SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədov ölkəni tərk edib? - Eks-nazirin qardaşından ŞOK REAKSİYA: - “Vətəni şərəfsizlər tərk edər!”

Ziya Məmmədov ölkəni tərk edib? - Eks-nazirin qardaşından ŞOK REAKSİYA: - “Vətəni şərəfsizlər tərk edər!”

Tarix:

8-08-2017, 14:18

/ 56 666 dəfə oxundu.
Ziya Məmmədov ölkəni tərk edib? - Eks-nazirin qardaşından ŞOK REAKSİYA: - “Vətəni şərəfsizlər tərk edər!”

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb. Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat saytımıza açıqlamasında deyib ki, xəbər həqiqəti əks etdirmir.
“Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!”.
Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib.
“Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”.

Şərhlər

XƏBƏR LENTİ