SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan xəstəxanasındakı maliyyə pozunuları barədə məlumatlar Baş Prokurorluğa niyə göndərilməyib

Beyləqan xəstəxanasındakı maliyyə pozunuları barədə məlumatlar Baş Prokurorluğa niyə göndərilməyib

Tarix:

11-09-2017, 11:31

/ 42 128 dəfə oxundu.
Beyləqan xəstəxanasındakı maliyyə pozunuları barədə məlumatlar Baş Prokurorluğa niyə göndərilməyib

Bu gün ölkənin bütün xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır. Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Belə tibb ocaqlarından biri də Beynəlxalq Rayon Mərkəzi Xəstəxanasıdır.
Rayon sakinlərinin verdiyi məlumata görə, xəstəxanada əhaliyə normal normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə xəstəxana rəşbərliyindən narazılıqları artırır. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.
Beyləqan sakinlərinin sözlərinə görə, xəstəxananın baş həkimi Əli Məmmədov cərrah kimi cərrahdır, amma baş həkim kimi bacarıqsız və idarəçilik fəaliyyəti sıfıra bərabərdir. Məhz idarəçilik təcrübəsi olmadığından xəstələrdən pul çırpışdırmağı özünə qənimət sayan baş həkim dövlətin bu istiqamətdə ayırdığı vəsaiti qayçılamaqla kifayətlənmir. İddia olunur ki, Əli Məmmədov müxtəlif dərman firmaları ilə sövdələşərək xəstələrə firma dərmanlarını sırıyır.
Sakinlər bildirir ki, dövlət tərəfindən xəstəxanaya ayrılan müxtəlif adda dəriman pereperatlarını və digər tibb ləvəzimatlarını qardaşına məxsus aptekdə satdırır. Xəstələrinə bahalı dərmanlardan ibarət resept yazan Əli Məmmədovun məqsədi bu yolla daha çox gəlir əldə etməkdir. Belə ki, bütün firmalar bu reseptlərə görə həkimlərə faiz ödəyir.
Ötən il media yazırdı ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Əli Məmmədovun imza atdığı maliyyə maxinasiyaları heç də kiçik kəmiyyətlə ölçülmür. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayır. Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb. Bu işlər də "Araş Medikal” MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə "Aysu-2” MMC-yə həvalə edilib. Bu yolla da ayrılmış vəsait 17905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində-formal aparılıb.
Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin deməsinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: "Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman "Paritet” MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub”.
Məlimatlar bununla yekunlaşmır. Beyləqanda Reportyor.tv-yə verilən məlumata görə baş həkimin benzin maxinasiyası da faciəyə səbəb olub. Təcili yardım avtomobillərinə ayrılmış benzin satılaraq baş həkimin cibinə gedirmiş. Sürücülər təcili yardım maşınına yanacağı öz hesablarına vururmuşlar. Çağırışların birində təcili yardım maşınında benzin qurtararaq yolda qalıb. Maşında olan ağır xəstə xəstəxanaya vaxtında çatdırılmadığından vəfat edib.
Bir neçə il əvvəl isə morqa diri adamın göndərilməsi qalmaqalı yaşanmışdı.
2017-ci ilin əvvəlində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlandı. Beyləqan rayon xəstəxanası bir aydan çox təftiş olundu.
Qeyd olunur ki, Maliyyə Nazirlyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalarda baş həkim Əli Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyi aşkarladılar. Xəstəxanadan adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, ortaya çıxan maliyyə pozuntuları o qədər böyük olub ki, baş həkim şöbə müdirlərindən və tibb personalından "hərəkətə” gəlməyi tələb edib.
Düzdür, dövlətə dəyən maddi ziyan Əli həkim tərəfindən ödənilib. Ancaq böyük yeyinti faktlarını dəymiş maddi ziyanı ödətməklə bağlamaq olmazdı. İş mütləq Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməli idi.Əgər bu baş versəydi Əli Məmmədov baradə cinayət işi başlanmalı idi.
Görünür Maliyyə Nazirliyinin işçiləri yekun nəticəni Baş Prokurorluğöa göndərməkdə maraqlı olmayıb. Hər halda Maliyyə Nazirliyi məsələyə aydınlıq gətirə bilər, həmçinin Əli Məmmədov da.

Mövzuya qayıdacağıq.

Şərhlər

XƏBƏR LENTİ