yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zaqatala Mərkəzi Xəstəxanasında yeni RƏZALƏT

Zaqatala Mərkəzi Xəstəxanasında yeni RƏZALƏT
29-08-2017, 11:10 56 267 dəfə baxılıb

Durmadan problem yaşayan Zaqatala səhiyyəsi zorla uşaq dünyaya gətirmək, keysəriyyə əməliyyatı həyata keçirməkdən o cümlədən insanları salamat olaraq gəlib burada cənazəsinin getdiyi faktları etibarlı mənbələrdən daxil olan məlumatlarda qeyd edilməkdədir. Belə məlumatlardan biridə bu dün komaya düşən Leyli Kazımovanın başına gələn hadisələrdən ibarətdir.
Öncə qeyd etmək istəyirik ki, Zaqatala Mərkəzi Xəstəxanasında olaylar səngimək bilmir. Qanunsuz olaraq vətəndaşları keysəriyyə əməliyyatına salmağa razılaşdıran Nubar və onun reanimasiya şöbəsində gecələr baş tibb bacısı işləyən anası bu proseslərin bir başa vasitəçisidirlər. Keysəriyyə əməliyyatına görə, vətəndaşlardan 400-600 manat civarında məbləğlər alaraq qanunsuzluqlarına davam etdirən Nübar həkim və anasına Teymur həsənovun qorxusundan heç kim heçnə deyə bilmir. İstədiklərində işə gəlir istəmədiklərində gəlmirlər öz şəxsi obyektləri kimi rəftar edən bu iki xanım evlərinin azuqəsinidə xəstəxananın yeməkxanasından aparmaqdadırlar.
Xəstəxanaya yeni təyin edilən Məcid Əliyev isə öz problemləri ilə məşğul olduğundan sakinləri savadsız dəstənin ümüdinə buraxaraq rayondan getdiyi bildirilməkdədir. Bu gün rayon səhiyyələrində acınacaqlı durumun yaşanması na səbəb isə rüşvət burulğanında batmaqda olan baş həkimlərin yerdəyişmə prossesini həyata keçirən nazirlik səlahiyyətlilərinin üzərinə düşməkdədir. Bəzən savadlı kadrlar ucaldılaraq baş həkim vəzifəsinə təyin edildikdə artıq savad ikinci planda qalaraq rüşvət ön sıralara keçməkdədir desək yanılmarıq.
Zaqatala xəstəxanasında qurulan 10-15 manatlıq məktəb üçün arayış pulu yığan Rövşən Əhmədov baş həkimə pul aldığı şəxsləri isə yaxın qohumu deyərək təqdim edib arayışlara peçat vurdurmaqdadır. Bu möhür vurma tək arayışlarda deyil onunla yanaşı qanunsuz olaraq pensiyaya çıxmaq əlillik dərəcəsi almaq istəyənlərin komissiyanın vətəndaşın xəstə olduğunu təsdiq etmə möhürüdə M.Əliyevin şəxsi biznes mənbəyi çevrilib. Zaqatalaya təyin edilməmişdən öncədə M.Əliyev Şəki şəhər Mərkəzi xəstəxanasında eyni prosedürləri icra edərək külli miqdarda rüşvət yığması və bunun üzərinin açılacağın görərək böyük bir xəstəxanadan balaca xəstəxanaya təyinatın istədiyidə verilən məlumatlar daxilindədir.

ZOBUNA GÖRƏ GƏLDİ, AMMA İNDİ XANIM KOMADA ... ÖLÜMLƏ ÜZ-ÜZƏ

Bu gün daxil olan məlumata görə Zaqatala Mərkəzi xəstəxanasına 24 - 25.08.2017-ci il tarixində ağrıları ilə gələn Balakən rayon Talalar kənd sakini Kazımova Leyli adlı vətəndaş bu səhiyyə ocağında artıq ölümlə üz üzə olduğu bildirilir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə müalicə üzrə müavini Vasif İsrafilzadə sorumlu olduğu halda, reanimasiyanın şöbə müdiri Teymur , reanimasıyanın həkimi Nübar həkim xəstəyə qoyduqları səhv diaqnozu nəticəsində L. Kazımova komaya düşüb. 27.08.2017-ci il tarixində L.Kazımovanı komada olduğu aparatdan ayıraraq Gəncə Mərkəzi xəstəxanasına göndərmək üçün hazırlanması üçün T.Həsənov göstəriş verib. Bu gün xəstənin ağırlaşdığın görərək yenidən aparata bağlayıblar.
Aldığımız məlumata görə, komaya düşən xəstəni Gəncə Mərkəzi xəstəxanasına köcürmək istəyən T.Həsənovun məqsədi orda aparılacaq proseslərdən faiz almaqdır – deyə mənbə bildirirb. Xəstə sahibləri isə inadkarlıqla xəstənin Bakıya aparılmasını isəyir. Balakən rayon sakininin başına gələn hadisənin paytaxtda bilinməsin istəməyən Teymur həsənov inadla xəstəni Gəncəyə gönrəmək qərarında israr edir.
Teymur Həsənov, israrına baxmayaraq xəstə sahibləri hal hazırda xəstəxananın önündə əsəb və gərginlik keçirməkdədirlər. Xəstənin taleyi ilə maraqlanmayan Zaqatala Mərkəzi Xəstəxananın səlahiyyətliləri Leyli Kazımovanı sanki ölümə tərk ediblərki nazirlik bunların bacarıqsız həkim olduqlarından xəbər tutmasın.
P.S. Sonda isə yenədə Teymur doxdurla Nübar həkimin Komada olan xəstənin yaxınlarında 500 manat pul aldıqlarıda iddia edilir. Xəstənin Zaqatalaya qonaq gəlməsi və əzəldən ZOB problemi ilə bağlı müalicələrdə olduğuda qeyd edilir. Xəstə halı pisləşdiyindən Təcili tibbi yardıma müraciət edilib. Buda edilən müraciətin sonu olmasa yaxşıdır ki, səhlənkar reanimasiya əməkdaşlarının sayəsində xanım can çəkişməsindədir.
Xəstə hal-hazırda Zaqatala Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsində aparata bağlıdır... Həyati risk daşımaqdadır.
Araşdırmamız davam edir ... Çalışdığımız qədər prosseslə bağlı mütamadi olaraq məlumat verməyə çalışacağıq.

Bizi izləməyi unutmayı...

Bakunews.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Zaqatala, yeni, Merkezi, Xestexanasinda, REZALET
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ