SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Müstəqim Məmmədov Prezidentin Tərtərə səfərini görməzdən gəlir - FOTOFAKT

Müstəqim Məmmədov Prezidentin Tərtərə səfərini görməzdən gəlir - FOTOFAKT

Tarix:

9-08-2017, 15:00

/ 139 214 dəfə oxundu.
Müstəqim Məmmədov Prezidentin Tərtərə səfərini görməzdən gəlir - FOTOFAKT

Azərbaycanda dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, tədbirlərin daha operativ şəkildə cəmiyyətə çatdırılması üçün icra hakimiyyətlərinin rəsmi saytları fəaliyyət göstərir.
Bu saytların fəaliyyət göstərməsində başlıca məqsəd Dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu həm də dövlətin müasir prinsiplər əsasında idarə olunması anlamına gəlir. Bu prinsiplər vətəndaşların rahatlığının təminatına hesablanıb. Belə ki, vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı rahatca əldə edə bilər. Bu gün demək olar, bütün dövlət qurumlarının internet portalı mövcuddur.
Bəs, görəsən bu elektron portallar necə işləyir? Dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilirmi?
Rayon icra hakimiyyətlərinin saytlarının monitorinqini davam etdiririk. Bu dəfə Tərtər rayon icra hakimiyyətinin http://terter-ih.gov.az saytı haqda oxucularımıza məlumat verəcəyik.
Saytımızın kiçik araşdırması zamanı məlum oldu ki, icra hakimiyyətinin saytına son 2 ayda cəmi 4 xəbər yerləşdirilib. Statistika həvəskarları üçün qeyd edək ki, digər icra hakimiyyətlərində bu rəqəm 15-20 arasında dəyişir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, saytda fəaliyyət göstərən "Ölkə başçısı Tərtərdə" rubrikasında çox böyük yanlışlıq və qeyri-peşəkarlığa yol verilib. Belə ki, Prezidentin ötən il Tərtərə səfəri haqda saytın bu bölməsində heç bir məlumat yoxdur. Əslində isə Tərtər rayon icra hakimiyyətininin əməkdaşlarının diqqətinə çatdırmaq lazımdır ki, İlham Əliyev son dəfə 3 dekabr 2016-ci il tarixində Tərtərə səfər etmiş, ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşdular. Ancaq bu səfər haqda Tərtər rayon icra hakimiyyətinə məxsus rəsmi saytda məlumat yoxdur. Rəsmi saytda ölkə başçısının Tərtərə son rəsmi səfəri 07.10.2012 tarixini göstərir.
Saytda daha bir üzücü məqam isə ondan ibarətdir ki, son 2 ayda cəmi 4 xəbərin yayımlanmasındadır.
Son olaraq onu da qeyd edək ki, rayonun rəsmi "facebook" səhifəsində də sönüklük hiss olunur, səhifəni cəmi 58 nəfər bəyənib. Bu isə informasiya texnologiyaları əsrində ən böyük fiaskodur.
Yaxşı olar ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun başı digər işlərdən ayılsın və dövlətimizin yaratdığı imkanlardan istifadə edərək, ən azından rayonun saytının fəaliyyətinin düzətsin.
Müstəqim Məmmədov Prezidentin Tərtərə səfərini görməzdən gəlir - FOTOFAKT
Müstəqim Məmmədov Prezidentin Tərtərə səfərini görməzdən gəlir - FOTOFAKT

azxeber.com

Şərhlər

XƏBƏR LENTİ