SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda təxribat hazırlanıb

Göyçayda təxribat hazırlanıb

Tarix:

28-07-2017, 10:19

/ 97 476 dəfə oxundu.
Göyçayda təxribat hazırlanıb

“Təxribat” sözünü işlətməkdə məqsədim heç də bu halın olmasını arzu etmək deyil, əksinə bu işdən çoxlu sayda vətəndaşın ziyan çəkəcəyini ehtimal edərək ölkə başçısı səviyyəsində bu işin qarşısının vaxtında alınmasıdır. Əldə oluna məlumata görə Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə yaxın 3 gündə bir neçə məmurun idmançı dəstə ilə “AVA-N” MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarına hücum edilməsi, qapılarının bağlanması və müqavimət göstərən və göstərməyə cəhd edənlərin həbs olunmasına sifariş verib. Göyçay Rayon Polis Şöbəsi ilə razılaşdırılmış bu məsələdə polis əməkdaşları asayiş pozulmayana qədər vəziyyəti kənardan müşaiət edəcəklər. Hər hansı qarşıdurma yaranacağı təqdirdə dərhal həmin şəxslər barəsində qanunamüvafiq ölçü götürecekler.. Sual olunur nəyə görə sadə vətəndaşlar qarşıdurmaya təhrik olunub sonra da həbsə alınmalıdır? Biz nə vaxta qədər “toxun acdan xəbəri yoxdur” prinsipi ilə mübarizə aparacağıq?
Verilmiş sifarişlərdən aydın olur ki, məmur və idmançı dəstəyə şərait yaradılacaq ki, qanunsuz olaraq 400-dən artıq sahibkara və onların iş fəaliyyətinə zor gücünə də olsa təzyiq göstərilsin. Qarşıdurma zamanı da hüquq-mühafizə orqanları əzilən, hüququ pozulan sahibkarlara qarşı “Qanunu” əsas götürüb guya ki, tədbirlər görmüş olacaqlar. Hər kəsə aydındır ki, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan satıcılar hər gün üçün 5-10 manat pul qazanaraq ailələrini zorla dolandıra bilirlər və onlar öz çörəkləri üçün nəinki icra başçısının tapşırıqlarına heç yuxarı səvyyədə də olan tapşırıqlara məhəl qoymayacaqlar. Bu cür xoşagəlməz hadisələrə respublikanın bir çox yerlərində rast gəlinib və hər zaman da əziyyət çəkən kasıb və sadə vətəndaşlar olub. Həmçinin təşkil olunan bu işin tam mənasında qanunvericilikdən kənar formada reketlik məqsədilə edildiyi və ediləcəyi faktları ortadadır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, baş verəcək qarşıdurma cəhdi artıq 3-cü dəfə və daha ciddi formada olacaq.
İyulun 5-də saat 11:30 radələrində Göyçay RİH-nin şəhər üzrə ərazi nümayəndəsi Rəşad Şükürov başına bir dəstə məmur toplayaraq "AVA-N" MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarına qanunsuz daxil olmaqla kiçik sahibkarlara təqzyiq və təhdidlər göstərib. Onlardan tələb olunub ki, "yığışın gedin Cəyirli kəndində olan bazara, burada satışa icazə vermirik". Bazarda olan satıcılar onlara qarşı edilən qanunsuz və haqsızlığa etiraz olaraq qarşıdurma həddinə gəlib çıxıblar. Orada söyüş, qarğış və səs-küy aləmi bürüyüb. Satıcıların iğtişaş törədəcəyi ehtimalını hiss edən bazar rəhbərliyi və işçiləri satıcıları sakitləşdirərək bazara gələn məmur dəstəsini qanuna hörmət etməyə çağırıb. Onların özbaşına hərəkətlərinin xoşagəlməz hallara gətirib çıxaracağı izah olunub. Odur ki, xahiş edilib ki, hər nə işiniz varsa bunu Qanunvericilikdə müəyyən olunmuş qaydada edin ki, insanların hiddətinə səbəb olmasın. Qeyd edim ki, bu cür xoşagəlməz hallar artıq 3 aya yaxın müddətdir ki, davam etdirilir.
Baş verən qarşıdurmalara görə bazar rəhbərliyi zərbə altında qalmamaq üçün nə qədər vəziyyəti sakitləşdirməyə çalışsa da hər dəfə məmurlar tərəfindən yeni təzyiq metodları seçilir. Təxminən 1 ay əvvəl gecə saat 02:30 radələrində də Göyçay RİN-nin nəzdində olan Sanitar Təmizlik İdarəsinin rəisi Loğman Əliyev, şəhər bələdiyyəsinin sədri Cavid Rəhimov və başqa bir neçə məmur başlarına idmançı dəstə yığaraq bazara qanunsuz hücum çəkmiş, bazarın giriş-çıxış qapılarını avtomobillərlə kəsmiş, satıcılara təzyiq etmişdilər. Satıcıların hiddətini və ciddi müqavimətlərini görən dəstə dərhal qaçaraq həmin ərazini tərk etməli olmuşdu. Həmin vaxt da bazar işçiləri vaxtında satıcıları sakitləşdirib nizam-intizama dəvət etməsəydi, yenə rüsvayçı bir hal ortaya çıxmış olardı. Baş verənlər barədə həmin gün DİN-nə rəsmi məlumat verilib araşdırılması xahiş olunmuşdur.
Hüquq müdafiəçisi olaraq ölkə rəhbərliyindən xahiş və tələb edirəm ki, əhalinin kasıb təbəqəsindən olan kiçik sahibkarlara və digər cəmiyyət işçləriinə qarşı yaranacaq təhlükənin qarşısını vaxtında alsınlar. İmkan verməsinlər ki, bir neçə məmurun “Firon”luqları səbəbindən 100-lərlə ailənin həyat şəraiti pisləşin və onlar işsiz göz yaşları içində qalsınlar.

Taleh Xasməmmədov

Şərhlər

XƏBƏR LENTİ