SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə sakini prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

Gəncə sakini prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

Tarix:

2-08-2017, 10:00

/ 58 392 dəfə oxundu.
Gəncə sakini prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

xalqxeber.az saytının elektron ünvanına Gəncə şəhəri, Əziz Əliyev küçəsi 11-də yaşayan Elçin Məhəmməd oğlu Cavadov tərəfindən ölkə başçsına edilən müraciətin sürəti daxil olub. Oxucuların xahişini nəzərə alıb müraciəti olduğu kimi ixtiyarınıza veririk:

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV cənablarına,

Surəti: “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Cavanşir oğlu Hüseynov cənablarına

Cənab Prezident,mənim Sizə ünvanladığım şikayət məktubuna Azərbaycan Respublikası "Azərsu" açıq səhmdar cəmiyyəti tərəfindən belə bir qeyri-müəyyən cavab göndərilib.

Sizin içməli su təchizatı ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və "Azərsu" ASC-nin sədrinə etdiyiniz müraciətə "Birləşmış Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır.Məlumat üçün bildiririk ki,Əziz Əliyev küçəsində yaşayan əhali və digər abonentlər içməli su ilə ərazidə yerləşən dalma və mərkəzdənqaçmə nasosları vasitəsi ilə təmin edilir.Nasoslarda yaranmış nasazlıq müəssisə tərəfindən bərpa edilərək vətəndaşlara tərtib edilmiş qrafik üzrə su verilir və suyun verilməsi nəzarətdə saxlanılır.

İmza: Direktorun birinci müavini Vəli Həsənov

Cənab Prezident, məlumunuz edirik ki,Gəncə şəhərində içməli su xüsusi su maşınları ilə daşınaraq yaşayış binalarının qarşısında 10 litri 40 qəpiyə satılır və yaxud "Qazel" tipli maşınlarda kanistrlərə doldurularaq 10 litri 40-50 qəpiyə pərakəndə şəkildə satılır.Bizim şikayət etdiyimiz su isə , "Azərsu" rəhbərliyinin ərizəmizə cavabında iddia etdiyi kimi içməli su deyil.Bu artezian suyudur və yüksək codluq dərəcəsinə malikdir.

Digər tərəfdən, bu su ambara vurulur və bu ambarın içərisində isə siçovul leşinə kimi hər şey var.Həmin ambardan isə iki gündən bir, 30 kVt-lıq mərkəzdənqaçma nasosu ilə cəmi 2 saat müddətinə növbə ilə yaşayış binalarına verilir.Əhali isə bu suyu "Aqidel" tipli motorlarla yaşayış binalarının damında olan su çənlərinə vurur və qənaətlə istifadə edir.Bu su içməli su ola bilərmi?

Digər tərəfdən mənim şikayət məktubum tamamilə başqa məzmundadır.

Mənim yazdığım şikayət məktubu aşağıdakı məzmundadır .

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEV cənablarına

Məlumunuz edirik ki,biz Gəncə şəhər,Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən Sizə müraciət edirik,aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib.

Məlumunuz edirik ki, yaşadığımız ərazini su ilə təmin edən artezian motoru 27 ədəd 4 mərtəbəli yaşayış binasına , çoxlu həyət evlərinə,1 universitet binasına xidmət edir.Əvvəllər burada suyu təzyiqlə verən motor 55 kVt gücündə idi.Su idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi.Onsuz da biz su ilə təmin olunmurduq.Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı.Hər bir adam əlavə olaraq "Aqidel" markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla əvəz edib.Hələ üstəlik, yaxınlıqda olan özəl tədris kursu və uşaq baxçası yerləşən binanı,habelə təzə qurulan Gəncə Avropa Parkını da daimi olaraq bu xəttə qoşublar, oradakı su çiləmə qurğuları da bura qoşulub. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir.Bu ambarın içərisində isə antisanitariya hökm sürür.

Yaşayış binalarına su iki gündən bir 2 saat verilir.Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə su birinci mərtəbələrə gəlmir ki,heç olmasa "Aqidel" nasoslarından istifadə edib su götürək.Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən, dəfələrlə su maşınları gətirib çənə su vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır. Xahiş edirik ki,ərazini su ilə təmin edən mərkəzdənqaçma nasosunun yenidən 55 kVt-lıq qoyulması üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz .

Hörmətlə, Elçin Məhəmməd oğlu Cavadov

Ünvan: Gəncə şəhəri,Əziz Əliyev küçəsi,11

xalqxeber.az
Gəncə sakini prezident İlham Əliyevə MÜRACİƏT ETDİ
Gəncə sakini prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

Şərhlər

XƏBƏR LENTİ