SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağstafada çayı kim özəlləşdirib? - "...örüş sahəsi sənədsiz olaraq zəbt edilib"

Ağstafada çayı kim özəlləşdirib? - "...örüş sahəsi sənədsiz olaraq zəbt edilib"

Tarix:

26-07-2017, 16:58

/ 80 935 dəfə oxundu.
Ağstafada çayı kim özəlləşdirib? - "...örüş sahəsi sənədsiz olaraq zəbt edilib"

Ağstafa rayonunun Poylu kənd sakinləri ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrinin bir neçə şəxs tərəfindən zəbt olunduğunu iddia edirlər.

Xəbərə görə, kənd sakinləri heyvandarlıqla məşğul olmalarına baxmayaraq, örüş torpaq sahələri əllərindən alınıb.

Poylu kənd sakini Elxan Qasımov bildirib ki, heyvanlarının örüşə çıxış yolunu fermer Qurban Yusibov zəbt edib: “O, hər tərəfi bağlayıb. Heyvanlarımızı örüşə çıxara bilmirik”.

E.Qasımov qeyd edib ki, Qurban Yusibov Ağstafa çayına gedən yolu da bağlayıb: “Biz Ağstafa çayının suyundan istifadə edə bilmirik. Çayın qırağında Qurban Yusifovun ferması var. O, çaya gedən yolu bağlayıb. Heyvanlar çayda su içirdi, özümüz də çimirdik. Lakin indi buna əngəllər qoyulub”.

Kənd sakini Elmar İsmayılov iddia edir ki, həmin torpaqlar Qurban Yusibova icarə əsasında verilib: “Bizə Şəmkir reginaldan sənəd göndəriblər ki, Poylu kənd sakinlərinə məxsus olan həmin torpaqlar kənd bələdiyyəsinin 2002-ci il qərarı ilə yem bitkilərinin əkilməsi məqsədi ilə Qurban Yusibova 15 il müddətinə icarəyə verilmişdi. Müqavilənin müddətinin isə 2017-ci ilin yanvar ayında başa çatacağı qeyd edilib. Qurban Yusibov yenidən kənd bələdiyyəsinə bununla bağlı ərizə ilə müraciət etsə də, onun müqaviləsinə xitam verilib. O, sözügedən torpaq sahəsinə taxıl səpdiyi üçün, taxıl biçininə qədər həmin torpaq sahəsinin onda müvəqqəti olaraq qalmnası barədə qərar çıxarılıb. Hazırda taxıl da biçilib, amma buna baxmayaraq, kənd sakinlərinin örüş sahəsi isə sənədsiz olaraq zəbt edilib. Oranı indi də traktorla əkdirib, bir azdan da qarğıdalı səpdirəcək”.

Ağstafa rayon icra başçısının müavini Aydın Hacıyev bildirib ki, Poylu sakinlərinin sözügedən narazılığından xəbərdardırlar: “Onlar icra hakimiyyətinə dəfələrlə müraciət ediblər və biz də hər dəfə cavablandırımışıq. Əslində, o kənddə heç bir problem yoxdur. Poylu kənidinin 500 hektardan artıq örüş sahəsi var. Həmin sahələr də heç kimə icarəyə verilməyib və kənd sakinlərinin istifadəsindədir. Sadəcə olaraq, əvvəlki illərdə orada bir nəfər fermer təsərrüfatı yaradıb. Onların narazılığı da bununla bağlıdır. Yəni sakinlərlə onun arasında münaqişə var, narazılıqları da onunla bağlıdır. Dəfələrlə mən özüm, digər müavinlər, şöbə müdirləri orda olaraq məsələni araşdırmışıq. Əslində orada heç bir problem yoxdur”.

Bizimyol

Şərhlər

XƏBƏR LENTİ