SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Canpolad Vəliyevə "dur" deyən yoxdur - ŞİKAYƏT

Canpolad Vəliyevə "dur" deyən yoxdur - ŞİKAYƏT

Tarix:

28-08-2017, 09:31

/ 58 727 dəfə oxundu.
Canpolad Vəliyevə "dur" deyən yoxdur - ŞİKAYƏT

Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu xalqxeber.az-a daha bir şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yaır:

"Qeyd edim ki, DSMF-nin Zərdab rayon şöbəsinin rəisi Canpolad Vəliyev məndən və yataq xəstəsi olan 1-ci qrup əlil qardaşım Fəriddən əl çəkmək istəmir. 18 avqust 2017-ci il tarixdə yataq xəstəsi qardaşımı məhkəməyə məcbur gətizdirib.Qardaşım Fəridi məhkəməyə xərəkdə gətiriblər.Nəinki Zərdabda bəlkədə heç dünyada belə bir biabırçılıq və qanunsuzluq olmamışdır.Bunu DSMF-nin Zərdab rayon şöbəsinin rəisi Canpolad Vəliyev həyata keçirdi.Buna görə Zərdabda bütün tanıyan-bilən şəxslər ona nifrət edir.O isə belə əclaf hərəkətindən sanki həzz alır.
Mən bir daha mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm bizə kömək edin yataq xəstəsi 1-ci qrup əlilil qaraşım Fəridin pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni məhkəməyə verib 5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta qanunsuz fəaliyyətini ciddi araşdırıb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz .
Xatırladım ki, anadan gəlmə şikəst 1-ci qrup əlil və yataq xəstəsi olan qardaşım Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldırlmasına etiraz olaraq yazdığım şikayət ərizələrinə görə DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev mənə qarşı məhkəmədə iddia qaldırıb məndən 5000 manat təzimat tələb edir.Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığı şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb işgüzar nüfuzuna xələl gətirmişəm.Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla 1-ci qrup əlilldir və yataq xəstəsidir.Yeriyə bilmir güclə danışır.Danışanda da nitqini başa düşmək olmur.Çox acənacaqlı yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq.Atam 20 il əvvəl vəfat edib.Qoca anam, iki azyaşlı uşağım, həyat yoldaşım birdə əlil yataq xəstəsi olan əlil qardaşım bir yerdə uşuq sökük daxmada yaşayırıq.Ailəmizdə heç kəs işləmir".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Canpolad Vəliyevə "dur" deyən yoxdur - ŞİKAYƏT
Canpolad Vəliyevə "dur" deyən yoxdur - ŞİKAYƏT
Canpolad Vəliyevə "dur" deyən yoxdur - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ