SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bir məmurun insafına qalan kənd - Astarada narazılıq

Bir məmurun insafına qalan kənd - Astarada narazılıq

Tarix:

10-08-2017, 09:51

/ 141 050 dəfə oxundu.
Bir məmurun insafına qalan kənd - Astarada narazılıq

Astaranın Şiyəkəran kəndi dünyanın və Azərbaycanın diqqət mərkəzindən kənarda qalıb. Bu gün Afrika cəngəllikləri istisna olmaqla dünyanın ən ucqar kəndləri belə qaz, işıq, su ilə təmin olunub. Amma deyəsən “Azərenerji” ASC-nin Astara rayon üzrə sədri Alim Qəmbərli bu rayonun Şiyəkəran kəndini Afrika cəngəlliyinə çevirmək niyyətindədir. Kənd sakinlərindən daxil olan məlumatda bildirilir ki, bu kənd işıq görəndə sanki yenidən həyata qayıdırlar. Çünki Alim Qəmbərlinin ürəyi nə zaman istəyirsə o zaman kəndi işıqsız qoyur. Amma kəndə yaxın ərazilər var ki, həmən ərazilərdə yerləşən ticarət obyektlərinin, hətta fermaların hər zaman işığı olur. Onlar bildirir ki, bu necə olur ki, fermadakı mal-qara üçün belə işıq verilir, amma insanlar üçün yox?. Sakinlər bununla bağlı dəfələrlə Alim Qəmbərliyə müraciət etsələrdə müraciətlərinə qulaq asan olmayıb. Artıq onların ümidləri tək prezidentə qalıb və bununla bağlı bir qurup ziyalı prezidentə müraciət hazırlayırlar.

“Gündəm Xəbər”

Şərhlər

XƏBƏR LENTİ