SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Neftçalada biabırçılıq: İdarə rəisi şəhidi ələ saldı

Neftçalada biabırçılıq: İdarə rəisi şəhidi ələ saldı

Tarix:

14-08-2017, 14:34

/ 82 588 dəfə oxundu.
Neftçalada biabırçılıq: İdarə rəisi şəhidi ələ saldı

Şəhid atası Neftçala rayon Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyev və qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdən Azərbaycan Prezidenti İlham Əliyevə şikayət edib.

Redaksiyaya daxil olan şikayət məktubunu təqdim edirik:

Möhtərəm Cənab prezident! Zati Aliləri!

Oğlum Neftçala rayon sakini Məmmədov İlyas Oktay oğlu cənab prezident sizə və baş prokuror Zakir Qaralova şikayət məktubu ünvanlayaraq, Neftçala rayon Elektrik şəbəkəsinin müdiri Vurğun Şirəliyev və onun işçisi Vidadi adlı şəxs tərəfindən haqsızlıqla məruz qalması ilə bağlı məlumat verib, kömək istəmişdi.(Müraciətin bir surətini də KİV-ə, yollayıb.)
Oğlum şikayətində bildirib ki, rayon Elektrik şəbəkəsinin əməkdaşı Vidadi adlı şəxs heç bir qanunu əsas olmadan onum mağazasına gələrək işıq sayğacının plombunu qəsdən qıraraq, ona qanunsuz olaraq 296 manat cərimə tədbiq edib.
Oğlum Məmmədov İlyas işiq idarəsinin əməkdaşı Vidadi adlı şəxsə şikayət edəcəyini bildirdikdə onu daha 1000 manat cərimələyəcəyi ilə bağlı hədələyib.
OğlumNeftçala rayon işıq idarəsinin müdürü Vurğun Şirəliyevin yanına gedərək bu qanunsuzluq barəsində məlumat verib. Vurğun Şirəliyevə bildirib ki, mənim qardaşım Məmmədov Elnur 1993 cı ildə Qarabağda şəhid olub. Biz bir dəfə belə olsun onun adından istifadə edib dövlətdən heç nə tələb etməmişik. Alın tərimizlə çörəyimi qazanıb ailəmi saxlayıram, amma ona belə icazə vermirsiniz. Cavabında isə kobudluqla üzləşib. Vurğun Şirəliyev oğlum İlyas Məmmədova, “mənim qardaşım da Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir” - deyərək gülməyə başlayıb.
Mənim oğlum Məmmədov Elnur 1993 cı ildə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən sağ olun. Bu müraciətimi sizə bəlkə də ünvanlamazdım. Lakin bu gün hansısa idarə rəisinin mənim şəhid olmuş oğlumu ələ salıb gülməsi məni çox kədərləndirdi. Belə çıxır mənim oğlum onun üçün şəhid olub ki, Vurğun Şirəliyev qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevə arxayın olub, şəhid ailələrini əla salıb gülsün. Bu gün Vurğun Şirəliyevin rayonda 50 ha balıq gölü, 1000 ha yaxın əkin sahəsi və dəyəri 100 min manatlarla ölçülən mülkləri varsa, bunu mənim oğlum və digər şəhidlərə borcludur.
Oğlum Vurğun Şirəliyevdən şikayət etdiyi üçün, oliqarx qardaşı yaxın adamlardan xəbər yolayaraq hədələyir ki, elə etməsinlər onların Neft Trestində işləyən qohumlarını işdən çıxarım, dükanını başlarına uçurdum.
Cənab prezident necə olur ki, oğlum Məmmədov Elnur 1993-cü ildə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olur adına bir küçə belə yoxdur, amma Vurğun Şirəliyevin dünyasını dəyişmiş qardaşının adına Neftçala rayonunun mərkəzi küçələrinin birində adına küçə verilir.

BAKUNEWS.AZ

Şərhlər

XƏBƏR LENTİ