SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT

Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT

Tarix:

17-08-2017, 13:51

/ 137 812 dəfə oxundu.
Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT

Güləbətin Salahova: “Haqsızlığa görə intihar edəcəm, bunun müstəntiq Rüfət Mustafazadə üzərinə düşəcək”

“Bu hadisəni birbaşa onun oğlu Münasib edib və video çəkliş edib yayıb deyə üstü açılıb”
Kürdəmir rayonu Xınıslı kənd sakini Salahova Güləbətin Rza qızı tərəfindən xalqxeber.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif oğlunun qanunsuz olaraq həbs edldiyini yazır:
“Bu şikayətimdə yazıb məlum edirəm ki, övladım 17 yaşlı məktəbli Məmmədov Bəhrəm Yenigibar oğlunu qanunsuz həbs edib, işgəncə verib törətmədiyi iyrənc cinayəti boynuna qoyublar.
Kürdəmir Rayon Polis Şöbəsində azyalı övladıma ağır dözülməz işgəncələr verilib. Buna görə də azyaşlı övladım Bəhrəmin törətmədiyi cinayəti boynuna qoyublar. Heç bir mötəbər subut və şahid olmadığı halda azyaşlını həbs ediblər.
Həyat yoldaşım Məmmədov Yengibar Bəhrəm oğlu 1-ci qrup gözdən əlildir. Özüm isə pambıqçıyam. Oğlum Bəhrəm 11-ci sinifdə oxuyur. Guya oğlum Bəhrəm 16 yaşlı həmkəndlisi M.R.F. oğlunu zorlayıb. Hansı ki, R.M. mənim oğlumdan dəfələrlə canlıdır. Həmçinin belə bir hadisənin heç bir şahidi yoxdur. Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru Rüfət Mustafazadə kəndimizdən çoxlu sayda azyaşlıları zorla gətirib hədə-qorxu gələrək oğlumun əlehinə yalan ifadə verib, şahidlik etməyə məcbur etsə də, çirkin niyətinə nail ola bilmir. Polis mayoru Rüfət Mustafazadə azyaşlıları 7-ci sinif şagirdi Məmmədov Marif Çingiz oğlunu, 11-ci sinif şagirdi Manafov Eldəniz Mübariz oğlunu və 10-cu sinif şagirdi Abışov Zamiq Müslüm oğlunu hədə-qorxu gələrək oğlum Bəhrəmin əleyhinə ifadə almaq istəyir. Müstəntiq Elgün Mustafazadə azyaşlıları məcbur edir ki, ifadə verin ki, Bəhrəm sizi zorlayıb. Müstəntiq bu çirkin hərəkəti ilə azyaşlıları və onların valideyinlərini şantaj edib pul almaq istəyir.
Həmin azyaşlıların valideyinləri buna görə səs-küy salırlar. Artıq həmin valideyinlər mərkəzi orqanlara şikayətlər göndəriblər və şikayət etmək üçün prezident aparatına gedəcəklər.
Ancaq müstəntiq öz çrkin hərəkətlərini davam etdirir. Özünü mətbuat işçisi kimi qələmə verən Aslanov Sahib Məhəmməd oğlu bu işdə canfəşanlıq edib, mənim oğlumun həbs edilməsinə nail ola bilib. Çünki bu hadisəni birbaşa onun oğlu Münasib edib və video çəkliş edib yayıb deyə üstü açılıb. Mənim oğlum Bəhrəmin isə bundan heç bir xəbəri olmayıb. Sadəcə mənim azyaşlı oğlum Bəhrəm zorlamaya məruz qalması bildirilən R.M. əvvəllər dalaşdığı üçün özünü mətbuat işçisi kimi qələmə verən Sahib Aslanov və müstəntiq əlbir olub, onu öyrədib oğlumun əlehinə ifadə alırlar. Həmin zorlama hadisəsini video lentə alan şəxsin, oradakı zorlayanın kimliyini nə üçün müəyyən etmirlər? Nə üçün heç bir şahid, subut olmadan azyaşlı övladımı həbs ediblər? Hamının toylarda gitara çalan kimi tanıdığı Sahib Aslanovun özünü mətbuat işçisi kimi qələmə verib polisləri şantaj edib öz oğlu Münasibi məsuliyyətdən kənarda saxlaması faktı araşdırılmalıdır. Biz oğlum azyaşlı Bəhrəmin barəsində olan cinayət işinə Kürdəmir RPŞ-də müstəntiq Rüfət Mustafazadə ibtidai istintaq etməsinə etiraz edirik. Çünki burada qərəzçilik və şəxsi maraqlar var. Oğlum azyaşlı Bəhrəm evə xəbər göndərib ki, ona ağır dözülməz işgəncələr verilib etmədiyi çirkin cinayəti boynuna qoymaq istəyirlər.
Rüfət Mustafazadənin bu cinayət işini istintaq etməsinə etiraz edirik. Mən mətbuat vasitəsi ilə Azərbaycanın vicdanlı vəkillərindən xahiş edirəm ki, mənim azyaşlı günahsız oğlum Bəhrəmin hüquqlarını müdafiə edin. Oğluma təyin edilən vəkil polis mayoru Rüfət Mustafazadənin əlaltısıdır. Xahiş edirəm, bizə kömək edin. Oğlum Bəhram xəbər göndərib ki, bu haqsızlığa görə intihar edəcəm. Bir ana kimi çox-çox narahatam, mən özüm bu haqsızlığa görə intihar edəcəm. Bunun məsuliyyəti isə Kürdəmir RPŞ-nin müstəntiqi Rüfət Mustafazadə üzərinə düşəcək.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Hüquq Mühafizə Orqanları üzrə şöbənin müdiri cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova və DİN-i cənab Ramil Usubova müraciət edib xahiş edirəm bu qurama cinayət işinin obyektiv istintaq edilməsinə tapşırıq verəsiniz”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT
Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT
Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT
Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ