkən məlumatları dəqiqləşdirmək üçün Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova
(050 496 24 36) ilə əlaqə yaratmağa çalışsaqda heç cür bu istəyimiz alınmadı.
Ağdam təhsili ilə bağlı araşdırmalarımız davam edir.

Şərhlər

XƏBƏR LENTİ