yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İş adamları Sumqayıt şəhər rəhbərliyindən pullarını ala bilmir

İş adamları Sumqayıt şəhər rəhbərliyindən pullarını ala bilmir
10-08-2017, 10:46 140 210 dəfə baxılıb

2016-cı ildə Sumqayıt şəhərində aparılan abadlıq işləri üçün xammal, material verən iş adamları pullarını şəhər İcra hakimiyyətindən ala bilmir.
Bu barədə iş adamları Xalqxeber.Az-a məlumat verib. Onların sözlərinə görə, 11 zərərçəkmiş şəxs dəfələrlə şəhər icra hakimiyyətinə, Prezident Administrasiyasına şikayət etsə də, şikayətlərinə məhəl qoyan yoxdur.
“Dəfərlərlə şəhər İcra hakimiyyətinə gedib başçı ilə görüşmək istəmişik, lakin bizi onun yanına buraxmırlar. Bizi Memarlıq və Tikinti şöbəsinin müdirinin köməkçisi qəbul edir, bildirir ki, yaxın vaxtlarda pullarınız ödəniləcək. Onun dediyi yaxın vaxtdan 1 ilə yaxın müddət keçib, hələ də pulumuzu ala bilmirik”, iş adamları Xalqxeber.Az-a belə deyir.
Bilmirik dərdimizi kimə və hara deyək. Heç bir bir dövlət qurumu bizi qəbul etmək istəmir. Deyirlər ki, İcra başçısı Zakir Fərəcov bu məsələ ilə bağlı heç kimi qəbul eləmir.
Zərərçəkmişlərdən Aydın Abdullayev deyir ki, icra hakimiyyətinin ona ümumilikdə 119532 manat borcu var.
Digər 10 iş adamının da aşağıdakı məbləğdə alacaqları var.

İsa Ümidvar oğlu Qasımov -136500 manat
Eyvaz Musa oğlu Abbasov - 201600 manat
Məhəmməd Abbasqulu oğlu Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün )
Çingiz Əfrayim oğlu Mansurov -248300 manat
Bilal Bayram oğlu Piriyev - 98339,50 manat
Rəşad Haşım oğlu Abbasov - 35600 manat
Bəxtiyar Tapdıq oğlu Əlinağıyev - 10270 manat
Zöhrab Rafiq oğlu Rzayev - 264280 manat
İlham Musa oğlu Məmmədov – 297000 manat
Elçin Məhəmməd oğlu Qarayev - 36000 manat

Həmin zərərçəkmiş şəxsləri şəhərin abadlaşdırma işlərinə Müqayis Verdiyev və Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov cəlb edib. Bu işlər icra hakimiyyəti tərəfindən edildiyinə görə, pul vəsaiti də məhz Şəhər icra hakimiyyətinin rəhbərliyi tərəfindən ödənilməli idi. İcra hakimiyyəti pulların bir hissəsini (təxminən 4 milyona yaxın) Müqayis Verdiyevə verib, o da həmin pulları sahibkarlara verib. Sonradan şəhər rəhbərliyi qalan məbləği verməkdən imtina etdi və yeyilən milyonları ört-basdır etməkdən ötrü iş adamını həbsə atdırıb. İş adamları qeyd edirlər ki, icra hakimiyyətinin başçısı Müqayis Verdiyevə bildirib ki, ölkə prezidenti gələnə qədər bulvar salınmalıdır, sonra ödənişləri ödəyərik. Verdiyev də borc xərc edərək biz sahibkarlardan işləri yarımçıq qoymamağı xahiş etdi. Nəticədə şəhər bulvarı tam işlək vəziyyətə gətirildi.
Ölkə prezidenti Sumqayıt şəhərinə gəlib getdikdən sonra şəhər rəhbərliyi qalan pulları verməkdən imtina etdi. Dəfələrlə biz sahibkarlar şəhər rəhbərliyindən pullarımızı istək də, haqlı tələbimizə məhəl qoyan olmadı.
Şəhər rəhbərliyi iddia edir ki, pulun hamısı M. Verdiyevə verilib. Halbuki bu işlərin görülməsi üçün hər hansı tender keçirilməyib, pul vəsaitinin verilməsini təsdiq edən sənədlər mövcud deyil.
Üstəlik əgər biz pullarımızı Müqayis Verdiyevdən almalıyıqsa, şəhər rəhbərliyi niyə bizə söz verir ki, pullarınızı verəcəyik?
Dəfələrlə Fəzail Hüseynov bizi aldadaraq, bizə dəymiş ziyanın ödəniləcəyini vəd edib. Lakin verdiyi vədlər boşa çıxmaqla yanaşı, polislə hədələyib.
İş adamı Müqayis Verdiyev 2015-ci ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddələrinə əsasən ittiham edilir. Sumqayıt şəhərində yeni inşa edilən və açılışı prezident İlham Əliyev tərəfindən edilən bulvar M.Verdiyevin rəhbərlik etdiyi işçi qüvvəsi tərəfindən həyata keçirilib. Prezident tərəfindən açılışı edilən bulvarın təmir-tikinti işlərində çalışan fəhlələrin pulu indiyə kimi ödənilməyib. Bundan sonra M. Verdiyev həbs edilib. Lakin M.Verdiyev həbsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi əsasında həyata keçirildiyini, pulun icra hakimiyyəti tərəfindən ödənilməli olduğunu bildirib.

Xalqxeber.Az
İş adamları Sumqayıt şəhər rəhbərliyindən pullarını ala bilmir


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sheher, Sumqayit, ala, pullarini, bilmir, adamlari, sh, rehberliyinden
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ