yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Göyçayda təxribat: Başçının bağladığı ASC-nin avtobusları yandırıldı

Göyçayda təxribat: Başçının bağladığı ASC-nin avtobusları yandırıldı
24-07-2017, 09:36 60 281 dəfə baxılıb

Son 1 həftə ərzində "Göyçay-Avtonəqliyyat" ASC-nin ərazisində 1 “ikarus” və 1 avtobus yandırılıb
Bu məlumatı hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb.
Avtobusların yandırılması müəmmalara və şübhələrə yol açıb. Son zamanlar ASC rəhbərliyi ilə Göyçayın icra başçısı Mehdi Səlimzadə arasında yaşanan münaqişə avtobusların məqsədli şəkildə yandırılması ehtimalı yaradıb.
Cəmiyyətin rəhbəri Arif Əliyev deyib ki, 16 iyun 2017-ci il tarixdən onlara heç bir rəsmi məlumat verilmədən qanunvericiliyə uyğun fəaliyyət göstərən 112 nəfər səhmdarı və 30 nəfər işçisi olan "Göyçay-Avtonəqliyyat” ASC qapadılıb.
Onun dediyinə görə, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin şəxsi maraqları və prinsiplərindən irəli gələn qanunsuz müdaxilələr göstərilməsi səbəbindən nəqliyyat xidmətinin fəaliyyəti dayandırıldı.
Avtobusların yandırılması işi ört-basdır olunub və guya nasaz nəqliyyat vasitələrinin mühərriki qəfildən alışıb. Ancaq rayonda gəzən söz-söhbətə və ASC rəhbərliyinin şübhələrinə görə, bu məsələdə təxribat izi var.
Maraqlıdır ki, Ziya Məmmədova yaxın olan, hazırda Dövlət Nəqliyyat Departamentinin rəisi olan Musa Pənahovun tapşırığı əsasında Bakı şəhərindən Göyçay rayonuna departamentə məxsus bir neçə xidməti avtomobillə “reket” dəstəsi göndərilib.
Həmin dəstə ilə sürücülərə qanunsuz olaraq təzyiq və təhdid göstərək onların marşrut xətti üzrə hərəkətlərinə mane olurlar.
Onlara ciddi tapşırıq veriblər ki, tabeçilik göstərməyən sürücülər barəsində hər-hansı bəhanə ilə cərimələr tətbiq edilsin.
Yuxarı dairələlərdən, aidiyyatı qurumlardan heç kim maraqlanıb soruşmur ki, “bu cür qanunsuz işlərə onları kim vadar edir, məqsədləri nədir.
Göyçayda baş verən xoşa gəlməz hadisələrin əsas səbəbi kimi Göyçay RİH-nin başçısı Mehdi Səlimzadəyə yaxın olan icra hakimiyyətinin hüquqşünası Camal Paşayevin və onun şəriyi Sənan Şirəliyevin yuxarı orqanlara müraciət edərək qismən razılıq əldə etmələridir. Həmçinin, icra nümayəndəsi Rəşad Şükürov və dəstəsi ASC-yə qarşı düşmənçilik aparır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yandirildi, texribat, avtobuslari, bagladigi, Bashchinin, Goychayda, ASC nin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ