yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şəki sakini yerli məmurlardan şikayət edir - Müraciət

Şəki sakini yerli məmurlardan şikayət edir - Müraciət
26-08-2017, 11:13 85 503 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım M.Əliyevaya,

Nazir cənab Səlim Müslümova,
Şəki rayon İcra Hakimiyyətinin başçısına

Şəki rayonun Baş Göynük kənd sakini Vəliyev Fazil Hüseynbala oğlu tərəfindən

“Sosial Təminat Nazirliyinin Şəki rayon şöbəsində baş verən qanun pozuntular”ından

Ş İ K A Y Ə T

Ailəm 5 nəfərdən ibarətdir. Hazırda Şəki rayonun Baş Göynük kəndində balaca bir daxmada yaşayıram. Mənə və ailəmə məxsus olan digər heç bir əmlakım yoxdur.Özüm 3-cü qrup əliləm. Uşaqlar yetkinlik yaşına çatmayıblar.Yoldaşım işsidir.2016-cı ilin oktyabr -noyabrında ünvanlı sosial yardım almışam-198manat. Sonra səbəb göstərmədən dayandırdılar. Məcbur olub ailənin təmsilçisi kimi elektron formada 1612277001649 N-li ərizəilə yenidən müraciət etdim.21.04.2016-cı il tarixli cavaba görə "Azərişıq"ASC-də abonent kodumun aşkarlanmadığını əsas gətirərək ailəmə sosial yardımın verilməsindən imtina edilmişdirlər.Hesab edirəm ki, bu səbəb formal xarakter daşıyır. Əgər hər bir sənədim düzdürsə komissiya niyə gəlib yerində yoxlamalı və elektirkə görə abonent kodumun və sayğacımın nömrəsini yerində araşdırmaq əvəzinə belə bir əsassız bəhanə qoyur?. Digər rayon və şəhərlərdə adətən ayrılmış komissiya ərizə yoxlanıb sosial yardım almağa düşdüyü halda gedib yerində baxış keçirirlər. Axı evim elektriklə təchiz edilir. O zaman nəyimə lazımdır ki, abonent kodumu, sayğacımı gizlədim. Bu absurddur. Bu bahənin mənası budur ki, məndən başqaları kimi tələb olunan 400 manatı verdiyim halda bu oyunbazlıq dərhal həllini tapacaqdır. Axı mən kasıbdan da kasıbam. Əliləm. Üç azyaşlı övladıma çörək tapmıram.İnsanların qapısında nökərkilik edirəm ki, acından ölməyək.İndi vəziyyət daha da acınacaqlıdır.
Budur, mənim sizlərə etdiyim 8 avqust şikayətindən sonra 2 dəfə 6gün əvvəl və bu gün (25 avqustda)Nazirliyin Şəki şöbəsinə dəvət etmişdilər. Vüqar müəllim bu gün də məndən yenidən sənədlərimi təqdim etməyi tələb etdi. Dedim axı VEMAST sistemində mənim bütün sənədlərimin təsdiq olunmuş forması var və 2016-cı ildə kağız sənədləri təqdim edtiyim üçün oktyabr -noyabr ayında ünvanlı sosial müavinət almışam. Məgər hər 5 aydan bir sənəd verməliyik? Bu yalnız bəhanələrdir ki, nə qədər ki, tələb olunan 400 manatı verməmişəm bu bürokratiya və süründürməçilik davam edəcək. Bu məmurların gözünü pul örtüb. Bu adamlar yuxarı instansiyalara etdiyim şikayəti ümumiyyətlə veclərinə almırlar. Bu biyabırçılıqdır ki, vicdansız və xırda məmurlar prezidentə və öz nazirlərinə belə əhəmiyyət vermirlər. İndi yaxşı başa düşürəm ki, bu məmurlara mənim kimi dilənçi vəziyyətində olanlardan belə YIĞIN ! komandası alıblar və heç kimi saymırlar. belə anlaşılır ki, onlar heçnəyə məhəl qoymadan "Planı" doldurmağı düşünürlər. Mən də qərara gəlirəm ki, bu harın məmurların bəhanələrini (ağızlarını yummaq üçün) kəsmək üçün yegənə çıxış yolu 400 manatı tapıb aparıb verməliyəm ki, sosial müavinət ala bilim. Odur ki, Sizlərdən Xahiş edirəm mənə bir Azərbaycan vətəndaşı olaraq ünvanlı sosial yardım almağıma köməklik ediməsi üçün Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin məmuru Vüqar müəllimə mənim işimə görə 400 manat yardım edəsiniz.

əlavələr:13 vərəqdə sənədlərin əsli.

İMZA: Vəliyev Fazil Hüseynbala oğlu mob.tel. 051-844 98 12.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sakini, yerli, shikayet, Sheki, , Muraciet, memurlardan, edir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ