SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Canpolad Vəliyevdən narazılıq bitmək bilmir -ŞİKAYƏT

Canpolad Vəliyevdən narazılıq bitmək bilmir -ŞİKAYƏT

Tarix:

13-09-2017, 11:05

/ 36 639 dəfə oxundu.
Canpolad Vəliyevdən narazılıq bitmək bilmir -ŞİKAYƏT

Zərdab şəhəri H.Əliyev küçəsi ev 23 sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən

ŞİKAYƏT

DSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin indiyə qədər yol verdiyi saxtakarlıqlar, korrupsiya əməlləri barədə mətbuatda çıxışlar etmişəm.Müraciətlərimdə göstərdiyim faktların hamısı mötəbər subutlara əsaslanıb.Mən dövlət qanunlarımızı ali tutub bu korrupsioner məmurun qanunsuz fəaliyətini ictimailəşdirib ifşa etməklə dövlətimizə xidmət edirəm.Bu mənim vətənimizə, dövlətimizə olan borcumdur.Sizə təqdim etdiyim sənədə xahiş edirəm diqqət yetirin. DSMF-nin Zərdab rayon şöbəsinin müdüri Canpolad Vəliyev bir ildə iki dəfə əmək məcəlləsinin tələblərini açıq-aşkar kobud şəkildə pozaraq məzuniyyətə çıxıb və buna görə qanunsuz olaraq müavinətdə alıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu aldadıb ona bu məzuniyyətə dair razılıq sənədinə imza etdiriblər.DSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin cinayət əməllərini təsdiq edən sənəddə qeyd edilib ; " Canpolad Vəliyevə 2017-ci ilin yanvar və avqust aylarında məzuniyyətə çıxdığı üçün vəzifə maaşı həcmində 860 manat müavinət verilib.Halbu ki, işçi il ərzində məzuniyyətə çıxdıqda ona yalnız bir dəfə müavinət verilə bilər.Canpolad Vəliyev 2016-cı ildə məzuniyyətə çıxarkən ona veriləsi müavinət əvəzinə o, mükafat almışdır".
Bu sənəd Canpolad Vəliyevin cinayət əməllərini tam subut edir.Bəlkədə nazir Səlim Müslümovun bu saxtakarlıqdan məlumatı yoxdur.Ancaq yuxarıda qeyd etdiyim kimi müdirin məzuniyyətə çıxmasına dair sənədi şəxsən nazir özü imzalayır.Olsun ki, həmin sənədi nazirin qarşısına qoyub imzalatdırıb onu da aldadıblar. Bunu isə Canpolad Vəliyevin himayədarı ƏƏSMN-nin aparat rəhbəri Əjdər Cəbiyev kimi yaramaz edə bilər. DSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyev saysız- hesabsız cinayət əməllərinə görə həbs edilməli olsada o Əjdər Cəbiyevin himayəsi altında vəzifədə oturub öz çirkin əməllərini davam etdirir. Bu korrupsioner cütlüyün cinayət əməlləri araşdırılmalı və barələrində təcili tədbirlər görülməlidir.Mən artıq bu cinayət əməli barədə Prezident cənab İlham Əliyevə, birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya,Baş Prokuror cənab Zakir Qaralova və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova şikayət ərizəsi ilə müraciət edib məlumat vermişəm.Həmçinin mətbuat vasitəsi ilə də onlara müraciət edirəm.Sizdən xahiş edirəm təqdim etdiyim sənədi obyektiv araşdırıb DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin və onu himayə edən ƏƏSMN-nin aparat rəhbəri Əjdər Cəbiyevin barələrində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.

Əlaqə telefonum; (050) 449-07-37

xalqxeber.az
Canpolad Vəliyevdən narazılıq bitmək bilmir -ŞİKAYƏT
Canpolad Vəliyevdən narazılıq bitmək bilmir -ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ