yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

GDU-nun rektoru yola salınır - Yeni rektor kim olacaq?

GDU-nun rektoru yola salınır - Yeni rektor kim olacaq?
12-09-2017, 21:00 47 597 dəfə baxılıb

Gəncə Dövlət Universitetində rektor dəyişikliyi gözlənilirmi?. Son günlər bu barədə xəbərlər yayılır və dəyişikliyin kökündə Gəncə "xanı"nın
maraqları, indiyədək universitetdə ayaq açıb yeriyən anarxiyanın dayandığı qeyd edilir. Bəs bu iddialar nə qədər əsaslı görünür, dəyişiklik. Hələ yeni tədris ili başlamamış Yusif Yusifovun əvəzlənəcəyi anonsunun bəzi saytlar tərəfindən yayılması, məhz yerdəyişmə olacağının iddia edilməsi ciddi mətləblərdən xəbər verir. Onsuz da işinin öhdəsindən müəyyən mənada gələ bilməyən rektorun əvəzlənəcəyi bir zərurətdir. Bu da bir gözləntidir, hətta bir çoxlarının arzusudur. Bəs, ömürlük rektor olacağına möhtərəm prezidentin zəmanət vermədiyi GDU rektorunun xələfi kim ola bilər? Əslində, o maraq doğuran amildir . Yayılan məlumata görə, Gəncənin icra başçısı Elmar Vəliyev onun yerinə yaxın gələcəkdə öz kadrını təyin etməyə çalışır, bu isə qarşı tərəfin ciddi narahatlığına səbəb olub. Gəncənin icra başçısı Elmar Vəliyevlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov arasındakı ziddiyyətlərin olması barədə dəfələrlə iddialar səslənsə də, tərəflərdən heç birinin açıq savaş sərgiləməməsi təəssüf ki, KİV-lərin çürük iddiası kimi xarakterizə olunub. Amma, yazılanlarda həqiqət payı da yox deyil.Zaman-zaman Gəncə Dövlət Universitetində baş verən özbaşınalığa - anarxiyaya qarşı Elmar Vəliyevin sərt münasibət göstərməsi yayılan xəbərlər sırasında olub.
Gəncədə fəaliyyət göstərən təhsil müəssisələri içərisində ən çox rüşvətin ayaqlaşdığı ünvanın GDU olması da danılmaz həqiqətdir. Bu anlamda, icra başçısı gəlişindən bu yana rektorlara əzələ nümayişində Universitetdəki neqativlərdən asanca
istifadə edə bilib.Saytımıza verilən məlumata görə, rektor məzuniyyətdən yenicə qayıdıb. Və öz yerinə hansısa kadrın hazırlanmasını eşidər-eşitməz
təhsil nazirliyi və öz kollektivi ilə əlaqə yaradaraq dəqiqləşdirmə aparıb. "Xoşbəxtlik"dən vəzifəsini itirəcəyi qorxusuna düşən Yusifovu başa sala biliblər ki, dəyişikliyi nazirlik deyil, guya Elmar Vəliyevin yalandan adını çəkərək özündən süni xəbər istehsal edən saytlar istəyir. Məlumata görə, "әvvәlki rektorların zamanında mütamadi GDU-nu ziyarәt edən, Universitetin ən kiçik problemləri ilə də maraqlanan Elmar Vəliyevi son illər bu ünvanda görən olmayıb. Yusifovun dönəmində Vәliyevin universitetә bir dәfә dә olsun sәmimiqonaq kimi gәlmәməsi qarşı tərəfə patoloji nifrətinin bir nümunəsidir".
Görünür, bu cür iddiaların da, GDU rektorunun adından desək, əsası yoxdur. Çünki, hazırda Elmar Vəliyevlə rektor arasında səmimiyyətə dayanana subardinasiya hökm sürür. Yəni siz elə bilirsiniz ki, Elmar Vəliyev istədiyi vaxt universitetə gələ, ya da Yusifov istədiyi vaxt Elmar Vəliyevlə görüşə bilər? YOX! Bu hallar subardinasiya qorunmaqla, prosedur qaydalarla reallaşır. Yəni, Yusif müəllim dəvət etmədiyi təqdirdə, icra başçısının Universitetə gəlməsi absurddur. Bundan başqa, dəvətsiz bu ünvana başçının gəlməməsi də sevginin, nifrətin işi deyil. Anlamaq lazımdır ki, bu "mürəkkəb" bir prosedurdur. Elə bir mürəkkəb prosesdir ki, sabiq rektor Yadigar Əliyevin zamanında günaşırı GDU-ya təşrif buyuran şəhər rəhbəri nədənsə son illər bunu etmir. Maraqlı deyilmi?
Yeni rektorun kim(lər) ola biləcəyi barədə araşdırmaya başlayıb və maraqlı namizədlərin varlığına dair bilgilər əldə edə bilib. Hələlik isə dəqiqləşdirmə aparırıq. İndidən onu deyək ki, rektor olmaq üçün üçüncü bir qüvvə işə düşüb və dəyişiklik qaçılmazdır. Yeni rektorun isə, nə Elmar Vəliyevin, nə də Mikayıl Cabbarovun "adamı" olmayacağı indidən bizə gün kimi aydındır.
Xatırladaq ki, rektorların təyinatı ölkə başçısının müstəsna səlahiyyətidir. Təyinat TN və yerli icra hakimiyyəti başçısının da təqdimatı və razılığı ilə həyata keçirilir. Bildiririk ki, Gəncə Dövlət Universitetinin rektorunun yenilənəcəyi barədə iddialar son günlər çoxsaylı xəbər portallarında da tirajlanıb. Bu yazı saytımızda yer alarkən məhz bu xüsus da nəzərə alınıb.
Təəssüf ki, Universitetin başbilənləri öz rektorları kimi "günah keçisi" axtarıb bizim ünvana daş atmağa, hətta saytın baş redaktorunu hədələməyə başlayıblar. Bu hal "tərifləri" dillər əzbəri olan bir Universitetin imici ilə tam uzlaşır. Görünür rektorun işini itirəcəyi iddiası həqiqətdir və təbii ki, bunu istəməyən Yusif Yusifov reallıqla barışmaq istəmir. Hətta bu kimi xəbərə belə aqressiv reaksiya verməsi rektorun vəzifə hərisliyi kimi də qiymətləndirilə bilər. Bəlkə, rektor ölənəcən bu kürsüdə oturmaq istəyir?
Rektorun və müdafiəçilərinin diqqətinə çatdırır ki, vəzifə kimsələrə əbədi verilmir və saytımıza hədələr etməkdənsə, lazım gəldikdə rektorluğu təhvil verməyə hazır olmaq yaxşıdır. (mövzu diqqətimizdədir)
Adıçəkilənlərin də söz haqqını tanıyırıq

Demokratik.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Yeni, rektoru, GDU nun, olacaq, salinir, yola, kim, rektor,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ