SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhmədzadənin Ucardakı adamından Qarabağ qazisinə qarşı vandallıq

Əhmədzadənin Ucardakı adamından Qarabağ qazisinə qarşı vandallıq

Tarix:

28-07-2017, 10:12

/ 97 406 dəfə oxundu.
Əhmədzadənin Ucardakı adamından Qarabağ qazisinə qarşı vandallıq

Ucarın Qulabənd kənd sakini, Qarabağ müharibəsi veteranı Beydullayev Sədrəddin Firuddun oğlu müraciət edib; Qarabağ qazisi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən şikayətçidir...
O, ASC sədri Əhməd Əhmədzadəyə ünvanladığı şikayətdə bunları qeyd edib: “Sizə bildirmək istəyirəm ki, ASC-nin Ucar rayonu Qulabənd kəndi üzrə su təsərrüfatını idarə edən əməkdaşınız Hüseynov Səbuhi Soltanəli oğlu vəzifəsindən sui-istifadə edərək bizim və əlavə beş ailənin su bərəsini dağıdıb.
Səbəbi isə bizim istifadə etdiyimiz suya görə olan borcumuzdur. Borcumuz var, lakin bu Hüseynov Səbuhi hansı hüquqla, qanunla bu səlahiyyətə malikdir ki, bu qızmar istidə 25 nəfərin suyunu kəssin?
Siz, cənab Əhməd Əhmədzadə, ona belə səlahiyyət vermisiniz? O, bizə “hara şikayət edirsiniz edin” deyir. Xahiş edirəm bu acınacaqlı problemi təcili araşdırıb, həll edəsiniz”.
Əhmədzadənin adamları Ucarda qoçuluq edirlər. Ucar Suvarma Sistemləri İdarəsinin müdiri əməlli-başlı meydan sulayır.
Rayonun Ləki kənd sakinləri susuzluqdan əziyyət çəkən təsərrüfat sahibləri özləri ilə bərabər mal-qaralarını və yeni əkilmiş kənd təsərrüfatı məhsullarını suvarmaq üçün də, pulla su almalı olurlar.
Rayonun Müsüslü, Qulabənd, Alpoud, Qazyan, Lək, Xalac və digər kəndlərində susuzluqdan təsərrüfatlat tamamilə məhv olub. Kəndlilər min-bir əziyyətlə əkib becərdikləri əkin sahələri, qoruqları susuzluqdan məhv olub.
21-ci əsirdə Ucar rayon kəndlərinə su zülmü yaşadan Həsən Qasımov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talayaraq böyük bir var-dövlətə səltənətə sahib olub.
Ucar Suvarma Sistemləri İdarəsində adları işdə gedən ancaq özləri işdə olmayan maaş kartları isə Həsən Qasımovun cibində olan " işçilər" çoxlu saydadır.
Həmin şəxslər iş stajı yazılması üçün adlarını işə yazdırıb maaşlarının rəis Həsən Qasımıov tərəfindən götürülməsinə razılaşıblar.
Ucar Suvarma Sistemləri İdarəsinə məxsus 4 ədəd təzə "Hunday" markalı texnika ancaq özəl işlərə cəlb edilib. Bu da Həsən Qasımova pul qazandırır.
Əhalinin su təminatının yaxşılaşdırmaq üçün lildən təmizləmə, torpaq bərkitmə, qazma, beton kanallarının, nasos stansiyalarının, hidrotexniki qurğuların əsaslı təmiri adı ilə hər il dövlət büdcəsindən ayrılan küllü miqdarda pulu təyinatı üzrə xərcləmədən talan edən Həsən Qasımov 35 il rəisi olduğu bu idarənin fəaliyyətini tamam iflic edib

Şərhlər

XƏBƏR LENTİ