SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » AĞDAM RAYONUNUN 87 SAYLI MƏKTƏBİNDƏ DİREKTOR-MÜƏLLİM MÜNAQİŞƏSİ

AĞDAM RAYONUNUN 87 SAYLI MƏKTƏBİNDƏ DİREKTOR-MÜƏLLİM MÜNAQİŞƏSİ

Tarix:

15-09-2017, 16:58

/ 107 986 dəfə oxundu.
AĞDAM RAYONUNUN 87 SAYLI MƏKTƏBİNDƏ DİREKTOR-MÜƏLLİM MÜNAQİŞƏSİ

İLK DƏRS GÜNÜ MƏKTƏBDAXİLİ ZİDDİYYƏTLƏR YENİ TƏKAN ALDI:

İlk dərs günü - 15 sentyabr 2017-ci il tarixdə saat 12:00-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirən Ağdam rayon 87 saylı tam orta məktəbinin kimya-bilologiya müəlliməsi Əsgərova Vəfa Yusif qızı KiV nümayəndələrinə müraciət edərək, məktəbin direktoru Səbahət Əmirovanın ona qarşı qanunsuz tələbləri, təzyiqləri ilə üzləşdiyini bildirmişdir.
Vəfa Əsgərova özü barədə məlumat verərək Ağdam rayonundan məcburi köçkün olduğunu, Bərdə rayonunun Qarabağ qəsəbəsində yaşadığını, Gəncə Pedaqoji Universoitetinin məzunu olduğunu, 2009-cu ildən Təhsil Nazirliyinin təyinatı əsasında məktəbə göndərildiyini, qüsursuz işlədiyini qeyd etmişdir.
V. Əsgərova bildirmişdir ki, məktəbin sabiq direktoru Sahib Cəfərov təqaüdə çıxdıqdan sonra onun yerinə 2015-ci ilin sentyabr ayından təhsil şöbəsinin müqaviləsi əsasında Əmirova Səbahət direktor vəzifəsinə təyin edilmi və fəaliyyətə başladığı gündən özünün "yeni siyasətini" elan etmişdir:
"Məktəbə direktor gələn gündən Əmirova Səbahət xanım deyir ki, rayon rəhbərlərinə rüşvət verib gəlmişəm, verdiyim rüşvəti çıxartmalıyam. Məni bir neçə dəfə öz otağına çağıraraq təklif etdi ki, adına qeyri-ixtisas dərs saatı yazım, pulunu ver mənə. Ya da sənə "İnsan və Cəmiyyət" fənni üzrə 6 saat dərs saatı yazacam, sən dərs keçməyəcəksən, sadəcə hər ay kartına vurulan pulu mənə verəcəksən. Onu da qeyd edim ki, dəfələrlə hər dərs saatıma görə hər ay məndən 1 AZN pul istəyib. Ümumilikdə, Ağdam rayon 87 saylı orta məktəbində işləyən bütün müəllimlərin iş saatlarına görə hamısından aylıq dərs saatı pulu tələb edir. Onun təklifinə razılaşmadığıma görə həmin gündən mənimlə münaqişə aparır. Gah şagirdləri, gah valideynləri, gah da müəllimləri öyrədib mənə qarşı təzyiqlər etdi. Mənim dərs dediyim şagirdi öyrədərək, nalayiq, insanlığa yaraşmayan sözləri kağıza yazdırıb, əl çantama atdırıb. Bu cür yollarla müəllimlik şərəfimi ləkələmək istəyir. Özü xislətli daha bir neçə müəllimləri öyrədərək məni şifahi və yazılı təhqir etdirib. Məqsədi odur ki, məni bezikdirib işdən çıxmağa məcbur etsin. Əl çantama təhqiredici sözlər yazdırıb atdırdıqdan sonra Təhsil Nazirliyinin daxili nəzarətçisi Kənan Quliyevin qəbulunda oldum. Lakin heç bir tədbir görmədi. Hətta mən işdə ola-ola mənim ixtisasımı vakansiya verdi. Bu işlə əlaqədar Təhsil Nazirliyinin I müavini Ceyhun Bağırovun qəbulunda oldum. Sağ olsun, işə obyektiv yanaşaraq iyun ayının 14-də Ceyhun Bağırov vakansiyanı götürdü".
Vəfa Əsgərova məlumat verdi ki, Ağdam rayon 87 saylı tam orta məktəbinin müəllim kollektivi faktiki olaraq cəmi 10-15 nəfərdən ibarət olmasına baxmayaraq, direktor saxta yolla həm kollektiv üzvlərini, həm də şagird kontingentini dəfələrlə çox göstərir: "Onu da qeyd edim ki, mən yaşadığım Bərdə rayon Qarabağ qəsəbəsində 5 orta məktəb yerləşir. Hamısı da Ağdam məktəbidir. Amma maraqlı məqam ondan ibarətdir ki, 5 orta məktəbin 3-ü (135, 92, 87 saylı məktəblər) bir orta məktəbin binasında fəaliyyət göstərir. Buradan da açıq-aşkar görünür ki, Ağdam təhsilıi bərbad gündədir. Hər məktəbdə 60-70 nəfər şagird, hərəsində 20-25 nəfər müəllim, 4-5 xadimə, qarovulçu, laborant, hərəsində katibə, psixoloq, hərbi hazırlıq müəllimi və s. Bu da hər ay 5-6 min manat artıq yazılıb mənimsənilmiş maaş, dövlətin büdcəsinin qəsb edilməsi deməkdir".
Vəfa müəllimə nəinki direktor və tərəfdarları olan müəllimlərin, hətta Təhsil Şöbəsinin müdiri Məlahət Muxtarovanın da təhqirlərinə məruz qaldığını deyiar: "Şöbə müdiri məktəbə gələrək, müəllimləri öyrədərək səsvermə keçirdi ki, məni işdən uzaqlıaşdırsın. Mənə dedi ki, niyə mənim başımın üstündən keçib Ceyhun Bayramovun qəbulunda olmusan".
V. Əsgərova həmçinin işlədiyi məktəbdə direktorun qanunsuz şərtlərinə əməl edərək onunla cinayət olmaqda suçladığı, ixtisasları tədris etdikləri fənnə uyğun gəlməyən bəzi müəllimlərin, məktəbdə bircə dəfə də olsun görünmədikləri halda siyahıya alınaraq dərs ilinin əvvəlində TN-nə göndərilən uşaqların bəzilərinin, habelə direktorun rəvac verdiyi neqativ hallara göz yuman təhsil üzrə regional daxili nəzarətçi Məhəmməd Aslanovun, rayon prokurorluğunda bu işi araşdırarkən məsələyə qeyri-obyektiv yanaşaraq işə direktorun nəfinə xitam verən müstəntiq Rəşad Gülmməmmədovun adlarını çəkdi. Əleyhinə təşkil olunmuş qrupda yer alan hərbi hazırlıq müəllimi, təhsil işçilərinin etik davranış qaydalarını pozaraq dərsə içkili vəziyyətdə gələn İbayev İldırım müəllimin onun qardaşını şərləyəcəyi ilə hədələdiyini bildirdi. Əminliklə vurğuladı ki, haqq işini davam etdirəcək, Səbahət Əmirovanın qanunsuz əməllərinin tam ifşası və barəsində ölçü götürülməsinə nail olmayınca mübarizəsindən dönməyəcək.
Qarşı tərəfə tribuna təklif edirik.

Şərhlər

XƏBƏR LENTİ