SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Bir işbaz peyda olub, yerli məmurlarla əlbir olub..." - ŞİKAYƏT

"Bir işbaz peyda olub, yerli məmurlarla əlbir olub..." - ŞİKAYƏT

Tarix:

9-08-2017, 16:40

/ 139 688 dəfə oxundu.
"Bir işbaz peyda olub, yerli məmurlarla əlbir olub..." - ŞİKAYƏT

«Bir işbaz peyda olub, yerli məmurlarla əlbir olub su borularını kəsib satırlar».Bunu Şabranın Qalaaltı kənd sakinləri deyir.

Kənd sakini Bəxtiyar Cəbiyevin sözlərinə görə, bir neçə gündür ki, kənddən keçən 4 kilometrlik su borusu oğurlanıb və əlvan metal qəbulu məntəqələrindən birinə satılıb. Nəticədə kəndlilər susuz qalıb: «Yayın cəhənnəm istilərində kəndin bir hissəsi susuzluqdan dad döyür. Bu borular Sovet vaxtından qalan borulardır. «Siyəzənneft»in balansındaydı. Bir də baxdıq ki, borukəsən aparatlarla boruları doğrayıb bir tərəfə toplayırlar. Kənd camaatı yaxınlaşıb maraqlananda dedilər, «borular istifadəsiz qalıb, onsuz da heç nəyə yaramır». Halbuki, o borularla kəndə içməli su axırdı».

Kənd sakini Kamran Həsənov deyir, boruların kəsilib satılmasına görə yerli icra hakimiyyətinə, bələdiyyəyə müraciət olunub: «Ancaq sonra məlum oldu ki, gündüz çağı kəndin ortasındakı borunu hər özünə güvənən oğlan doğrayıb aparmaz. Bu işlərin arxasında elə məmurlar dayanır. Borunu kəsib aparıblar, camaat suyu pulla almaq məcburiyyətində qalıb. Bu işdə polisin də əli var. Çünki borular kəsiləndə ərazidə polislər də görünür. Boruları kəsənləri kəndlilərdən qoruyurlar».

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ