SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulidə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın qorunması uğurla həyata keçirilir

Füzulidə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın qorunması uğurla həyata keçirilir

Tarix:

25-07-2017, 11:00

/ 64 372 dəfə oxundu.
Füzulidə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın qorunması uğurla həyata keçirilir

İnsan amili ekoloji təmizlikdən, ətraf mühitin qorunmasından çox asılıdır. Son illər Füzuli rayonunun işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərində həyata keçirilən təmizlik, səliqə-səhman, abadlıq-quruculuq işləri də məhz bu məqsədə xidmət edir. Rayonda bu yöndə həyata keçirilən işlər kənd və qəsəbələrin daha da gözəlləşməsinə, sosial infrastrukturların müasirləşdirilməsinə imkan yaradır. Horadiz şəhərində və digər yaşayış məntəqələrində əkilən minlərlə ağac və gül kolları, həyata keçirilən təmizlik, abadlıq-quruculuq işləri bu yerlərin ümumi görkəmini son dərəcə dəyişib, artıq bu yerlərə gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin ən əsası isə təmizliyin şahidi olurlar. Xüsusi ilə son 6 ildə rayon ərazisində, magistral və kəndarası avtomobil yolarının kənarlarında əkilən on minlərlə ağaclar, salınan park və xiyabanlar rayonun ekoloji təmizliyinə böyük fayda verməkdədir.

xalqxeber.az xəbər verir ki, son altı il ərzində rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə on minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilmişdir. Son altı il ərzində rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100000 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilmişdir. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir.

Füzulililər Prezident cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinini daim diqqət mərkəzində saxlayırlar.

Rayonda təbiətin ağ ciyərləri hesab olunan yaşıllıq zolaqlarının genişləndirilməsi, park və xiyabanların salınması, yeni ağac və gül kollarının əkilməsi işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir.
Füzulidə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın qorunması uğurla həyata keçirilir
Füzulidə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın qorunması uğurla həyata keçirilir
Füzulidə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın qorunması uğurla həyata keçirilir

Şərhlər

XƏBƏR LENTİ