SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zaqatala sakinlərinin yol dərdi... -ŞİKAYƏT

Zaqatala sakinlərinin yol dərdi... -ŞİKAYƏT

Tarix:

1-09-2017, 09:25

/ 141 584 dəfə oxundu.
Zaqatala sakinlərinin yol dərdi... -ŞİKAYƏT

"Kənddən keçən çayı kimisi piyada, kimisi maşınla keçir. Yaz-payız fəsillərində çayın suyu artır, insan həyatı üçün təhlükəyə çevrilir. Bununla belə, biz yenə o təhlükəni adlayıb o taya keçməli oluruq. Qışda çay buz bağlayır, işimiz yüngülləşir, buzdan keçirik, yayda isə su azaldığından həyatımıza təhlükə də azalır". Zaqatalanın Ələsgərli kəndinin sakinləri kənddən keçən axar çaydan həm də yol kimi istifadə edirlər. Onlar mərkəzə çatmaq üçün hər gün ətəklərini çırmalayıb çaya girirlər, çayın o üzünə keçib yollarına davam etməlidilər. Səbəb də odur ki, kəndin yolu yoxdur. Hətta bu çaydan günaşırı keçib kəndə gələn sərnişin avtobusu da görmək mümkündür.
Kənd sakini Əfqan Sarıyev deyir: "Hər gün çayı keçirik, gedirik, ərzağımızı, dərmanımızı alırıq, qayıdırıq. Çayın suyu artanda insanlar həyatla halallaşıb suya girirlər, o taya keçirlər. Bir də baxırsan ki, maşını adamqarışıq çay apardı... O qədər ölüm-itim olur bu çayda..."
Kəndlilər çayın kənarına bənd tikilməsini, o tayına keçmək üçünsə körpü salınmasını istəyirlər. Kənd sakinlərini kənddəki başqa sosial problemlər də sıxır.
Çayın bəndi olmadığından tez-tez kəndi basan su onların əkin və mal-qara sahələrini yararsız vəziyyətə salıb. Kənddə işıq, odun, su problemi, tibb məntəqəsinin, uşaq bağçasının olmaması burada yaşayanları üzür. Aygül İbrahimova: "Uşaqları qonşu kəndlərdəki bağçaya aparmaq üçün hər səhər çaydan keçmək lazımdır. Ona görə də uşaqlarımız bağçaya getmir. Səhər biri çıxır evdən işə getməyə, az sonra xəbər gəlir ki, adamı çay apardı. Zülmdəyik, gəl ki, bizi bu zülmdən xilas edən yoxdur".
Sakinlər vaxtilə zəlzələnin zərər vurduğu evlərə komissiya baxışı keçirildiyini, amma indiyədək kənddə bircə evdə də iş aparılmadığını deyirlər. Səbəb kimi isə yolun uzaqlığı, gediş-gəlişin çətinliyi göstərilir.

Şərhlər

XƏBƏR LENTİ