SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayın icra başçısı arzusuna çatdı

Göyçayın icra başçısı arzusuna çatdı

Tarix:

7-09-2017, 18:09

/ 109 057 dəfə oxundu.
Göyçayın icra başçısı arzusuna çatdı

Hal-hazırda Göyçayda kənd təsərrüfatı məhsullarının satışı bazarının 3 qapısı qaynaqlanıb, qarşı tərəfində daş hasar hörülür.
Göyçay rayon icra başçısı Mehdi Səlimzadə dünənki iclasda bəyan edib ki, "mən olan yerdə heç kim ağzını açıb qanundan danışa bilməz, hər şey istədiyim kimi olmalıdır".
Qanunsuz sifarişi, şəhər üzrə ərazi inzibati nümayəndəsi Rəşad Şükürov, Mənzil İstismar Sahəsinin rəisi Ayaz Səfəralıyev, baş memar İntiqam Süleymanov, baş baytar Ağadadaş Hacıyev və digər məmurlar icra edirlər. Hüquqi şəxsin əmlakına ve sahibkarlıq fəaliyyətinə qarşı analoqu olmayan qanunsuz hərəkətlər məhz Göyçay şəhərində baş verir.
Deyilənə görə yerli hüquq-mühafizə orqanları icra başçısının qanunsuz hərəkətlər əmr etməsindən, "qanun-filan mənlik deyil" sõyləməsindən
mat-məəttəl qalıblar. Məgər hər hansısa məmur etdiyi qanunsuz hərəkəti bu cür aşkar ifadə ede bilərmi? Bu cürətə sahib olan məmur ya birinci
səviyyəsində razılıq əldə edib, ya da ki, həqiqi mənada ağlı başında deyil. Eyni zamanda atılan addımlar 400-ə dək ailənin həyat şəraitinə mənfi təsir göstərəcək.
Yerli hüquq mühafizə orqanlarından sızdırılan məlumata görə tapşırıq verilib ki, kiçik sahibkarla təxribata çəkilsin onların arasında konkret qara siyahıda olan şəxslər həbs edilərək məsuliyyətə cəlb olunsunlar. Həbs olunacaq şəxslər arasında qadınların da olacağı bildirilir. Yük gətirən avtomobillər bazara yaxınlaşarkən bazar rəhbərliyi və sahibkarlar tərəfindən onların hərəkətlərinə müdaxilə edilməyib. Vəziyyəti belə görən baş memar İntiqam Süleymanov 2 nəfəri təxribata çəkmək üçün bazar ərazisinə daxil olaraq vurub və itələyib. Dərhal həmin 2 nəfər şəxs hadisə yerindən uzaqlaşdırılıb. Mənbə əlave olaraq bildirib ki, Azərbaycanda mülkiyyətə qarşı bu cür amansız davranış olmadığından inanırlar ki, Mehdi Səlimzadə cəzasız qalmayacaq.

xalqxeber.az
Göyçayın icra başçısı arzusuna çatdı
Göyçayın icra başçısı arzusuna çatdı
Göyçayın icra başçısı arzusuna çatdı
Göyçayın icra başçısı arzusuna çatdı

Şərhlər

XƏBƏR LENTİ