XalqXəbər.Az

Eldar Mahmudov Ramiz Yediyarovdan 1 milyon alıb... - İDDİA

yüklənir...
Eldar Mahmudov  Ramiz Yediyarovdan 1 milyon alıb... - İDDİA
16-08-2017, 15:49
yüklənir...

Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bağlı ilginc informasiya daxil olub.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, zamanında ləğv olunmuş Mlli Təhlükəsizlik Nazirliyinin hədəfinə çevrilən Ramiz Yediyarov uzun müddət sabiq MTN şefi ilə ciddi problemlər yaşayıb.
Mənbənin söylədikləri: "Ramiz Yediyarovu hətta iki dəfə MTN-də dindiriblər də. Sonradan Yediyarov tam tamamına 1 milyon manat verərək Mahmudovun əlindən qurtarıb".
Mənbə iddia edir ki, Yediyarov bundan sonra MTN çetesinə aid medianın hədəfinə çevrilib: "Hazırda həbsdə olan MTN-çi media mənsubları da aid olmaqla bəlli şəbəkə Yediyarovu hədəfə aldı. Gədəbəy şefinin bu prosesdə də 50 min manata yaxın pulu çıxdı. Hətta MTN-ə aid media şəbəkəsinin mənsublarından birinə 100 sot torpaq "hədiyyə etməli" oldu da. Bununla yaxasını qurtara bildi".
Mənbə iddia edir ki, amma indi Yediyarovun durumu həqiqətən çətinləşib: "Onun da vaxtı çatıb. Necə ki, Mahmudovla muhattab olmuş digərlərinin vaxtı çatıb".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.