SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əziz Əzizovun Prezidentin cənub səfərinə hazırladığı yalanlar – GERÇƏK CƏLİLABAD

Əziz Əzizovun Prezidentin cənub səfərinə hazırladığı yalanlar – GERÇƏK CƏLİLABAD

Tarix:

10-08-2017, 10:16

/ 141 601 dəfə oxundu.
Əziz Əzizovun Prezidentin cənub səfərinə hazırladığı yalanlar – GERÇƏK CƏLİLABAD

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 illik fasilədən sonra yenidən, yaxın günlərdə cənuba gələcəyi gözlənilir. Əldə etdiyimiz məlumatlara görə, bu səfər zamanı Ölkə Başçısı səfər zamanı Cəlilabad rayonunda da olub bir sıra obyektlərin açılışında iştirak edəcək. Sözsüz ki bu səfərlə bağlı rəsmi məlumatlar pafoslu statistikaya əsaslanacaq. Ancaq gerçək durum necədir. Ölkə rəhbərinin səfəri öncəsi Cəlilabad rayonundakı durumla bağlı müəyyən məqamlar üzərində araşdırma apardıq. Nəticələr ilgincdir.
Əziz Əzizovun özünüifşa hesabatı
Əslində Cəlilabad rayonunun sözdə “sosial iqtisadi inkişafı”nın gerçək mənzərəsi ildən ilə pisləşən royonun görkəmində və rayon sakinlərinin həyat səviyyəsində daha aydın görünür. Amma biz geriləməni rayon icra başçısı Əziz Əzizovun özünün rəsmi məlumatları ilə göstərmək istərdik. Ə.Əzizovun 2016-cı ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzəsindən bəzi məqamlara diqqət yetirək: “rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir, 9,3 min ton noxud və 586 ton mərci istehsal edilmişdir. Həmçinin kənd əməkçiləri 102,2 min ton kartof, 1,2 min ton tərəvəz, 240 ton qarğıdalı, 294 ton bostan məhsulları istehsal etmişlər”. İndi isə 2017-ci ilin müvafiq dövrü üçün yenə də icra başçısının dilindən səslənən statistik məlumatlara baxaq: “rayon üzrə 160,5 min ton buğda, 13,4 min ton arpa, 4,8 min ton vələmir, 8,7 min ton noxud, 1,2 min ton mərci istehsal edilmişdir”. İnkişaf və ya geriləməni fərq etmək üçün ali riyaziyyat biliyinə ehtiyac yoxdu. Eyni geriləmə heyvandarlıq sahəsi ilə bağlı rəqəmlərdə də özünü göstərir. 2016-cı ilin birinci yarımilliyi ilə bağlı hesabatda deyilir: “Altı ay ərzində 9,9 min ton ət, 51,8 min ton süd və 15,9 milyon ədəd yumurta istehsal edilməsi əhalinin heyvandarlıq məhsullarına tələbatının ödənilməsində mühüm rol oynamışdır”. 2017-ci ilin eyni dövrü ilə bağlı məruzədə cümlələr eyni rəqəmlər isə yenə də azalmaqdadır: “Altı ay ərzində 7,9 min ton ət, 41,3 min ton süd və 12,8 milyon ədəd yumurta istehsal edilməsi əhalinin heyvandarlıq məhsullarına tələbatının ödənilməsində mühüm rol oynamışdır”.
Bu müqayisəli təhlili digər sahələr üzrə uzatmaq da olardı. Amma yalançının yaddaşı olmaz, güman ki icra başmısı ölkə rəhbərinə bu acı həqiqətlərdən yox şirin yalanlardan danıçacaq…
Cəlilabadsayağı Novruzəli, yaxud “Poçt qutusu” əməliyyatı
Rayondakı mənbələrdən verilən məlumata görə ölkə rəhbərinin səfəri zamanı Cəlilabad rayonunda açılışı ediləcək obyektlərdən biri də rayonun poçt idarəsidir. Bildirək ki, rayon mərkəzi poçtunun əvvəlki binası bu ilin əvvəllərində sökülüb. “Aztelekom” İstehsalat Birliyinin Cəlilabad rayon Telekommunikasiya Qovşağının inzibati binasına bitişik olan mərkəzi poçtun binası istifadəyə yararlı olsa da onun sökülmə səbəbi bəlli deyil. Amma bu söküntü prosesi ilə bağlı mediada maraqlı iddialar səsləndirilib və cumhuriyyet.net olaraq bu iddianı da olduğu kimi diqqətinizə çatdırırıq: “Poctun söküntüsü böyük biabırçılıqla müşahidə oliunub. Belə ki, söküntü zamanı poct müdiri Vüsal Kazımov 19 qapını şəxsi mülki kimi yaşadığı ünvana aparıb. Qiymətli qapılar dövlət əmlakı hesab edilsədə V. Kazımov bunlara məhəl qoymayıb. Rabitə və Texnalogiya Nazirliyinin əməkdaşlarının səyi nəticəsində Vüsal Kazımovun evindən qapılar götürülərək idarəyə təhvil verilib. Görünür, poct müdiri o qədər özünə arxayındır ki, hətda dövlətə məxsus 15 AA 080 NİVA markalı avtomaşını məktəb direktoru işləyən atası Adişirin müəllimə hədiyyə edib. Özünün dediyinə görə arxalandığı şəxs Rabitə və Texnalogiya Naziri Ramil Quluzadənin birinci müavini Əli Abdullayevdir. Məlumat üçün bildirək ki, V. Kazımovun dediyinə görə Ə. Abdullayev bir vaxtlar əmlak komitəsində işləyən dayısının çanta daşıyanı olub. Bunun nə qədər real olub-olmadığını söyləyə bilmərik. Lakin bir faktı qeyd edək ki, rabitə idarəsinə məxsüs avtomaşını atasına hədiyyə etmək və qapı oğurluğu heç də sıradan bir iş deyil”.
ŞOK İTTİHAM: “Cəlilabadda “narkobaronlar” himayə edilir, səhiyyə və təhsil sistemində tənəzzül hökm sürür”
“Dövlətin “Regionlarda sosial-iqdisadi inkişaf proqramı” çərçivəsində Cəlilabad rayonuna ayrılmış 10 milyonlarla vəsaitin böyük hissəsi rayon rəhbərliyinin korrupsiya maraqlarına qurban verildiyindən, bu proqram üzrə nəzərdə tutulmuş bir-sıra sosial obyektlərin tikintisi, su-kanalizasiya sisteminin və yolların çəkilişi kimi vacib layihələr yarımçıq qalıb. Proqram tam iflasa uğrayıb!”. Bu fikirlər isə Müsavat Partiyası Cəlilabad rayon təşkilatının bəyanatında əks olunub. Sənəddə bildirilir ki, rayonun səhiyyə və təhsil sistemində tənəzzül hökm sürür: “Ucqar kəndlərdə tədris olduqca acınacaqlı durumdadır. Dərslər məktəb adına daxmalarda keçirilir, əmək haqqı cədvəlində göstərilən müəllimlərin xeyli hissəsi faktiki olaraq rayonda yaşamır və bəziləri ümumiyyətlə xaridədirlər. Bir sözlə, Təhsil İdarəsi korrupsiya ilə məşğuldur”.
Bəyanatda daha sonra deyilir: “Ağ ölüm” artıq orta məktəblərə də keçib. Bəzi məktəblərdə yuxarı sinif şagirdləri narkotik maddələrin qəbulu və hətta satışına qurşanıblar. Cəlilabadda narkotik maddə alverinin tüğyan etməsi bir-başa rayon rəhbərliyinin və inzibati strukturların yarıtmaz fəaliyyətlərinin nəticəsidir! Rayonda “narkobaronlar” və bu “bizneslə” məşğul olanlar himayə olunurlar. Baş verən qanunsuzluqlara etiraz edənlər bir-başa icra başçısı Əziz Əzizovun göstərişiylə şərlənərək, həbs olunurlar.

Şərhlər

XƏBƏR LENTİ