SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazirin Kürdəmirdəki kadrı məhkəməyə verildi, müavini medianı hədələdi

Nazirin Kürdəmirdəki kadrı məhkəməyə verildi, müavini medianı hədələdi

Tarix:

21-07-2017, 09:58

/ 115 013 dəfə oxundu.
Nazirin Kürdəmirdəki kadrı məhkəməyə verildi, müavini medianı hədələdi

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədov İmişlidə kütləvi ixtisarlar aparır
Verilən məlumata görə, idarə rəisi heç bir əsas olmadan işçiləri vəzifəsindən azad edir və çörəksiz qoyur.
Ölkədə iqtisadi şəraitin çətinləşdiyi zamanda insanların iş yerindən çıxarılması onlarla ailənin büdcəsinə ziyan vurmaqdır. İmişlidə işindən çıxarılan mədəniyyə şöbəsi işçilərindən biri məhkəməyə üz tutub.
Əldə etdiyimiz xəbərə görə, Şirvan İnzibati İqtisad Məhkəməsində iddia qaldıran vətəndaş təzminat ödənilməsi və işinə bərpa olunması tələbi ilə çıxış edib.
Məlumata görə, idarə rəisi Elman Məmmədov müavini Vaqif Alıyevə məhkəmədə formal iştirak etməyi tapşırıb və qərarın onların xeyrinə təmin olunacağını söyləyib.
Hakimlə sövdələşdiyini bildirən rəis müavinini arxayın edib ki, məhkəmədə hər şey yaxşı olacaq. Və məhkəmə vətəndaşın iddiasını təmin etməyib.
Verilən məlumata görə, bu azmış kimi, E.Məmmədov işçiləri incidir, hüquqlarını tapdalayır, Kürdəmir mədəniyyət mərkəzində bir gərginlik yaradır.
Üstəlik, bəyan edir ki, ona medal verilib, Qarabağ veteranı vəsiqəsi var və kimsə ona bata bilməz, hətta nazir də ona söz demək iqtidarında deyil. Medalla təltif olunması ilə öyünən hamıya hədə-qorxu gəlməkdədir.
Elə bir neçə gün əvvəl Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi haqda saytımızda gedən məqalə ilə əlaqədar rəis müavini V.Alıyev əməkdaşımıza zəng edib.
O, jurnalistə hədə-qorxu gəlməyə başlayıb, “siz bilirsiniz biz kimik, bizi tanımırsan” üslubunda təhdidlə danışıb.
Bir müddət əvvəl bu idarə haqda yazılarla bağlı redaksiyamıza təkzib mətni göndərmiş V.Alıyev tənqidlərə münasibət bildirmək əvəzinə hədə-qorxu gəlmək yolunu tutub.
Deyəsən, yadından çıxıb ki, prezident jurnalistlərlə görüşündə “jurnalistlər mənim köməkçilərimdir” deyib. Yəni, mətbuatın işi məmurların əməllərini, özbaşına hərəkətlərini yazmaqdır. Ancaq V.Alıyev saytı hədələyir və MTN generalı kimi danışır.
Artıq məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etməyə hazırlaşır ki, nazir Əbülfəs Qarayevin təyin etdiyi regional idarə rəisinin jurnalistlə niyə belə tonda danışdığı araşdırılsın. Yaxşı olar ki, idarə rəisi və ya müavini tənqidlər və faktlarla bağlı açıqlama versin və qarşı tərəfin mövqeyini dərc edək.
Onu da yada salaq ki, bu həmin E.Məmmədovdur – Ümumilli Lider Heydər Əliyevin 10 May doğum günü ilə bağlı keçirilən konsert proqramını yarımçıq tərk etmişdi.
Bundan başqa, iddialardan biri budur ki, E.Məmmədov Qarabağ müharibəsi veteranı olması vəsiqəsindən sui-istifadə edir. Bu imtiyazdan yararlanan idarə direktorunun fermaları, təsərrüfatları, biznes məkanları olduğu iddia edilir.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ