SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirin icra başçısından 1-ci Vitse-prezidentə şikayət ÜNVANLANDI

Şəmkirin icra başçısından 1-ci Vitse-prezidentə şikayət ÜNVANLANDI

Tarix:

31-07-2017, 09:28

/ 59 938 dəfə oxundu.
Şəmkirin icra başçısından 1-ci Vitse-prezidentə şikayət ÜNVANLANDI

"Hörmətli Mehriban xanım, Sizə müraciət edən bizlər, Şəmkir rayonunun sakinləri və sadə zəhmətkeşlər, Sizdən Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov və onun əlaltıları barədə tədbir görmənizi xahiş edirik". Bu sözlər daxil olmuş və ölkənin 1-ci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış şikayət məktubunda yer alıb. Məktubda deyilir:

"Vergilər naziri Fazil Məmmədovun ölkə büdcəsini talamaq sxemlərindən biri olan və çirkli pulların yuyulması mərkəzinə çevrilən Şəmkir rayonunda özbaşınalıq tüğyan etməkdə davam edir. Fazil Məmmədovun sevimli kadrlarından olan, Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov rayonda əsl korrupsiya sistemi qurub. Şəmkirdən Gədəbəyə qədər uzanan bütün tikilməkdə olan obyektlərə nəzarət edən vergilər sisteminin kadrı olan Alimpaşa Məmmədovun keçmişi tamada olub. Alimpaşa Məmmədov bahalı, qiyməti yüz min avro ilə ölçülən Audi A8 markalı lüks avtomobili ilə seçilir. Şəmkir rayonunda fəaliyyət göstərən Şəmkir Aqropark kompleksinin də havadarı Alimpaşa Məmmədovdur. Şəmkir Aqropark kompleksinin rəhbərliyində təmsil olunan Vəkil Süleymanov birbaşa Alimpaşa Məmmədovun korrupsioner və cinayətkar sxemində iştirak edir. Kompleksin tikinti işlərində ciddi nöqsanlara yol verərək külli miqdarda yeyintilərlə özünə sərvət toplamış Vəkil Süleymanov hal-hazırda Gədəbəy rayonunda tikilən Heydər Əliyev Mərkəzinin tikintisinə rəhbərlik edir. Bu mərkəzin tikintisindən əldə olunan pullara Vəkil Süleymanovun hansı sərvət toplayacağı maraq doğurur. Fazil Məmmədovun Şəmkirdəki səlahiyyətli nümayəndəsi olan Vəkil Süleymanovun rəhbəri olduğu obyektlərdə külli miqdarda maliyyə pozuntuları və korrupsiya halları baş verir. Hal-hazırda fəaliyyəti dondurulmuş Şəmkir Aqropark layihəsinin də iflasa uğramasının səbəbkarı kimi Vəkil Süleymanov göstərilir. Vəkil Süleymanov tərəfindən kompleks işçilərinin əmək haqqlarının verilməməsi, müddətin uzadılması və işçilərin ixtisar edilməsi göstərişi verilib. Kompleks rəhbərliyinin Vəkil Süleymanovla apardığı danışıqlardan belə məlum olub ki, Vəkil Süleymanov Şəmkir Aqroparka çatacaq pulları şəxsi məqsədləri üçün istifadə edəcək. Şəmkir Aqropark kompleksində vaxtilə işləmiş işçilərin dediyinə görə onlar hələ də kompleksdən öz əmək haqqı borclarını ala bilməyiblər. Şəmkir Aqropark kompleksinden aldığımız məlumata görə hal-hazırda kütləvi ixtisarlar gözlənilir. Alimpaşa Məmmədovun və Vəkil Süleymanovun cinayətkar korrupsioner əməllərindən həm dövlət büdcəsi zərər görür, həm də sadə xalq əziyyət çəkir. Xahiş edirik, öz müdrik qərarınızı haqq və ədalət naminə elan edin!"

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ