SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mahir Quliyev Biləsuvarın dizini yerə gətirib... - Sahibkarlar QAN AĞLAYIR

Mahir Quliyev Biləsuvarın dizini yerə gətirib... - Sahibkarlar QAN AĞLAYIR

Tarix:

16-08-2017, 11:23

/ 58 795 dəfə oxundu.
Mahir Quliyev Biləsuvarın dizini yerə gətirib... - Sahibkarlar QAN AĞLAYIR

Biləsuvar rayonunun İsmətli kənd sakini Ağayev İxtiyar Ağakərim oğlu tərəfindən elektron poçtumuza göndərilən və əslində həyacan təbili çalmağa əsas verən şikayət ərizəsinin məzmunu ilə tanış olduqda, sanki dəhşətə gəldik. Şikayətçi yazmış olduğu ərizəsində qeyd edir ki, “ölkə rəhbəri cənab İlham Əliyevin 28 mart 2017-ci il tarixdə Saatlı rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirdiyi respublika müşavirəsində verdiyi tapşırıqlar, bu gün Biləsuvar rayonunda yerinə yetirilmir. Çünki, cənab Prezident həmin müşavirədə çıxışı zamanı bildirdi ki, “mənim üçün pambıqçılığın inkişaf etdirilməsi ilk növbədə sosial layihədir, sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”. Həmçinin ölkə rəhbəri həmin müşavirədə onu da vurğuladı ki, “pambığın əkini, yetişdirilməsi və toplanıb təhvil verilməsi ilə əlaqədar bütün işləri, müvafiq qurumlar operativ şəkildə həll etməlidirlər. Pambıq əkən fermerlərə hər cür köməklik vaxtında çatdırılmalıdır”.
Bəli, ölkə rəhbərinin tarixi çıxışından və verdiyi tapşırıqlardan ruhlanan Aran rayonlarında, o cümlədən Biləsuvarda da əhali böyük həvəslə pambıq əkininə qoşuldular. Bizim ailə də, digər ailələr kimi 4,5 ha pay torpağı sahəsində pambıq əkdi. Əkdiyimiz pambıq sahəsinin 2,5 ha hissəsi Çərçili adlanan ərazidə yerləşməsinə baxmayaraq, ümumi müşahidələr bol məhsulun olmasından xəbər verir. Əkin sahələri bizimlə qonşu olan fermerlərlə bərabər biz də, pambığı çıxışdan sonra yalnız bir dəfə suvarmışıq. Çox təəssüflər olsun ki, həmin vaxtdan düz 38 gün keçir. Bu gün minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz pambıq sahələri məhv olmaq üzrədir. Problemin həlli ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti başçısının və Suvarma Sistemləri İdarəsi rəisinin qəbulunda dəfələrlə olsaq da, adı çəkilən vəzifə sahibləri bizə heç bir halda köməklik göstərmədilər. Kənd Təsərrüfatı Nazirliyi ilə bərabər, Meliorasiya və Su Təsərrüfatı ASC-nin qaynar xəttinə etdiyimiz müraciətlərin isə, heç bir nəticəsi yoxdur. Yəni, həmin qurumların səlahiyətliləri problemi həll etmək əvəzinə, problemin həlli ilə bağlı bizə boş-boş vədlər verirlər. Vaxt isə ötüb keçir, pambıq sahələrimiz susuzluqdan yanıb məhv olur, güllər yerə tökülür.
Cənab Prezident müşavirədə göstəriş verib onu da tapşırdı ki, “sakinlərin pambıq sahələri əkib qazanc əldə etmələri üçün, hər kəsə lazımi şərait yaradılsın”. Ölkə rəhbəri demədi ki, rayonun vəzifəli şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və s. su mənbələrinə yaxın yüzlərlə, minlərlə hektar torpaq sahələrini əksinlər və suvarma sularını öz əkin sahələrinə yönəltsinlər. Sıravi vətəndaşlar da başlarına döyə-döyə qalsınlar.
Bütün bunlardan əlavə, ölkə rəhbəri cənab İlham Əliyev müşavirədə belə bir tapşırıq da verdi ki, əkin sahələrinə gedən yollar təmir olunsun, yay-tarla düşərgələri yaradılsın və digər əhəmiyyət kəsb edən addımlar da atılsın. Verilmiş belə bir tapşırığın varlığına baxayaraq, Biləsuvarda əkin sahələrinə gedən yollar sovet dönəmindən bu günə kimi bir dəfə də olsun təmir olunmayıb. Bəlkə də kağız üzərində dəfələrlə təmir işləri aparılıb, ayrılan vəsaitlər mənimsənilib, yəni bu haqda məlumatlı olmadığım üçün nəsə deyə bilmərəm. Rayonun əkin sahələrinə gedən yollar sanki NATO hərbi təyyarələri, raketləri tərəfindən dağıdılan, tarmar edilən Əfqanıstanın, Suriyanın, Yəmənin, Liviyanın yollarına bənzəyir. Günün isti vaxtlarında daldalanmağa kölgəlik yer tapa bilmirik. Bir sözlə, ancaq oğurlamağı, soyğunçuluğu, qarətçilik etməyi mükəmməl bacaran məmurlar, bu gün bizi pis günə qoyublar. Vəziyyət belə bir formada davam edərsə, o halda nəinki respublikamızda kənd təsərrüfatı sahəsi inkişaf edəcək, əksinə tamamilə məhv olub sıradan da çıxacaq.
Saxta statistika ilə ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edib, sanki “piyli rəqəm”slərlə əhalini doyuzduracaqlar. Yalnız ağ kağız parçaları üzərində respublikamız kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Hollandiyanı, Yeni Zellandiyanı, İsraili və s. ötüb keçəcək. Reallıqda isə, əhali ciddi ehtiyac içərisində yaşayacaq. İşinin öhdəsindən gələ bilməyən, vətəndaşlara kölə kimi baxan məmurlar arxayındırlar ki, bu gün öz hüquqlarını tələb edən sadə vətəndaşların səsi Prezidentə çatmayacaq. Ona görə də istədiklərini edirlər. Amma mən o hala da inanıram ki, əllərindən heç bir iş gəlməyən, iş bacaranlara da mane olan məmurların əlindən, tezliklə bizi ölkə rəhbəri xilas edəcək”.
Bütün bunlar onu söyləməyə əsas verir ki, bu gün Biləsuvarda nəinki pambıqçılıqla məşğul olanlara kömək əli uzadılır, hətta ölkə rəhbəri cənab İlham Əliyevin vermiş olduğu tapşırıqlara məhəl belə qoyulmur. Daha xoşagəlməz hal odur ki, pambıq əkib-səpənlərə qarşı bu cür münasibət, ögey yanaşma tərzi və s. problemin həllinə birbaşa cavabdehlik daşıyan vəzifə sahibləri tərəfindən sərgilənir. İH-nin başçısı Mahir Quliyevin və digərlərin atdıqları addımlar isə, sanki problemlərin üstünə yeni bir problemlər gətirməkdədir. Mövzunu diqqətdə saxlayacağıq.

"Gündəm Xəbər"

Şərhlər

XƏBƏR LENTİ