SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Dövlət Filarmoniyasındakı saxtakarlıq - Belə deyirlər...

Gəncə Dövlət Filarmoniyasındakı saxtakarlıq - Belə deyirlər...

Tarix:

31-01-2017, 08:59

/ 2 815 dəfə oxundu.
Gəncə Dövlət Filarmoniyasındakı saxtakarlıq - Belə deyirlər...

Ötən yazılarımızda Gəncə Dövlət Filarmoniyasındakı qanunsuzluqlarla bağlı bir neçə dəfə yazı dərc etmişik. Bu yazılarda GDF-dəki müxtəlif neqativ hallardan - filarmoniyada rüşvətin baş alıb getməsindən, qohumbazlıq prinsipindən, ümumiyyətlə bu elm ocağında qeyri-sağlam təhsil mühitinin hökm sürməsindən bəhs etmişdik. Gəncə Dövlət Filarmoniyasındakı qanunsuzluqlarla bağlı araşdırmalarımızı davam etdirdik. Araşdırmalar zamanı bir sıra ciddi qanun pozuntuları ilə bağlı məlumatlar əldə etdik. Bu yazıda da elə həmin məlumatlardan bəhs edəcəyik. Söhbət nədən gedir? Ötən saylarımızda Gəncə Dövlət Filarmoniyasında adı gedən, lakin işə gəlməyən “ölü canlar”ın olduğu barədə bildirmişdik. Bəllidir ki, bu tip qanunsuzluqlar büdcədən maliyyələşən bir çox dövlət qurumlarında, xüsusən də təhsil və səhiyyə müəssisələrində baş alıb gedir. Belə müəssisələrin rəhbərləri müxtəlif adamları işçi kimi işə götürür, lakin həmin adamlar işə çıxmır, onların adına yazılan maaşlar isə rəhbərlik tərəfindən mənimsənilir. Özü də bir çox hallarda belə vətəndaşların “işə götürüldüklərindən” xəbərləri belə olmur. Yaxud da idarə və müəssisə rəhbərləri bu cür dövləti cinayətin üstünün açılmaması üçün müvafiq vəzifələrə etibar etdikləri şəxsləri, öz yaxın qohum-əqrəabalarını təyin edirlər. Belə “ölü canlar” hər yerə olduğu kimi, Gəncə Dövlət Filarmoniyasında da kifayət qədədrdir. Maraqlısı isə odur ki, bu yaxınlarda Gəncə Dövlət Filarmoniyasında "ölü canlar"dan biri dirilib. Fəaliyyətindən yalnız Şahnaz Haşımovanın və özünün məlumatı olan Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva həm də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dirijor imiş. Onun dirijor olmasını filarmoniyanın işçiləri yalnız ötən ilin payızında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələn yoxlama zamanı bilib. Daha bir ilginc məlumatsa filarmoniyada fəaliyyət göstərən xalq çalğı alətləri və kamera orkestrinin hər ikisinin dirijoru olduğu halda Gülçin Mirzəyevanın hansısa mövcud olmayan orkestrin dirijoru olmasıdır. Daha dəqiq desək, Filarmoniyaya direktor təyin olunmazdan əvvəl Gəncədəki, musiqi kollecinin direktoru olan G.Mirzəyeva korrupsiyaya əl ataraq, eləcə də filarmoniyada adı gedərək dirijor ştatının maaşını alırmış. Necə olub ki, Gəncə filarmoniyasındakı korrupsiya faktlarından ən başlıcasında adı gedən bu xanımı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev filarmoniyaya direktor təyin edib? 2015-ci il may ayının 10-da Gəncədə mərhum Azərbaycan prezidenti Heydər Əliyevin ad günündə - "Gül bayramı" zamanı simfonik orkestrə drijorluq edərək bütün ictimaiyyəti, əlalxüsus da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi, o cümlədən tədbirdə iştirak edən qonaqları aldadaraq Niyazi adına simfonik orkestrin "Koroğlu" üverturasından parçalar səsləndirən Gülçin Mirzəyeva hazırda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub. Həmin tədbirdə Gəncə filarmoniyasının musiqiçilərindən ibarət orkestri diqqətlə dinləyən mütəxəssis rəyçilər həmin ifada simfonik orkestrə məxsus bəzi müsiqi alətlərinin - qoboy , fleyta, litavra kimi musiqi alətlərinin olmamasını görürdü. Lakin səslənən musiqidə bu alətlərin də səsi vardı.
Heydər Əliyevin ad günü münasibəti ilə səslənən "Koroğlu" üverturasını dinlənyənlər arasında musiqiçilər vardı və onlar nə baş verdiyini başa düşürdülər. Daha dəqiq desək, onlar üverturanın məhz gəncəli musiqiçilərin canlı ifa etmədiyini fərqində idilər. Səslənən musiqi Niyazi adına orkestrin fanoqraması idi. Bunu bəlkə də orada hamı anlayıb. Ancaq etirazını keçirilən tədbirə hörmət əlaməti olaraq boğub. Belə bir plagiatlıq, saxtalaşdırma daha sonra ötən ilin son ayında yenəd ə Gəncədə keçirilən " Şərab festivalı" zamanı təkrar olunub. Belə ki, xarici qonaqlar daxil olmaqla tədbir iştirakçılarına Gəncə filarmoniyasının simfonik orkestri adından təqdim olunan konsert proqramında eyni hal baş verib. Bu dəfə isə Gəncə Dövlət Filarmoniyasının dirijoru olan Gülçin Mirzəyeva orkestrdə adam sayı çox olsun deyə, orkestrin tərkibinə saz ifaçısı qatıb. Dahi Üzeyir Hacıbəyovun "Koroğlu" üverturasında tardan istifadə olunsa da , sazdan istifadə olunmayıb. Bəlkə bu simfoniya ilə xalq musiqisinin sintezi olub? Musiqiçi rəyinə əsaslanaraq deyə bilərik ki, musiqi aləmində heç bir zaman simfonik orkestrin tərkibində saz alətindən istifadə olunmayıb. P.S. Musiqi rəyi bir yana, əgər Gəncədə Heydər Əliyevin əziz xatirəsinə həsr olunan möhtəşəm bir tədbirdə GDF rəhbərliyi belə bir saxtakarlığa əl atırssa, görün onda başqa məsələlərlə bağlı vəziyyət nə dərəcədə dramatikdir. Burası sözün qurtaran məqamıdı.

Şərhlər

XƏBƏR LENTİ