yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kürdəmirdə vəzifə alveri - İTTİHAM VAR

Kürdəmirdə vəzifə alveri - İTTİHAM VAR
14-09-2017, 15:29 89 281 dəfə baxılıb
yüklənir...

Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov geridə qalan dövrdə ölkə rəhbərliyinin daxili siyasətinə zidd fəaliyyət göstərib. Bu barədə obyektiv.org məlumat yayıb. Saytın yaydığı məlumatda bildirilir ki, Ceyhun Cəfərovun ölkə başçısının tapşırıqlarına qarşı olan və yalnız öz şəxsi maraqlarını təmin edən addımları qarşıda seçkiyəgedən bir ərəfədə daha da gərginlik yaradıb. Rayonda əhalinin müraciətlərinə laqeyd yanaşır onları qəbul etmir demək olar ki, icra başçısı sələfinin yolunu davam etdirir. Kürdəmirin icra başçısı məcburi iməciliklərin keçirilməsində, idarə müəsisə işçilərinin pabıq yığmasına məcburi qaydada qatılmalarına görə ittiham edilir.

O, rayonu "xəracyığma" sistemilə idarə edir.

Araşdırmamız zamanı məlum oldu ki, Kürdəmirə icra başçısı təyin edildikdən bu günə kimi icra başçısı Ceyhun Cəfərov vaxtı ilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırması ciddi narazılıqlar yaradıb. Kürdəmir rayonuna başçı təyin edildiyindən bu yana rayonda ciddi şəkildə narazılıqlar yaranıb.
Cehun Cəfərtov bütün gəlirli sahələri öz nəzarətinə alıb. İcra başçısı gənc olmasına baxmayaraq, özünün Şah dövründəki kimi xəracyığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir. Ceyhun Cəfərovun fəaliyyəti barəsində deyilənlərə görə hətda "yuxarılarda” mənfi rəy belə yaranıb. Bu arada aparılan araşdırma zamanı Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərov ilə bağlı yeni iddialar ortaya çıxıb.
2014-ci ildə rayona icra başçısı təyin olunan Ceyhun Cəfərovun qoyduğu yeni qaydalardan söhbət gedir. Belə ki, uzun illər keçmiş icra başçılarından cana doyan kürdəmirlilər indi də Ceyhun Cəfərovun daha sərt qaydaları ilə üz-üzə qalıblar.
rayon əhalisi idia edir ki , rayon bazarı Ceyhun Cəfərovun tam nəzarətinə götürülüb. Bazarda alver edən insanlardan pulların yığılması məsələsi keçmiş icra başçısının adamından alınıb Tərtərdən gətirdiyi vəhabilərə verilib . İndi bütün rayon Ceyhun Cəfərovun tam nəzarətinə keçib.
Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşib. Belə ki,Onların söylədiklərinə görə sahibkarlarla görüşmək istəməyən Ceyhun Cəfərov açıq şəkildə rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacağını bildirib. Köməklik etməyənlərə isə işləməyə imkanı verməyəcəyini soyləyib. Daha bir maraqlı məqam isə İrşad Əliyevin zamanında satılan torpaqların sənədlərinin ləğv edilməsidir . Rayon mərkəzində satılan torpaqlara verilən sənədlərin qanunsuz olduğunu bildirən icra başçısı bu obyektlərin sökülməli olduğunu bildirib.
Ceyhun Cəfərov 20-yə yaxın kənd icra nümayəndələrinin hər birindən yeni təyin olunan zaman 5 min manat tələb edib. İcra başçısı həmçinin 23 bələdiyyə sədrləri və icra nümyəndələrini məcbur edərək, bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yazdırılaraq ondan əldə etdikləri "qazanc”ları ona gətirmələrini tələb ediyi iddia olunur. İcra başçısı təyin edildikdən qısa müddət sonra özünün birinci müavini vəzifəsinə Tacəddin Novruzovu təyin edib.
T.Novruzov bu təyinatdan bir neçə ay öncə Kürdəmir rayon Təhsil şöbəsinin müdiri işləyib. Lakin işdə yol verdiyi cidi nöqsanlara görə vəzifəsindən azad edilib . Kürdəmirin yeni icra başçısı isə qeyd olunduğu kimi, belə bir şəxsi vəzifəsini bir qədər də artıraraq özünə birinci müavin təyin edib.
Mənbə onuda bildirir ki, artıq Kürdəmirdə də Ceyhun Cəfərovun vəhabi ortaqlarının sayı artıb. Beləki rayonda abadlıq adı altında aparılan maxnasiyaları belə onlar həyata keçirir. Yerli sakinlər söylədiklərinə görə, Kürdəmirdə ciddi şəkildə işsizlik problemi olmasına baxmayaraq, rayonda aparılan abadlıq, tikinti və bəzək işlərində yerli sakinlər deyil yalnız Tərtərdən gələn vəhabilər işə götürülür.

Yazıdakı iddilarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: vezife, TTHAM, Kurdemirde, alveri, VAR,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ