SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdamda "Qarabağ" şüarı ilə AKSİYA - VİDEO

Ağdamda "Qarabağ" şüarı ilə AKSİYA - VİDEO

Tarix:

28-01-2017, 13:17

/ 2 444 dəfə oxundu.
Ağdamda "Qarabağ" şüarı ilə AKSİYA - VİDEO

Dünən Ağdam sakinləri aksiya keçirib. Amma nədənsə bu aksiya "ağdamlıların sosial tələbi" başlığı ilə təqdim olunub və hətta "yutub" kanalına belə bu başlıqla yerləşdirilib.

Lakin videonu izlədikdə aşkar şəkildə görünür ki, etiraz edənlərin bir şüarı var: "QARABAĞ!" Bu isə o deməkdir ki, əslində narazı sakinlər Qarabağ probleminin həlli ilə bağlı narahatçılıqlarını ifadə edirmiş kimi görünürlər. Bu da anlaşılandır. Çünki son günlər cəbhə xəttində vəziyyət gərginləşib və hazırda bir əsgərimizin nəşi düşmən əlindədir ki, erməni tərəfi öz çirkin xislətinə uyğun davranaraq hətta meyitdən belə qisas almağa çalışdığını bir daha ortaya qoyur. Bunun isə təkcə ağdaçlılarda yox, bütün ölkə vətəndaşlarında, həmçinin dövlət rəhbərliyində ciddi narahatçılıq yaratdığı şəkksizdir.

Həmin videonu təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ