SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Goranboy RİH Aparatının sabiq əməkdaşının “forsmajor” addımları

Goranboy RİH Aparatının sabiq əməkdaşının “forsmajor” addımları

Tarix:

31-01-2017, 21:25

/ 1 811 dəfə oxundu.
Goranboy RİH Aparatının sabiq əməkdaşının “forsmajor” addımları

Müzəffər Abbasov: “Xan Qərvənd kənd sakinlərinin ümumi qənaəti belədir ki, damarlarından erməni qanı axan bir kimsəyə aramızda yer verə bilmərik, çünki onlardan istənilən addımı atmalarını gözləmək olar”

Bu da bir həqiqətdir ki, zaman-zaman ictimai həyatımızda mətbuatın rolu və əhəmiyyəti olduqca böyük olub.

Buna səbəb olan bir çox amillər olub ki, həmin amillər içərisində KİV nümayəndələrinin cəmiyyət həyatında baş verən sosial-iqtisadi, siyasi əhəmiyyət kəsb edən hadisə və prosesləri işıqlandırmaları, yaşanan olaylarla bağlı ictimai fikrin formalaşmasına təsir də göstərmələridir. Məhz, “Gündəm Xəbər” qəzeti də bir mətbu orqan olaraq, hal-hazırda ictimai fikrin formalaşmasına təsir edən, hadisə və proseslərin varlığına öz prizmasından yanaşan və lazımi təhlili açıqlamaları ilə hər kəsi məlumatlandıran, daha çox isə, çoxsaylı oxucularının varlığı və s. ilə ad çıxaran media qurumlarından biridir.Amma son illər media aləmində baş verən bir çox proseslər, üstünlüyü çap mediasına deyil, məhz elektron mediaya verməkdədir. Belə bir səbəb üzündəndir ki, bu gün hər kəs hər sahədə baş verən, yaxud da verə biləcək hadisə və proseslər haqda lazımi məlumatları qısa zaman kəsiyində əldə bilirlər. Bu gün elektron media durmadan inkişaf edir və əldə olunan son nailiyyətlər bu sahəyə tətbiq olunduqca, hər kəsin informasiya təminatı da getdikcə yaxşılaşır. Belə bir halın varlığıdır ki, yerlərdən redaksiyamıza silsilə oxucu məktubları ünvanlanır və onları ictimailəşdirilməsi də xahiş olunur. Məsələn, bir neçə gün bundan əvvəl Goranboy rayonunun Xan Qərvənd kənd sakini Abbasov Müzəffər Camal oğlu redaksiyamıza ünvanladığı açıqlamasında qeyd edir ki, “mən adı çəkilən rayonun Yeniyol kənd sakini Təhməzov Əli Ələsgər oğlunun bəzi xəbər portallarında dərc etdirdiyi açıqlamaları oxuduqca, sanki dəhşətə gəldim. Çünki, həmin açıqlamalar şər və böhtandan başqa bir şey deyil. Məhz, bunu ona görə belə ifadə edirəm ki, bizim kənd Yeniyol kəndinə bitişik olduğundan, mən həmin kəndin sakinlərini yaxından tanıyıram. Əli Təhməzov Yeniyol kənd sakini olsa da, o, bir neçə il bundan əvvəl icra başçısının müvafiq sərəncamı ilə Xan Qərvənd kəndinə müvəqqəti icra nümayəndəsi təyin olunmuşdu. Bir dəfə mən ona evimin təqribən beş metrliyində olan artezian quyusunu işlətmək üçün, lazımi müqavilə sənədini təsdiq etdirmək məqsədilə xahiş etdim. O, ilk öncə sənədi təsdiq edəcəyinə vəd versə də, son anda məni aldatdı və damarlarından erməni qanı axan, erməni əslli Mamed adlı şəxslə müqavilə bağlayaraq, evimə yaxın ərazidə yerləşən artezianı ona verdi. Onun belə bir addım atmasının müəyyən səbəbləri də oldu. Çünki, Əli Təhməzovun ata nənəsi erməni olduğundan, onun erməni əslli Mamed adlı şəxslə qan qohumluğu da var.

Hələ, bu azmış kimi onlar artezian quyusunu işə salmaq adı ilə bir neçə dəfə bizim həyətə girdilər və müəyyən yollarla iribuynuzlu heyvanlarımızı da oğurladılar. Onun atası Ələsgər kişi vaxtilə adı çəkilən kənddə yaşasa da, o, heç bir nüfuzu olmayan, kəndin xeyr-şər işlərində iştirak etməyən, içki düşkünü olan bir insandır və hər kəs də onu “alkaş” kimi tanıyırdı. Ələsgər hər gün sərxoş olduğundan nalayiq hərəkətlər edər və ailəsində söz-söhbətlər də yaradardı. Onun həyat yoldaşı belə bir hərəkətlərə dözə bilmədi və son anda ağır xəstəliyə düçar oldu, bu gün də ağır xəstədir. Ələsgər kişinin nəvəsi, yəni Əli Təhməzovun oğlu da ağır xəstədir. Bu insan həm xəstə arvadını, həm də xəstə nəvəsini ataraq, gününü Gəncədə əyyaşlıqla keçirir, heç vaxt onlarla maraqlanmır. Hətta bir dəfə eşitmişdim ki, Ələsgər kişi rayonun Mədəniyyət Evində keçirilən tədbir zamanı səhnəyə sərxoş halda çıxmış və müvazinətini saxlaya bilmədiyindən, özünü gülünc vəziyyətə də salmışdır. Baxın, Əli Təhməzov belə bir insanın oğlu olduğundan, o da atasının atdığı addımları atmaqdadır. Bu gün o, xəstə anasına, xəstə uşağına baxmaq əvəzinə, məişət pozğunluğu ilə məşğul olur və hər kəs Əlinin atasının davamçısı kimi də tanıyır. Əli Təhməzovun özü neçə illərdir ki, ailəsindən uzaqlaşıb və Gəncədə məişət pozğunu olan bir qadının evinə girərək, onunla yaşayır.

Onu da qeyd edim ki, mən Əli Təhməzovun nənəsinin erməni olması və ermənilərə bu və ya digər yollarla bağlı olması haqda, hətta ölkə rəhbəri cənab İlham Əliyevə bir neçə dəfə şikayət ərizələri yazmışdım, onun daşıdığı vəzifəsindən azad olunmasını da xahiş etmişdim. Yazıb bildirmişdim ki, damarlarından erməni qanı axan bir kimsənin, kənd həyatında strateji sahəyə rəhbərlik etməsi yəqin ki, yolverilməzdir. Mən ölkə rəhbərimizə minnətdaram ki, gec də olsa haqq öz yerini tapdı. Bəli, bu gün Xan Qərvənd kənd sakinlərinin ümumi qənaəti belədir ki, damarlarından erməni qanı axan bir kimsəyə aramızda yer verə bilmərik, çünki onlardan hər şeyi gözləmək olar.

Onun və atasının atdığı belə bir addımlardan əlavə, şəxsən Əli Təhməzovun özü haqda daha ətraflı məlumatlara malik olduğumdan, bəzi məqamlara da toxunmağı sanki özüm üçün borc bilirəm. Belə ki, o, son vaxtlar bəzi xəbər portallarında şər-böhtan xarakterli açıqlamalar dərc etdirməklə, bir növ özünü sığortalamağa çalışır. Amma, qol qoyduğu əməllərini, atdığı addımlarını heç cür yada salmaq istəmir. Yəni, o, xəbər portallarında şər-böhtan xarakterli məlumatlar dərc etdirsə də, bu gün də nəyəsə nail ola bilmir.

Əli Təhməzovla bağlı onu vurğulayım ki, bu şəxs 1999-cu ildə Mingəçevir Politexnik İnistitunda avtomobillər və traktorlar ixtisası üzrə ali təhsil alıb. İxtisası heç cür uyğun gəlmədiyi halda, onu Goranboy RİH-nin sabiq başçısı yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada uşaqlarla iş üzrə məsləhətçi-psixoloq, ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində baş məsləhətçi, 2006-cı ildə isə, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edir. Əli Təhməzovun ixtisası daşıdığı vəzifəsinə uyğun gəlmədiyinə görə, o, vəzifəsinin öhdəsindən heç cür gələ bilmir. Yalnız İH-i aparatında qəzet və jurnallara abunə yazılanlara nəzarət etsə də, vaxtaşırı əmək intizamının tələblərini pozmaqda davam edir. Buna görə də ona dəfələrlə irad tutulduğundan o, 05 oktyabr 2006-cı il tarixdə daşıdığı vəzifəsindən azad edilmək barədə, rəhbərliyə ərizə ilə müraciət edir. Onun yazmış olduğu ərizəsinin varlığına baxmayaraq, sabiq icra başçısı ona güzəşt edir. Rayon rəhbərliyinin belə bir yanaşmasına əhəmiyyət verməyən Əli Təhməzov, yenə də əmək intizamının tələblərini pozur. Belə olan təqdirdə, 21 oktyabr 2008-ci il tarixdə atdığı addımlarla bağlı ondan yazılı izahat da alınır. Ancaq yenə də onunla bağlı lazımi tədbir görülmür (ərizə və izahat əlavə edilir). Belə bir faktlar, əvvəlki rayon rəhbərliyinin dövründə baş verənlər olur.

Əli Təhməzov məktəblərdə şagirdlərin dərsə davamiyyətinin və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanmasına dair tapşırıqlara məsuliyyətsiz yanaşdığına görə, 25 noyabr 2014-cü il tarixdə, eyni zamanda abunə yazılanlara lazımınca nəzarət etmədiyinə görə 08 iyul 2016-cı il tarixdə töhmət verilir (əmrlər əlavə edilir). Bu şəxs işlədiyi müddət ərzində cəmi bir dəfə Fəxri Fərmanla təltif olunmuşdur. 23 iyun 2009-cu il tarixdə Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə 17 nəfər Fəxri Fərmanla təltif olunur ki, onlardan biri də Əli Təhməzov olur. Göründüyü kimi o, xidməti işlərində fərqləndiyinə görə yox, məhz peşə bayramı günü münasibətilə təltif olunur.


01 aprel 2015-ci il tarixdə xidməti zərurətlə əlaqədar, rayon rəhbərliyinin tapşırığı əsasında Balakürd kənd icra nümayəndəsi vəzifəsi müvəqqəti olaraq Əli Təhməzova həvalə olunur. Az müddətdən sonra onun adı kənddə bir nəfər qadınla hallanır ki, bu da kənd sakinləri tərəfindən ciddi narazılıqla qarşılanır. Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən 2016-cı ilin ikinci yarımilliyi üzrə abunə yazılanların vəziyyəti öyrənilərkən, Xoylu və Xan Qərvənd kənd icra nümayəndəliklərinin də respublika nəşrlərinə abunə yazılmaları məlum olmuşdur. Xan Qərvənd kənd icra nümayəndəsi M.Dəmirov yazılı izahatında qeyd edir ki, rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Əli Təhməzov, dövrü mətbuata abunə yazılmaqla bağlı ondan 55 manat pul alıb. Amma, Əli Təhməzov aldığı pulların varlığına baxmayaraq, abunə qeydiyyatları aparılmadığını göstərmişdir. Bu kimi məsələlərlə bağlı o, Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri M.Ağamalıyeva tərəfindən qəbul edilərkən, M.Dəmirovdan aldığı pulu anası xəstə olduğu üçün xərclədiyini bildirir. Əli Təhməzov xərclədiyi pulları yaxın zamanlarda ödəyəcəyi vədini versə də, bu barədə izahat verməkdən imtina edir. Belə olan təqdirdə M.Dəmirovun və müavin M.Ağamalıyevanın izahatı, habelə Əli Təhməzovun abunə yazıları ilə bağlı vəsait aldığı 3 nəfər icra nümayəndəsinin məlumatları rayon prokurorluğuna göndərilir.

Rayon Prokurorluğundan rayon İcra Hakimiyyətinə ünvanlanan təqdimatda göstərilir ki, Xan Qərvənd, Goranlı, Tatarlı və Əlirzalı kənd icra nümayəndələrindən başqa, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini M.Ağamalıyeva, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İ.Məmmədovun da, Əli Təhməzovun qeyd edilən hərəkətlərə yol verməsini onların da etiraf etmələri göstərir ki, bu şəxs tərəfindən qeyd olunan hərəkətlərə yol verilmiş, dövlət qulluqçularının etik davranış kodeksinin tələbləri pozulmuş, həmkarları ilə olan işgüzar münasibətlərə o, xələl gətirmişdir. Son nəticədə həmkarlarının onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmələrinə, eyni zamanda İcra Hakimiyyəti Aparatında çalışan digər vəzifəli şəxslərinin aparılan araşdırmalara cəlb olunmalarına da səbəb olmuşdur. Rayon Prokurorluğunun təqdimatında xahiş edilmişdir ki, qeyd edilənlər rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında müzakirə olunsun və müvafiq tədbirlərin görülməsi də təmin edilsin. Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Təhməzov Əli Ələsgər oğlunun daşıdığı vəzifəsində qalıb-qalmaması məsələsinə baxılması üçün sənədlər, 03 oktyabr 2016-cı il tarixli 326 nömrəli məktubla, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinə göndərilmişdir. Komitənin müraciəti əsasında Goranboy rayon İcra Hakimiyyəti ilk həmkarlar təşkilatının 13 oktyabr 2016-cı il tarixli iclasında məsələyə baxılmış və Əli Təhməzovun yol verdiyi qanun pozuntularına görə işdə qalması qeyri-mümkün hesab edilmişdir. Qərarın təsdiqi Dövlət İdarələri və İctimai Xidmət İşləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsindən də xahiş edilmişdir.

İlk Həmkarlar Təşkilatında müzakirə zamanı onun işdən azad edilməsinə razılıq verilməsi barədə qərarın yekdilliklə təsdiqi də göstərir ki, Əli Təhməzovun kollektivdə heç bir hörməti və nüfuzu olmayan şəxs olub. Rayon Komitəsinin İcra Hakimiyyətinə ünvanladığı 30 noyabr 2016-cı il tarixli 09 nömrəli məktubunda, ilk həmkarlar təşkilatının 13 oktyabr 2016-cı il tarixli iclasında çıxarılan qərarına, 29 noyabr 2016-cı il tarixdə Komitənin Rəyasət Heyyətində baxılaraq təsdiq edildiyini göstərmişdir.

Qeyd edilənləri nəzərə İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Təhməzov Əli Ələsgər oğlunun işdə qalması qeyri-mümkün hesab edilmişdir. Məsələyə rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən şuranın, 21 dekabr 2016-cı il tarixli iclasında da baxılmışdır. Goranboy rayon Prokurorluğunun təqdimatı, eyni zamanda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqI Goranboy rayon Komitəsinin qərarI nəzərə alIndıqdan sonra, dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol verdiyinə görə, Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əli Ələsgər oğlu Təhməzovun işdən azad edilməsi, rayon İcra Hakimiyyətinin başçısına tövsiyyə edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasının qərarı nəzərə alınaraq, Əli Təhməzova dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol verdiyinə görə, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən, dövlət qulluğundan azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilmiş və həmin Qanunun 33.1.6-cı maddəsinə əsasən, onun dövlət qulluğuna xitam verilmişdir. Əli Təhməzov özünü təmizə çıxartmaq üçün yuxarıda adı çəkilən 4 nəfər icra nümayəndəsinə qarşı iddia ərizəsi ilə, rayon Məhkəməsinə müraciət edir. Məlum məsələdir ki, kimsə birinə pul verərkən, yaxud da alarkən çox zaman həmin şəxsin yanında hansısa şahidi olmur. Rayon Məhkəməsi də bunu əsas götürərək 4 nəfər icra nümayəndəsindən 3-nə cərimə tətbiq edilməsi barədə qətnamə qəbul edir (nümayəndələrdən biri haqqında cərimə tətbiq edilməməsinin özü də sual doğurur). İcra nümayəndələri də çıxarılmış qətnamə ilə razılaşmırlar və yuxarı instansiya məhkəməsinə müraciət etməyə qərarlıdırlar.

Hər kəs məlumatlıdır ki, işlədiyi dövrdə Əli Təhməzova qarşı heç bir qərəzli müvqe tutulmamış, yalnız işdə yol verdiyi nöqsanlarla bağlı ona dəfələrlə irad tutulmuş və vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşması tövsiyyə olunmuşdur. Təəssüf ki, o, bütün bunlardan da heç bir nəticə çıxarmamışdır. Faciə odur ki, Əli Təhməzovla bərabər onun atası Ələsgər Təhməzov da, vaxtaşırı bəzi media orqanlarında rayon icra Hakimiyyətinin başçısı haqqında böhtan xarakterli məlumatlar yaymışdır.

Ələsgər Təhməzov rayon İcra Hakimiyyəti başçısının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları KİV yaydığına görə, onun barəsində xüsusi ittiham qaydasında və 100.000 (bir yüz min) manat mənəvi təzminat ödənilməsi barədə, rayon Məhkəməsində iddia da qaldırılmışdır. Birinci işə rayon Məhkəməsində baxılmış və Ələsgər Təhməzov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, ona aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, bir il müddətə islah işləri cəzası təyin edilmişdir. Təzminatla bağlı iddia isə, hal-hazırda rayon Məhkəməsinin icraatındadır.

Goranboy RİH Aparatının sabiq əməkdaşının “forsmajor” addımları
Goranboy RİH Aparatının sabiq əməkdaşının “forsmajor” addımları
Goranboy RİH Aparatının sabiq əməkdaşının “forsmajor” addımları

Şərhlər

XƏBƏR LENTİ