yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sadə, israfsız, islami qaydalara uyğun - Füzulidə yas mərasimləri

Sadə, israfsız, islami qaydalara uyğun - Füzulidə yas mərasimləri
21-07-2017, 11:18 113 977 dəfə baxılıb

2014-cü ildən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda yas mərasimlərinin, ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən islami qaydalara uyğun keçirilməsi xüsusilə sadə vətəndaşları maddi cəhətdən rahatladır. Artıq dörd ildir rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Son dörd il ərzində yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır.

Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 500-700 manatla yola vermək olur. 2014-cü ildən hal-hazıra kimi rayonda 800-ə yaxın yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 4,5 milyon manatdan artıq vəsaitə qənaət olunmuş, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf etmişlər. Rayon sakinləri deyirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurulmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn olunması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işləri də yerinə yetirirlər.

Xalqxeber.Az xəbər verir ki, Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi isə ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar.
Sadə, israfsız, islami qaydalara uyğun - Füzulidə yas mərasimləri
Sadə, israfsız, islami qaydalara uyğun - Füzulidə yas mərasimləri
Sadə, israfsız, islami qaydalara uyğun - Füzulidə yas mərasimləri
Sadə, israfsız, islami qaydalara uyğun - Füzulidə yas mərasimləri
Sadə, israfsız, islami qaydalara uyğun - Füzulidə yas mərasimləri


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Fuzulide, uygun, , islami, qaydalara, israfsiz, Sade, merasimleri, yas
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ