SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elmar Vəliyev Vidadi Zeynalova görə xərcə düşüb - İDDİA

Elmar Vəliyev Vidadi Zeynalova görə xərcə düşüb - İDDİA

Tarix:

25-07-2017, 10:43

/ 62 518 dəfə oxundu.
Elmar Vəliyev Vidadi Zeynalova görə xərcə düşüb - İDDİA

Məlum olduğu kimi, dövlətə vurduğu ziyanın müqabilində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov 10 milyon manata yaxın pulu geri qaytardıqdan sonra vəkilləri onun barəsində bəraət hökmünün verilməsinə çalışırlar.

Onu da qeyd edək ki, daxil olan məlumatlarda Vidadi Zeynalov tərəfindən geri ödənilən pulların toplanmasında sabiq aparat rəhbərinin yaxınlarının kifayət qədər əziyyətə qatlaşdığı iddia olunur.

Bununla bağlı redaksiyamıza daxil olan xəbərdə deyilir: "Yaxınları sabiq aparat rəhbərinin ölkədəki və ölkə kənarındakı əmlaklaının satışını təşkil etməklə yanaşı, həm də pulun toplanmasında da iştirak ediblər".

Məlumatlı mənbəyə görə, bu əziyyətə qatlaşanlar arasında kifayət qədər tanınmışşəxslər də var ki, onlardan biri də sabiq aparat rəhbərinin xalası oğlu - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Mənbənin bu barədə söylədikləri: "Elmar Vəliyev təxminən 1 milyon manata yaxınn qatqıda bulunub".

Bütün bu iddia olunanlarla bağlı maraqlı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ