SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Biləsuvar icra başçısının qadın müavini küçədə döyüldü

Biləsuvar icra başçısının qadın müavini küçədə döyüldü

Tarix:

24-07-2017, 10:53

/ 41 087 dəfə oxundu.
Biləsuvar icra başçısının qadın müavini küçədə döyüldü

Biləsuvar rayon İcra Hakimiyyətinin müavini Xəyalə Qəmbərova döyülüb. Bu barədə rayondakı mənbədən məlumat daxil olub
Məlumatı verən mənbə bildirir ki, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin mudiri Xəyalə Qəmbərova ləğv olunmuş “Zamin Bank”ın rayon şöbəsinin müdiri (ad və soyadını dəqiqləşdirə bilmədik – red.) tərəfindən döyülüb. İddiaya görə, bank müdiri ilə aralarındakı tanışlıqdan yararlanan Xəyalə Qəmbərova onun evini öz adına keçirib. İndi isə geri qaytarmaq istəmir.
Bundan qəzəblənən bank müdiri bir neçə gün əvvəl küçənin ortasında Xəyalə Qəmbərovanı döyüb. Xanım məmur bu barədə polisə müraciət edib. İş hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Məlumatı verən mənbə bildirir ki, bu Xəyalə Qəmbərova ilə bağlı yeganə problem deyil. İcra başçısının müavininin rayonda bir neçə adama böyük məbləğdə borcu var. Borc sahibləri pullarını geri ala bilmirlər.
Məsələni dəqiqləşdirmək üçün Biləsuvar rayon Poliş Şöbəsinə müraciət etdik. Şöbənin növbətçi hissəsindən bildirdilər ki, onlarda bu barədə məlumat yoxdur.
Xəyalə Qəmbərova və hadisədə adı çəkilən bank müdirinin özü ilə əlaqə saxlaya bilmədik. İcra Hakimiyyətinin nömrələrinə isə cavab verən olmadı. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, Xəyalə Qəmbərova 2014-cü ilin 10 fevralında icra başçısının müavini təyin edilib. O, bundan əvvəl Bakıda yaşayıb, seçki komissiyasında çalışıb, hətta 2012-ci ildə “İlin yaxşı müəllimi” müsabiqəsində qalib olub. 2013-cü ilin 3 oktyabrında isə prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

“Qaynarinfo”

Şərhlər

XƏBƏR LENTİ