SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəranı niyə qaranlığa qərq ediblər? - İşıq idarəsinin “yağlama” əməliyyatı

Lənkəranı niyə qaranlığa qərq ediblər? - İşıq idarəsinin “yağlama” əməliyyatı

Tarix:

1-08-2017, 16:33

/ 59 605 dəfə oxundu.
Lənkəranı niyə qaranlığa qərq ediblər? - İşıq idarəsinin “yağlama” əməliyyatı

Lənkəranda regional elektrik şəbəkə ilə abonentləri arasında qalmaqal yaranıb.

Müraciət edən şəhər sakinləri ələ salındıqlarını bildiriblər. Rayonda elektrik enerjisinin ciddi problemə çevrildiyini bildirən şikayətçilər qeyd ediblər ki, əvvəllər həftə sonu, yəni şənbə və bazar günləri Lənkərana elektrik enerjisi fasilələrlə verilirdisə, indi həftənin bütün günləri əhali müxtəlif saatlarda enerji üzünə həsrət qalır: "Yenə giley-güzarımız daha çox qaranlığa qərq edilən 9-cu xətlə bağlıdır. Rayonun ən böyük abonent tutumu olan bu xəttini sanki işıqfora qoşublar. Hər gün söndürülən bu xəttin acınacaqlı taleyi haqlı abonentləri düşündürməyə vadar edir. Yerli sakinlər 3 gündür bu anoloji vəziyyətlə bağlı son ümid yeri kimi Lənkəranda fəaliyyət göstərən yerli televiziyaya üz tutublar. Məsələ ilə bağlı düzgün informasiya əldə etmək üçün televiziyaya müraciət edən insanlara verilən cavab daha da acınacaqlı olub. Elektrik Şəbəkə əməkdaşları media nümayəndələrini belə özlərinin "açılma, yağlanma” adlandırdıqları "daxili təmir işləri”ni çəkməyə icazə vermirlər. Əgər köhnə avadanlıqlar əsaslı təmir edilirsə, açılma və yağlanmalar olursa, niyə də əhali onları görməməlidir? Bu gizli qalan "bərpa işləri”nin arxasında həqiqi baş verənləri bilmək heç də çətin deyil”.

Lənkəran sakinləri əlavə edib ki, aidiyyəti qurumun belə özbaşınalığı əhalinin ciddi şəkildə hiddətlənməsinə səbəb olur: "Əhalini bu istidə işıqla sınağa çəkənlər hansı məsuliyyət daşıdıqlarını yaxşı bilirlər. Müəmma və sirli "yağlama” əməliyyatının arxasında dayanan gizli məqsədlər inanırıq ki, tezliklə onların sonuna çıxacaq. Bununla da Lənkəranın üzərindən qara buludlar çəkiləcək, işıqlı abonentlərin mənzillərində işıq problemi öz həllini tapacaq”.

BakuPost.az

Şərhlər

XƏBƏR LENTİ