yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yusif Yusifov icra başçısına qarşı savaş açıb - İDDİA

Yusif Yusifov icra başçısına qarşı savaş açıb - İDDİA
5-09-2017, 09:27 56 979 dəfə baxılıb

“Gəncənin icra başçısı Elmar Vəliyevlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov arasında ziddiyyətlər yaranıb. Ziddiyyətlərə səbəb Gəncə Dövlət Universitetində baş verən özbaşınalığa və anarxiyaya qarşı Elmar Vəliyevin sərt münasibət göstərməsi olub”. Bu barədə məlumatı universitetin müəllimlərindən biri verib. Həmin şəxsin iddiasına görə, Vəliyev Yüsifovu yanına dəvət edərək, anarxiyaya və özbaşınalığa son qoyması üçün tapşırıq verib. “İcra başçısı qəzəbli halda rektora “son xəbərdarlığımı edirəm” deməyi belə unutmayıb. Səhhəti ilə bağlı Türkiyədən qayıdan rektor çıxılmaz durumdadır. Elə bu səbəbdən rektor Yüsif Yüsifov Təhsil Nazirliyinə məlumat verərək, özünü müdafiə etmək üçün yardım istəyib”.
Məlumatı verən şəxs qeyd edib ki, icra başçısı, Təhsil Naziri Mikayıl Cabbarovla “soyuq” münasibətdədir. “Bu amili Yüsif müəllim üçün heç də arzuolunmaz hal kimi dəyərləndirmək olmaz. GDU-nun rektorunun yarıtmaz kadr olması səbəbindən Elmar Vəliyevin universitetə öz kadrını təyin etmək niyyətindən xəbər tutan Yusif Yusifov ona qarşı mediada kampaniyaya başlayıb. Son günlər mətbuatda Elmar Vəliyev barəsində gedən tənqidi materiallar məhz rektorun “əməyinin məhsuludur”. Məlumatlara görə, Elmar Vəliyev bu niyyətindən əl çəkməsə Yusif Yusifov onun barəsində böhtan xarakterli ilginc faktları mediaya ötürmək niyyətindədir”. Mәnbәnin mәlumatına görә, rektor qeyri rәsmi iclaslarda özünә yaxın müәllim vә professor heyәtinә Gәncәnin İcra başçısı Elmar Vәliyev barәdә xoşagәlmәz fikirlәr paylaşır. Rektor icra başçısının әvvәlki rektorların zamanında mütamadi GDU¬nu ziyarәt etdiyini xatırladaraq, onun tәyinatından sonra Vәliyevin universitetә bir dәfә dә olsun sәmimi qonaq kimi gәlmәdiyini, Universitetdәki problemlәrlә heç vaxt maraqlanmadığını, şәhәrdә görülәn işlәr adı altında ona “ağır maddi öhdәliklәr” yüklәdiyini qabardaraq “Qara piar”a başlayıb.
Mənbə iddia edir ki, rektor icra başçısı ilə bağlı Prezident Administrasiyasına da şikayət məktubları təşkil etdirir. “Bəzi iddialara görə, Elmar Vəliyev də artıq ona qarşı kampaniyanın arxasında Yusif Yusifovun dayanmasından şübhələnir. İcra başçısı yaxın ətrafına bununla bağlı ciddi araşdırmalar aparmaq barədə göstəriş verib. Əgər bu şubhələr özünü doğrultsa, o zaman Yusif Yusifovla Elmar Vəliyev arasındakı ziddiyyətlər pik həddə çata bilər. Bu isə Yusifov üçün yaxşı heç nə vəd etmir”.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: savash, achib, Yusif, bashchisina, DDA, , qarshi, icra, Yusifov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ