SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerik icra hakimiyyətindən narazılıq VAR

Lerik icra hakimiyyətindən narazılıq VAR

Tarix:

26-08-2017, 11:14

/ 87 938 dəfə oxundu.
Lerik icra hakimiyyətindən narazılıq VAR

“2 dəfə məhkumluq həyatı yaşamış bir şəxs bilmədiyimiz səbəblərlə Lerik rayon rəhbərliyi tərəfindən himayə olunur.”
Bu sözləri Lerik rayon Monidigah kənd sakini Faiq İbadov verdiyi müsahibə deyib.
Şikayətçi bildirir ki, 1998-ci ildə Lerik rayonu Monidigah kəndində baş verən zəlzələdən sonra onların yaşayış evi dağıntıya məruz qalıb. 2003-cü ilə qədər o evdə yaşasalar da həmin il ev daha pis vəziyyətə düşüb və məcburən müvəqqəti olaraq Sumqayıt şəhərində məskunlaşmağa qərar veriblər.
Şikayətçinin atası İbadulla İbadovun adına 1998-ci ilə dair həmin torpağın onlara məxsus olduğunu göstərən rəsmi sənədlər olsa belə, Lerikin Monidigah icra nümayəndəliyinin göstərişi ilə torpaq səhəsi başqa bir şəxsə verilib.
“O vaxt bizim torpağın ön hissəsinə çəpər çatmırdı deyə, babam o hissəni bir az arxaya, çəpər olan hissəyə çəkdirmişdi. Bu yaxınlarda biz yenidən həmin əraziyə gedəndə isə Fuad Bayramov adlı bir şəxsin ora bir neçə maşın qum tökdürdüyünün şahidi olduq.” – deyə Faiq İbadov qeyd edib.
Bunu görən ailə üzvləri Fuad Bayramova irad bildiriblər. Deyiblər ki, bu torpaq sahəsi bizə məxsusdur, sadəcə olaraq, evimiz dağılmışdı deyə müvvəqəti rayondan çıxmışdıq. Biz buranı çəpərə alacağıq. Yenidən yaşayacağıq.
Bu zaman məsələyə Monidigah icra nümayəndəsi Sulduz Abdullayev qarışıb. O deyib ki, siz nə vaxtsa bu torpaqdan müvəqqəti olaraq çıxmısınızsa belə, artıq torpaq sizin adınızdan çıxarılıb. Fuad Bayramova təzyiq göstərməyə davam etsəz, cərimələnə bilərsiniz. Daha sonra Sulduz Abdullayev Faiq İbadovun ailəsi üçün yeni sənəd hazırlayacağına dair söz verib.
“Sulduz Abdullayev dövlət tərəfindən pulsuz verilən torpaq şəhadətnaməsini 400 manata bizə satdı!”
2003-cü ildə kənddən çıxan Faiq İbadov və ailəsi Sumqayıtda yaşayan zaman prezident İlham Əliyevin göstərişlərinə əsasən, 1998-ci ildə şəhadətnamə verilmiş torpaq səhələrinin yenidən sənədləşdirilməsi prosesi həyata keçirilib.
Lakin ailə bu il avqust ayının əvvəlində kəndə gəldiyi üçün bu məsələdən yeni xəbər tutublar. Onların şəhadətnaməsi bu illər ərzində Monidigah kənd icra nümayəndəliyində qalıb.
Bir neçə gün əvvəl Sulduz Abdullayev Faiq İbadovla görüşərək söz verdiyi sənədi hazırladığını bildirib və ondan bu münasibətlə 400 manat pul alıb. Sənəddə torpağın sxeminin olmadığını deyən Faiq İbadova icra nümayəndəsi deyib ki, 400 manat da hazırladıqdan sonra sxemi də verəcəyik.
Halbuki kəndin digər bütün sakinlərinə bu sənəd illər öncə pulsuz verilib.
“Biz Sulduz Abdullayevdən şikayət edəcəyimizi deyəndə, verdiyimiz pulu geri qaytardı, amma sxem hələ də bizə verilməyib.”
Şikayətçinin atası İbadulla İbadov bu məsələ ilə bağlı Lerik RİH-nin birinci müavini Cəlil Baxşiyevin qəbulunda olub. Cəlil Baxşiyev Monidigah kənd icra nümayəndəliyinə və kənd bələdiyyəsi nümayəndəsinə Fuad Bayramova tikinti cəhdlərinin dayandırılması ilə bağlı göstəriş verilməsini tapşırıb.
Ancaq Mondigah icra nümayənəliyi tərəfindən bu tapşırıq icra olunmayıb.
“Atama dedi ki, səni elə günə qoyarıq, uşaqlarını Sumqayıtın küçələrindən yığarsan!”
Bunu eşidən Fuad Bayramov isə türmə yoldaşlarını onların üstünə gətirməklə İbadulla İbadovu və ailə üzvlərini təhdid edib.
“Fuadın qardaşı Arzuman da telefonda atamı təhdid edib və sizin olan-qalan torpaqlarınızı da əlinizdən alaram, deyib.”
Şikayətçinin sözlərinə görə, Arzuman Bayramov Bakıda yaşayır və yaxşı imkanı var deyə bu qədər rahatlıqla tanımadığı şəxsi təhdid edə bilir.
Faiq İbadov qeyd edir ki, Fuad və Arzuman qardaşları sözügedən torpaq səhasində ferma tikməyi və gələcəkdə oranı daha da böyütməyi planlaşdırırlar.
Şikayətçi bildirir ki, Fuad Bayramovun qanunsuz əməlləri bununla da bitmir. O, saxta sənəd hazırlayaraq, müxtəlif qurumlardan təqaüd alır.
Heç bir yerdə işləmədən aylıq gəlirini bu yolla əldə edir.
İddialarla bağlı münasibət öyrənmək üçün Monidigah kənd icra nümayəndəsi Sulduz Abdullayevlə əlaqə saxladıq. Ancaq dəstəyi qaldıran olmadı.
Daha sonra Lerik RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov ilə danışmaq istəsək də yenə cəhdlərimiz boşa çıxdı.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ