yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Tofiq İbrahimov işdən çıxarılır - Onun yerinə sürpriz isim gətirilir

Tofiq İbrahimov işdən çıxarılır - Onun yerinə sürpriz isim gətirilir
14-08-2017, 13:06 61 314 dəfə baxılıb

Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov vəzifəsindən azad oluna bilər. Bu barədə bilgili qaynaqlar informasiya verib.
Xəbəri verən mənbə iddia edir ki, bu gün Ağdaşdan şikayətlərin artması və həmiçinin rayona ayrılan dövlət büdcəsi pullarının təyinatı üzrə xərclənməsində müşahidə olunan ciddi nöqsanlar İbrahimovla bağlı qərarın verilməsini labüdləşdirib.
Bu arada danışan qaynaq maraqlı bir iddiada da bulunub. Belə ki, mənbəyə görə, Ağdaş RİH-in başçısı postuna bu günlərdə Yasamal rayonunun rəhbərliyindən uzaqlaşdırılmış İbrahim Mehdiyev təyin olunacaq.
Qeyd edək ki, İbrahim Mehdiyev 1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.

2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Tofiq, brahimov, getirilir, yerine, , Onun, isim, surpriz, ishden, chixarilir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ