SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmir: Çovdarovla əlbir olmuş Məlikovların başı üzərində “qara bulud”lar

Kürdəmir: Çovdarovla əlbir olmuş Məlikovların başı üzərində “qara bulud”lar

Tarix:

2-02-2017, 00:31

/ 1 966 dəfə oxundu.
Kürdəmir: Çovdarovla əlbir olmuş Məlikovların başı üzərində “qara bulud”lar

MTN generalı Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Məlumata görə, prosesdə Kürdəmir rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı Şehman İmanov ifadə verib.

Şahid bildirib ki, MTN generalı A.Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb.

İnternet üzərindən araşdırma zamanı məlum olub ki, ləğv edilmiş MTN-dəki Mahmudov-Çovdarov mütəşəkkil qruplaşmasının sahibkarları ovlayıb soyması, mal-mülkünü, pullarını qəsb etməsi təkcə Bakı şəhəri ilə məhdudlaşmırdı.

Vaxtilə bölgələrdə də qruplaşmanın bu əməllərindən xeyli ziyan çəkənlər olub. MTN generalı Akİf Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb.

Rəisin qardaşının kafesi isə ona mane olduğu üçün general əvvəl pul təklif etməklə, bu baş tutmadıqda isə təhdid və silah yoluyla iaşə obyektini ələ keçirməyə çalışıb.

Şehman Çovdarovun əlindən xilas olmaq üçün kafeni qohumu Sədiyar Tağıyevə satır. Ancaq Çovdarovun dəstəsi, onun Kürdəmirdəki biznesini idarə edən Fəttah bu dəfə Sədiyara təzyiqlərə başlayır.

Sədiyar MTN-çilərin qorxusundan Azərbaycandan qaçır və Rusiyanın Kalininqrad vilayətində məksunlaşır. Sədiyar Azərbaycandan qaçsa da Çovdarov təzyiqləri dayandırmır, Şehmana deyir ki, kafenin faktiki sahibinin onun özü olduğunu bilir.

Üstəlik Sədiyar Azərbaycana ayaq basan kimi “podvala” basacaq. Şehmanın danışdığına görə Çovdarov dəfələrlə silahlı mühafizəçiləri ilə birlikdə onun yanına gəlib, təhdid edib.

Məlumata görə, nəhayət 2015-ci ilin noyabrında Şehman Çovdarovdan şikayət edir, istintaq onu zərərçəkən kimi tanıyır. Bu epizod üzrə Kürdəmirin icra hakimiyyəti başçısı Fəxrəddin Məlikov da şahid qismində istintaqa cəlb olunub.

Ancaq Çovdarovun Kürdəmirdə, Kürün sahilində yüz hektarlarla torpağı 99 illik icarə adı altında necə ələ keçirdiyini izah edə bilməyib. Çovdarov özü isə istintaqda Şehmanla üzləşdirilməkdən imtina edib. Çünki Şehmanın dediklərini təkzib etməyə heç bir arqumenti yox idi.

Kürdəmirin icra hakimi olmuş Fəxrəddin Məlikov heç də vəzifədə olduğu dönəmdə müsbət imic qazanmayıb.

Onun adı müxtəlif neqativ hadisələrdə, büdcə mənimsəmələrində, korrupsiya faktlarında və vətəndaşlara qarşı haqsızlıq etməkdə hallanıb. İnternet resurslarında axtarış verməklə aydın olur ki, Çovdarovun qurbanı - Məlikovun da bir çox qurbanları var.

Məsələn, bir fakt: 2009-cu ildə gedən materialda Kürdəmirin icra başçısı Fəxrəddin Məlikovun Şamaxının Pirqulu kəndində özünə şəxsi mülk tikdirdiyi tirajlanıb.

Amma o, villanın inşasında iştirak edən fəhlələrin haqları verməyib. Yəni gördükləri işin müqabilində fəhlələrə heç bir maaş ödənməyib. Fəxrəddin Məlikov “Azəriqaz” QSC-nin keçmiş prezidenti Əlixan Məlikovun qardaşıdır.

Əlixan Məlikov QSC-dən uzaqlaşdırılandan sonra onun bütün yaxınlarına qarşı hücumlar başlayıb. İndi Məlikovların başı üzərində qara buludlar əsir. Sabiq icra başçısının yenidən məhkəmədə ifadə verəcəyi bildirilir.

Şərhlər

XƏBƏR LENTİ